Məhkəmə qərarları › İş №2(038)-502/2024

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-502/2024

23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-502/2024 23.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh Haci oğluna qarşı «vurulmuş maddi ziyan» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Haci oğluna qarşı iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat pulun Cavabdeh Haci oğlundan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin müvafiq hesabına köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində qeyd olunur ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən görünür ki, cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, habelə eyniləşdirmə məlumatları ərizədə qeyd olunmamışdır. Bundan başqa ərizəyə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 432/2020 saylı hökmünün 2-ci və 3-cü səhifələrinin, 1(060)-432/2020 saylı qərardadının 2-ci səhifəsinin oxunması mümkün olmamışdır. Digər tərəfdən iddia ərizəsinə iddia verilməsi üçün subyektiv hüququn olmasını təsdiq edən etibarnamə əlavə edilmiş, lakin etibarnamədə onun verilmə tarixi qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Belə olan halda İddiaçı rəisi vəzifəsini icra edən Cilovxan İsfəliyevin iddia ərizəsini imzalamağa səlahiyyətli deyildir və ərizəyə iddianı imzalamaq səlahiyyətinin olmasına dair hər hansı digər sənəd əlavə edilməmişdir. MPM-nin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1.1, 152.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Haci oğluna qarşı «vurulmuş maddi ziyan» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar