Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-491/2024 10.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bağı qızının cavabdehlər Cavabdeh4, X1, Cavabdeh3, X2, Cavabdeh2 qarşı «dəymiş ziyanla bağlı pul» tələbinə dair mülki işə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bağı qızının cavabdehlər Cavabdeh4, X1, Cavabdeh3, X2, Cavabdeh2 qarşı «dəymiş ziyanla bağlı pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı həmçinin digər İddiaçı3 Bağı qızının İddiaçı2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir, Yardımlı rayon məhkəməsində öz adından və İddiaçı3 Bağı qızının nümayəndəsi kimi iddia qaldırmışdır. Onlara dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Onun və nümayəndəsi olduğu İddiaçı3 Bağı qızının cavabdehlərə qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Daha sonra İddiaçı1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Cavabdehlərə qarşı heç bir iddia tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və tərəflərin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bağı qızının cavabdehlər Cavabdeh4, X1, Cavabdeh3, X2, Cavabdeh2 qarşı «dəymiş ziyanla bağlı pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bundan əlavə, iddiaçı tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu ********) 45 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə və Yardımlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(038)-491/2024
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-491/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver