Məhkəmə qərarları › İş №2(038)-527/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-527/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-527/2025 18.11.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında əvvəllər tanıdığı Masallı rayon sakini Cavabdeh ona yaxınlaşaraq pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirdi. Onu əvvəllər tanıdığından və ona inandığından onunla razlaşmış və borcu ona yalnız müqaviləylə verə biləcəyini bildirmiş və o da razılaşmışdır. 04 avqust 2022-ci ildə onunla borc müqaviləsi bağlayaraq Rusifə 25000 manat borc vermişdir. Müqavilə bağlayarkən aralarında razılaşmışlar ki, həmin pulu Rusif ona iki ilə, yəni 04 avqust 2024-cu ilə kimi qaytaracaqdır. Lakin Cavabdeh ondan aldığı pulu həmin tarixə geri qaytarmamışdır. Müqavilə üzrə götürmüş öhdəliklərini cavabdeh pozduğundan bir neçə dəfə telefon danışıqları olmuş, lakin heç bir nəticəsi çıxmamışdır. Odur ki, cavabdehə verdiyi 04 avqust 2022-ci il tarixli borc müqaviləsi üzrə 25000 manat pulun və dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, İddiaçı onun arvadıdır. Həyat yoldaşı Cavabdeh 25000 manat məbləğində borc pul vermiş, aralarındakı borc müqaviləsi yazılı müqavilə ilə rəsmiləşdirilmişdir. Müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Səs və görüntü barədə disk təqdim etmişdir. Görüntüdə başında papaq olan və avtomobili idarə edən odur. Görüntü isə həyat yoldaşı İddiaçı tərəfindən çəkilmişdir. Həmin görüntüdə Rusifin səsi düşüb, o özü pulun qaytarılmasını Rusifdən tələb edir. Bu təsdiq edir ki, cavabdeh onun yoldaşını tanıyır. Həmçinin onu da qeyd edir ki, cavabdehin anası ona yaxınlaşaraq ona köməklik göstərilməsini xahiş etmiş, o da yazığı gələrək demişdir ki, 6000 manat verin mübahisəni bitirək. Anası isə bununla razılaşmamışdır. Bi müddətdən sonra isə cavabdehin anası və bacısı yenə də ona yaxınlaşmış, o da, 10000 manat verəcəkləri halda iddiasından imitina edəcəyini bildirmişdir. Həmin 10000 manatdan 6000 manatını dərhal verilməsini, qalan 4000 manatının isə sonra ödənilməsini tələb etmişdir. Cavabdehə borc verdiyi 25000 manat məbləğində pul vəsaiti onun şəxsi puludur, 6000 manat da istəyə bilər, 10000 manat da istəyə bilər, qalan hissəsini isə bağışlaya bilər. Bununla bağlı kimsə ona irad bildirə bilməz. Cavabdehin təqdim etdiyi DVD diskdə olan səs yazıları ona məxsusdur. Səs yazısında məhkəməyə gəldiyi, hakmin ona bir daha məhkəməyə gəlməyə zərurətin olmadığını, iddianın əsaslı olması ilə bağlı məsələlər dair bildirir ki, o hazırki işlə bağlı əvvəllər məhkəmənin hazırlıq iclasında iştirak etməmiş, məhkəməyə iddianın əsasını təsdiq edən sübut növü kimi videogörüntü də təqdim etməmişdir. Cavabdehin şahid qismində dindirilməsini tələb etdiyi Nazim adlı şəxsin məhkəmədə dindirilməsinə qəti olaraq etiraz edir. Belə ki, Nazim bu işdə maraqlı şəxsdir. Çünki Nazimin əvvəllər ona borcu olmuş və borcunu ödəmədiyinə görə onu məhkəməyə vermişdir. Bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də vardır. Nazim ondan qisas almaq üçün qərəzli şahidlik edəcəkdir. Nazimin qərəzli ifadə verməsini nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq onu da qeyd edir ki, cavabdeh iddianın rədd edilməli olmasının əsasını təşkil edən sübut növü kimi məhkəmə oğlunun Tik-tok sosial şəbəkəsində paylaşdığı video materiallardır. Hesab edir ki, bu materiallar da iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, oğlunun psixi xəstəliyi vardır. O öz hərəkətlərinin mənasını başa düşmür. Həyat yoldaşı İddiaçı xəstə olduğunu üçün məhkəməyə gələ bilməmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı tanımır, İddiaçı heç bir məbləğdə borc pul almamışdır. O yalnız İddiaçı əri, hazırda onun nümayəndəsi kimi məhkəmədə iştirak edən Nümayəndə2 yalnızca 1500 manat məbləğində pul borc almışdır. Həmin pulu 2024-cü ilin avqust ayında almışdır. O Masallı bazarında lotereya satmaqla dolanışığını təmin edir. Ona pul lazım olduğu üçün tanışı Şahid2 müraciət etmiş və Nazim də onun Masallıda yaşayan Bəxtiyar adlı şəxslə tanış etmişdir. O Bəxtiyardan 1500 manat məbləğində borc pul almış, aralarında olan razılaşmaya əsasən həmin pul 10 ay müddətində üzərində əlavə olaraq 1000 manat olmaqla, hər ay 250 manat ödəmək şərtilə vaxtında sonunda Bəxtiyara 2500 manat məbləğində pul qaytarmalı idi. Bununla bağlı aralarında yazılı müqavilə tərtib olunmuş və yalnız müqavilənin sonuna ad və soyadının olduğu yerə imza atmış və yazı xətti də ona məxsusdur. Bir neçə dəfə özü və Nazim vasitəsilə Bəxtiyara hər ay 250 manat pul vermişdir. O Bəxtiyardan və onun arvadı Şəfaqətdən ümumiyyətlə 25000 manat borc almamışdır. O gündəlik 10-15 manat qazanmaqla dolanışığını təmin edir. Kim həmin məbləği ona verərdi?! Sonradan ona məlum olmuşdur ki, Bəxtiyar müqavilədə 2500 manat əvəzinə, 25000 manat yazmışdır. Müqavilənin borc məbləği ilə bağlı hissəsindəki yazı ona məxsus deyildir. O ümumiyyətlə müqaviləni imzalayarkən həmin hissədə hər hansı yazının olmasını görməmişdir. Bəxtiyar o yazıları, guya 25000 manat borc verilməsi ilə bağlı yazıları özü yazmışdır. Bundan sonra anası məhkəmə bildirişdən məlumat aldıqdan sonra Bəxtiyarla danışmağa getmiş, Bəxtiyar ona 6000 manat verəcəyi təqdirdə iddiasından imtina edəcəyini bildirmişdir. Anası da bu qədər pulunun olmadığını bildirmişdir. Daha sonra isə anası və bacısı, hazırki iş üzrə nümayəndəsi Nümayəndə1 da Bəxtiyarla görüşmüş, onların təşvişə düşdüyünü görən Bəxtiyar məbləği 10000 manata qaldırmışdır. Bununla bağlı səs yazıları da mövcuddur. Səs yazısında Bəxtiyar ona anası və bacısına əgər 6000 manat indi, 4000 manatı isə sonra gətirsələr, məhkəməyə ərizə yazıb iddiasından imtina edəcəyini bildirmişdir. Əgər Bəxtiyar ona 25000 manat vermiş olsaydı, bəs nə üçün ondan 6000 manat, daha sonra isə 10000 manat məbləğində pul istəyirdi. 1500 manat məbləğində pulu Bəxtiyardan aldığı zaman onun yanında Şahid2 olmuşdur. O Nazimin yanında pulu sayıb götürmüşdür. Bəxtiyar Masallıda sələmə pul verməklə tanınır. Bəxtiyar onun kimi onlarla, yüzlərlə şəxsin başına belə oyunlar gətirmişdir. Hətta onun oğlu da atasının belə hərəkətlərindən bezərək bununla bağlı sosial şəbəkələrdə paylaşımlar etmiş, atası Nümayəndə2 haqsız qazanc əldə etməsindən danışmışdır. Bütün bunlara əsasən iddia əsassızdır və iddianın rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, anası və özü Bəxtiyarla görüşmüşlər və bu barədə videogörüntü də var. Bəxtiyar onlara demişdir ki, 6000 manat verin, aramızda mübahisəni qurtaraq. Əgər 25000 manat vermişdisə, nə üçün 6000 manatla razılaşırdı. Hətta Bəxtiyar ona 25000 manat pulun qardaşına borc verməsi ilə bağlı videogörüntülərinin olduğunu, videogörüntülərdə cavabdeh olan Rusifin şəxsən 25000 manat pulu sayaraq götürdüyünün dəlili olduğunu bildirmişdir. O da Bəxtiyardan videogörüntülərin ona təqdim edilməsini tələb etsə də, sonuncu görüntüləri ona təqdim etməmişdir. Daha sonra Bəxtiyar ona görüntülərin məhkəməyə təqdim edildiyini, guya hakimin ona məhkəməyə gəlməyin zəruri olmadığını və iddianın əsaslı olduğunu bildirmişdir. Onu da qeyd edir ki, iddiaçının nümayəndəsi iddiaçının xəstə olduğunu və buna görə də məhkəməyə gələ bilmədiyini bildirsə də, o yalan danışır. Hazırda iddiaçı məhkəmənin inzibati binasının yanında avtomobildə əyləşmişdir. Onlar məhkəməyə gələrkən iddiaçının avtomobildə əyləşdiyini görmüşlər. Göründüyü kimi Nümayəndə2 dedikləri yalan və böhtandan başqa bir şey deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının özünün iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı 2 il müddətinə qaytarmaq şərti ilə, 25000 manat məbləğində pul vəsaitini Cavabdeh borca vermişdir. Şahid2 izahat verərək bildirmişdir ki, iddiaçını tanımır və qohumluğu yoxdur. Bəxtiyardan pul almışdır və onu tanıyır. Cavabdehlə qohumluğu yoxdur. İddia tələbindən məlumatı var. Rusifi Bəxtiyarla o tanış etmişdir. O əvvəllər Bəxtiyardan sələm pul almışdır. Rusifin Bəxtiyardan 1500 manat pul aldığını bir neçə metr məsafədən müşahidə etmişdir və sonralar da hər ay 250 manat ödədiyini görmüşdür. Bəxtiyarla Rusifi o tanış etmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Nümayəndə2 idarə etdiyi avtomobildə əyləşmiş, avtomobilin sol yan tərəfindən pəncəri açaraq başqa bir şəxsdən borcunun qaytarılmasını tələb edir. Nümayəndə2 borcun ödəyən şəxsin özünün olmasını, digər şəxsin isə hazırki iş üzrə Cavabdeh olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasında həmin digər şəxsin özü olduğunu bildirmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş səs yazılarından görünür ki, cavabdeh anası və bacısı – hazırki iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 qardaşı Cavabdeh borcunun ödənilməs ilə bağlı iddiaçının nümayəndəsi kimi məhkəmədə iştirak edən Nümayəndə2la danışıqlar aparırlar. Nümayəndə2 həmin səs yazılarındakı səsin ona məxsus olduğunu məhkəmə iclasında qəbul edir. Nümayəndə2 səsyazısında Cavabdeh ona borcunun olduğunu hazırki halda 6000 manat veriləcəyi və sonradan da 4000 manat veriləcəyi halda məhkəməyə verdiyi 25000 manat pulun geri qaytarılması ilə bağlı iddiasından imtina edəcəyini, Cavabdeh ondan 25000 manat borc alması ilə bağlı onda videogörüntülərin olduğunu, həmin görüntüləri məhkəməyə təqdim etdiyini və məhkəmənin də ona narahat olmamasını bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia rədd edilməlidir. Mübahisənin hüquqi mahiyyətindən göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış yazılı borc müqaviləsinə əsasən borc münasibətdən irəli gələn əsaslardan çıxış edir. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli yazılı borc müqaviləsinin etibarlılığı məsələsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Qeyd olunan qərardan belə müəyyən olunur ki, müqavilə üzrə tələblərə baxılarkən həmin müqaqvilənin etibarlılığının yoxlanılması işə baxan məhkəmə tərəfindən həyata keçirilməlidir. Müqavilənin ayrıca iddia tələbi ilə mübahisələndirilməsi sonradan eyni tərəflər arasında və eyni predmet barəsində müxtlif məhkəmələrin icratında əlaqəli mülki işlərin olmasına gətirib çıxarır. xx.xx.2022-ci il tarixdə borc müqaviləsinin məzmunundan fərqli olaraq həm iddiaçının, həm cavabdehin məhkəmə iclasında verdiyi izahatlarından, həm də şahid ifadəsindən belə müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə arasında bağlanmış borc müqaviləsinin tərəfi olmamışdır. Belə ki, istər iddiaçının nümayəndəsinin, istərsə də cavabdehin təqdim etdiyi səsyazılarından, habelə iddiaçının nümayəndəsinin təqdim etdiyi videogörüntülərindən müəyyən olunur ki, borc hüquq münasibətləri iddiaçının özü ilə deyil, onun hazırki halda nümayəndəsi kimi məhkəmədə çıxış edən, əri Nümayəndə2 ilə cavabdeh arasında yaranmışdır. Çünki müqavilə bağlanandan sonra borcun geri qaytarılması ilə bağlı danışıqlar məhz Nümayəndə2la aparılmış, Bəxtiyar özü müəyyən məbləğdə pul veriləcəyi halda məhkəmədən iddianı geri götürəcəyi ilə bağlı vədlər vermişdir. Məhz qeyd olunanlara məhkəməyə bunu deməyə əsas verir ki, Cavabdeh borc məbləğini İddiaçı deyil, onun əri Nümayəndə2 əldə etmişdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan (tərəflər arasında hüquq münasibələrinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənlər maddi hüquq normalarının tələbi baxımından məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc verən razılaşdırılmış borc məbləğini borc alanın mülkiyyətinə verməli, borc alan isə tərəflər arasında razılaşdırılmış vaxtda aldığı borc məbləğini borc verənə qaytarmalıdır. Borcun mövcudluğu ilk növbədə iddia edən tərəfindən sübuta yetirilməli, yəni iddia edən borcun mövcudluğu ilə bağlı sübutları təqdim etməlidir. Bu hal öz təsdiqini tapdığı halda isə borcun qaytarılması ilə bağlı sübuta yetirilmə yükü artıq iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həmin Məcəllənin 340-ci maddəsinə görə: 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337-ci maddəsinə görə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi əqd, yəni xx.xx.2022-ci il tarixli borc müqaviləsi Nümayəndə2la Cavabdeh arasında bağlanmış borc müqaviləsini pərdələmək məqsədi daşıdığından MM-nin 340.2-ci maddəsinin tələbi baxımından yalan əqd hesab edildiyindən etibarsızdır. İddiaçı Cavabdeh pul tələb etməsinə baxmayaraq, sonuncu pulun ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007- ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, İddiaçı Cavabdeh qarşı iddia irəli sürməli şəxs deyildir. Çünki formal olaraq yazılı borc müqaviləsi mövcud olsa da, faktiki olaraq onlar arasında ümumiyyətlə hər hansı borc müqaviləsi mövcud olmamışdır. MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsində qeyd olunur ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının dispozisiya şərtlərinə görə məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Pozulmuş hüquqlarının bərpa edilməsi naminə tələb irəli sürmüş şəxslər iddiaçı hesab edilir. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Lakin hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə müəyyən edilir ki, Cavabdeh iddiaçının özünün hər hansı hüququnu pozmamışdır. Sonuncu eyni zamanda özünün əsl iddiaçı ilə əvəz olunması ilə bağlı da məhkəməyə hər hansı qaydada müraciət də etməmişdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «25000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi» tələbinə dair iddiası əsl olmayan iddiaçı tərəfindən verildiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən, MPM-nin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «25000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar