Məhkəmə qərarları › İş №2(038)-51/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-51/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-51/2025 04.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin (bundan sonra 11 saylı RMTM-nin) nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı 11 saylı RMTM-nin Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: 11 saylı X3 Mərkəzi məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi olan 589,75 (beş yüz səksən doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq 11 saylı RMTM-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 saylı RMTM-nin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının gözətçisi X2 verdiyi yazılı məlumatı əsasında Mərkəzin əməkdaşları tərəfindən 16 aprel 2024-cü il tarixdə Mərkəzin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında araşdırma aparılan zaman Yardımlı rayonu Zəngəran kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X8 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 589,75 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində İXM-nin 253.1-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xətə haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, 26/128/d saylı məktubla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. xx.xx.2024-cü il tarixdə, № 3-14/2-X-129-3/2024 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Cavabdeh göndərilmişdir. Eyni zamanda Cavabdeh 18.04. 2024-cü il tarixdə vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh bundan imtina etmişdir. Odur ki, Cavabdeh 589.75 (beş yüz səksən doqquz manat yetmiş beş qəpik) manat ziyan pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, protokol tərtib edilən tarixdə, yəni 15 aprel 2024-cü ildə işdə olmuşdur. Qanunsuz olaraq ağac kəsməmişdir. Barəsidə qəbul edilmiş qərar ona gec gəlib çatmış və qanunu bilmədiyi üçün qərardan şikayət verməmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 11 saylı RMTM-nin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, Cavabdeh tərəfindən qanunsuz olaraq kəsdiyi 2.81 m3 həcmində ağacın özbaşına kəsilməsinə görə X8 589.75 manat dəymiş ziyan hesablanmışdır. 11 saylı RMTM-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, ona vurduğu ziyanı ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İnzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xətə haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, 26/128/d saylı məktubla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 saylı RMTM-nin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının gözətçisi X2 verdiyi yazılı məlumatı əsasında Mərkəzin əməkdaşları tərəfindən 16 aprel 2024-cü il tarixdə Mərkəzin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında araşdırma aparılan zaman Yardımlı rayonu Zəngəran kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X8 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 589.75 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1 -ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xətə haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə, 26/128/d saylı məktubla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə, № 3- 14/2-X-129-3/2024 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Cavabdeh göndərilmişdir. Eyni zamanda Cavabdeh 18.04. 2024-cü il tarixdə vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh bundan imtina etmişdir. Həmçinin Cavabdeh qərar qanuni qüvvəsini alana kimi həmin qərardan şikayət verməməmiş və qərar qanuni qüvvəsini almışdır. İşin göstərilən halları iddiaçı təşkilatın nümayəndəsinin izahatı, eləcə də iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla, həmçinin cavabdehin qərardan şikayəti verməməsi ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarının 1-ci maddəsinin 1-ci bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar tərəfindən meşə qırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların kəsilməsi nəticəsində maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 589.75 manat məbləğində pul alınaraq 11 saylı RTMT-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 589,75 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar