Məhkəmə qərarları › İş №2(038)-481/2024

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-481/2024

10.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-481/2024 10.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı « Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi İdarəsinin əməkdaşlarının anası İstifa Tağıyevadan və bacısı Solmaz Tağıyevadan miras qalmış Yardımlı rayon Zenqaran kəndindıə yerləşən torpaq sahəsinə, onun üzərində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması » tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək « Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi İdarəsinin əməkdaşlarının anası İstifa Tağıyevadan və bacısı Solmaz Tağıyevadan miras qalmış Yardımlı rayon Zenqaran kəndindıə yerləşən torpaq sahəsinə, onun üzərində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması» barədə qətnamə qəbul edilməsini xahiş etişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində qeyd olunur ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən görünür ki, cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, habelə eyniləşdirmə məlumatları ərizədə qeyd olunmamışdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan hüquq normasını hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin özündə göstərməmiş, həmçinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi İdarəsinin əməkdaşlarının miras əmlak-Yardımlı rayon Zenqaran kəndində yerləşən torpaq sahəsinə, onun üzərində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılmasına mane olan hallara dair sənədlər ərizəyə əlavə edilməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperartiv şəkildə müəyyən olunmuşdur. Belə ki, iddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi İdarəsinin ölçü işlərini aparmaqdan imtina etmələri göstərilsə də, bunu təsdiq edən hər hansı imtina məktubu iddia ərizəsinə əlavə edilməmişdir. MPM-nin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi İdarəsinin əməkdaşlarının miras əmlak- Yardımlı rayon Zenqaran kəndindıə yerləşən torpaq sahəsinə, onun üzərində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, habelə ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar