Məhkəmə qərarları › İş №2(038)-50/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-50/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-50/2025 04.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X4 Mərkəzinin (bundan sonra 11 saylı RMTM-nin) nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı 11 saylı RMTM-nin Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı 11 saylı RMTM-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zirərin əvəzi 895,38 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 11 saylı RMTM-nin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının gözətçisi X3 verdiyi yazılı məlumatə əsasında Mərkəzin əməkdaşları tərəfindən 02 sentyabr 2024-cü il tarixdə Mərkəzin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında araşdırma aparılan zaman Yardımlı rayon Zenqaran kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X10 zərər vurması faktı müəyyən edilmişdir.Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 895 (səkkiz yüz doxsan beş) manat 38 (otuz səkkiz) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2024-cü il tarixli, MN-№1763195 saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, 26/263/d saylı məktubla 1 saylı Regional Ekologiya və Təbi Sərvətlər idarəsinə göndərilmişdir. 1- saylı Regional Ekologiya və Təbi Sərvətlər idarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2024—cü il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır.xx.xx.2024-cü il tarixdə Cavabdeh vurduğu zərərin əvəzinə könüllü olaraq ödənilməsi tələb edilmiş, lakin Cavabdeh bundan imtina etmişdir. Eyni zamanada xx.xx.2024-cü il tarixdə, №3-14/2-M-3/2024 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Cavabdeh göndərilmişdir. İddiaçı 11 saylı RMTM-nin nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə barəsində olan inzibati materialdan şikayət vermiş və nəticədə inzibati protokol ləğv edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 11 saylı RMTM-nin əməkdaşları tərəfindən tərtib edilmiş 02 sentyabr 2024-cü il tarixli il tarixli 002118 nömrəli aktda 04 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının ərazisinə baxış keçirilərkən, palıd cinsli 16 sm daimetrində 1 ədəd, 24 sm diametrdə 1 ədəd, 36 sm diametrdə 1 ədəd, 44 sm diametrdə 3 ədəd, 48sm diametrdə 1 ədəd, 52 sm diametrdə 3 ədəd, 56 sm diametrdə 1 ədəd, 60 sm diametrdə 1 ədəd olmaqla12 ədəd palıd cinsli ağacları yaş köküstə ağacların kəsildiyi qeyd edilmişdir. Həmin aktda ağacların kəsildiyi yerdə Cavabdeh olduğunun olduğu qeyd edilsə də, akt onun tərəfindən imzalanmamışdır. 02 sentyabr 2024-cü il tarixli akta əsasən tərtib edilmiş həcm-qiymət cədvəlində 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayısında cinsli 16 sm daimetrində 1 ədəd, 24 sm diametrdə 1 ədəd, 36 sm diametrdə 1 ədəd, 44 sm diametrdə 3 ədəd, 48sm diametrdə 1 ədəd, 52 sm diametrdə 3 ədəd, 56 sm diametrdə 1 ədəd, 60 sm diametrdə 1 ədəd olmaqla 12 ədəd palıd cinsli ağacları yaş köküstə ağacların kəsilməsi nəticəsində təbiətə 895.38 manat miqdarında dəymiş maddi ziyan hesablanmışdır. Yardımlı rayonu meşə mühafizə mühəndisi X2 tərəfindən tərtib edilmiş 02 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 02 sentyabr 2024-cü il tarixli 002118 nömrəli akt əsasında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Ceyhun Hüseynovun 02 oktyabr 2024cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh 02 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-292/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvəıtlər İdarəsinin rəisi əvəzi Ceyhun Hüseynov tərəfindən tərtib olunmuş 02 oktyabr 2024-cü il tarixli, MN1785364 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tələbin mahiyyətindən göründüyü kimi iddiaçının tələbinin hüquqi əsasını mülki hüquq pozuntularından, yəni delikt öhdəliklərindən irəli gələn tələb olduğundan mübahisənin həllində həmin hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan normalarının dispozisiya şərtlərindən göründüyü kimi, şəxs o halda vurulmuş ziyanın ödənilməsini tələb edə bilər ki, ziyanı ödəməsi tələb edilən ziyan vurması öz təsdiqini tapmış olsun. Məhkəmə qeyd edir ki, göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq etmək üçün Mülki Prosessual Məcəllənin tələbinə əsasən daha öncə iddiaçıya cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ziyan vurulması məsələsi müəyyən olunmalıdır. Mübahisənin hüquqi mahiyyətindən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən ziyanın vurulmasını təsdiq edən sübut kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsaslanmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi ziyanın vurulmasında cavabdehin təqsirli olmasına dair həmin qərar Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-292/2024 saylı qərarı ilə ləğv edilmiş və Cavabdeh barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Belə olan halda Cavabdeh hərəkətləri ilə X10 vurulmuş zərər arasında səbəbli əlaqə mövcud deyil. Digər tərəfdən iddiaçı ziyan dəyməsini təsdiq edən hər hansı başqa mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişdir. Məhz buna görə də məhkəmə iddianı əsassız hesab edir və iddianın rədd olunması qənaətinə gəlir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutları ümumi olaraq dəyərləndirərək belə hüquqi nəticəyə gəlir ki, iddia sübuta yetmədiyindən təmin olunmamalıdır. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı 11 saylı RMTM-nin Cavabdeh qarşı «vurulmuş maddi zirərin əvəzi 895,38 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi» barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X4 Mərkəzinin Cavabdeh qarşı «vurulmuş maddi zirərin əvəzi 895,38 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi» barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar