Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-470/2024 20.08.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, İddiaçı iştiraı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSS Ə: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 9700 manat, cərimə olaraq 250 manat və dövlət rüsumu olaraq ödədiyimi 20 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sərəstan oğlunu 2021-ci ildən bacısının əri X1 vasitəsi ilə tanımışdır. Belə ki, o, Sumqayıt şəhərində olarkən, 2021-ci ildə cavabdeh onunla mobil telefonla danışıb, tanışlıq verdikdən sonra, ona qızıldan olan boyunbağılar lazım olduğunu bildirmişdir. Razılaşmalarına əsasən o, cavabdehə ayrı-ayrı vaxtlarda Yardımlı şəhər sakinləri X2 və X3 vasitəsi ilə 20322 manat dəyərində qızıl boyunbağılar çatdırmışdır. Cavabdeh qızıl boyunbağıları aldıqdan sonra pulunu bir neçə ay ərzində ödəməli idi. Lakin, razılaşmalarından uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ondan aldığı boyunbağıların pulundan bugünə qədər 9700 manatını ödəməmişdir. Onunla və valideynləri ilə dəfələrlə danışıb, xəbərdarlıq etmişdir. Cavabdeh ona «WhatsApp» vasitəsi ilə yazışmasında və səs qeydlərində borclu olduğunu etiraf etsə də, hər dəfə bir bəhanə gətirərək borcunu ödəməmişdir. Cavabdeh Sərəstan oğlunun hərəkətləri barədə Yardımlı rayon Polis Şöbəsinə müraciət etmişdir. PŞ-də araşdırma aparıldıqdan sonra 17 may 2024-cü il tarixdə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Polis Şöbəsində cavabdeh dindiriiərkən borclu olduğunu etiraf etmiş və bu barədə izahat vermişdir. Cavabdeh PŞ-də izahat verərkən bir neçə gün ərzində borcundan ödəyəcəyinə söz versə də hal-hazıra kimi ödəniş etməmişdir. O, yalan vədlər verməklə onu aldatmışdır. Həmçinin iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, məhkəmədəiddia qaldırdıqdan sonra cavabdeh ona ödənişlər etmiş, hazırda 8950 manat borcu qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məhkəməyə xx.xx.2024-cü il tarixdə 1-H-10-127/2024 qeydiyyat nömrəsi ilə daxil olmuş teleqramdan görünür ki, Cavabdeh səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəmə baxışı iclasının təxirə salınması barədə müraiətini işin lüzumsuz uzadılmasına yönəldilmiş hərəkətlər kimi qiymətləndirirək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: HK 1/171 sayda qeydə alınmş material əsasında Yardımlı Rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı polis leytenantı Cavad Ağayevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda araşdırma zamanı barəsində şikayət olunan Cavabdeh izahatında göstərilmişdir: “təxminən 3 il bundan əvvəl qızıl almaq istədiyi üçün qohumu Ramin İsmayılova zəng etdiyini, qohumu Ramin İsmayılovun ona baldızı İddiaçı qızıl satdığını dediyini, mobil nömrəni Ramin İsmayılovdan götürüb İddiaçı zəng edərək, qızıl almaq istədiyini bildirdiyini, İddiaçı ona 3 (üç) ədəd ümümilikdə 54 (əlli dörd) qram qızıl boyunbağını verə biləcəyini söylədiyini, bır neçə gündən sonra İddiaçı sərnişin daşıyan vita sürücüsü Cabir Mirzəyev vasitəsi ilə 3 ədəd 54 qram qızıl boyunbağını Cabir Mirzəyevdən təhvil götürdüyünü, bu zaman ondan və Cabir Mirzəyevdən başqa heç kimin olmadığını, İddiaçı ilə şifahi razılığa əsasən, qızıl boyunbağıların pulunu Ramin İsmayılova ödədiyini, ikinci dəfə Mahir Tahirliyə zəng edib qızıl boyunbağıları Sumqayıt şəhərində yaşayan İddiaçı təhvil götürməyini istədiyini, X5 Ağayevadan təhvil götürdüyü 7 (yeddi) ədəd qızıl boyunbağını Yardımlı şəhəri ərazisində yerləşən Oba marketin altında olan ət dükanın qarşısında təhvil aldığını, bu zaman Mahir Tahirlinin yanında tanışı Kamran Əhmədovun da olduğunu, ümumilikdə İddiaçı olan 20322 manat borcdan 9700 manat olan borcu ödədiyini, 3-4 ay səhhəti ilə əlaqədar işləyə bilmədiyindən İddiaçı borcunu ödəyə bilmədiyini, sonuncu dəfə 9700 manat borcdan 77 manat ödəyə bildiyini, işləyib yenə də İddiaçı olan borcunu ödəməyə davam edəyəcəkdir. İşdə olan «WhatsApp» ani mesajlaşma mübadilə sistemindən əldə edilmiş yazışmalardan görünür ki, Cavabdeh 9777 manat borcunun olması ilə razılaşmışdır. Dövlət rüsumun ödəniş qəbzindən görünür ki, iddianın verilməsi 120 manat dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə nisyə alqı-satqı müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-601-ci maddələridir. Həmin maddəyə görə: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 20322 manat dəyərində qızılları cavabdehə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməmiş, aldığı qızılların dəyəri kimi borclu qaldığı 9700 manat pulu verməli olduğu halda iddiaçıya verməmişdir. Həmçinin iş materiallarında olan Yardımlı RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarında cavabdehin verdiyi izahatla da onun İddiaçı qızıllar alıdığı və qızılların pulunu tam ödəmədiyi təsdiqini tapır. İşin məhkəmə icraatında cavabdeh tərəfindən müəyyən ödənişlər edilməsi və nəticədə 8950 manat məbləğində borcun qaldığı iddiaçı tərəfindən yazılı ərizə ilə etiraf edilmişdir. Məhkəmə Cavabdeh aldığı qızılların dəyərini vaxtında ödəməməsi nəticəsində iddiaçının 250 manat məbləğində cərimə tələbinə ilı bağlı aşağıdakıları qeyd edir. MM-nin 462-ci maddəsinə əsasən; 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Həmin Məcəllənin 463-cü maddəsinə görə; 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Qeyd hüquq normalarının məzmunundan görünür ki, tərəflər arasında cərimə ilə bağlı razılaşmanın yazılı formada bağlanmasına dair qanunvericiliyin imperativ göstərişi vardır. Hazırki iş üzrə dəbbə pulunun ödənilməsi ilə tərəflər bağlı arasında hər hansı yazılı razılaşma olmamış, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 8950 (səkkiz min doqquz yüz əlli) manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8950 (səkkiz min doqquz yüz əlli) manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(038)-470/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-470/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver