Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-544/2023 14.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 25 avqust 2013-cü il təvəllüdlü X5 və 18 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017- ci il tarixli, 2(060)-10221/2017 saylı qətnaməsi ilə hər ay 2 uşağa görə qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi 440 manat müəyyən olunması və mediasiya xərci kimi ödənilmiş 50 manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 18 sentyabr 2012-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahdan 25 avqust 2013cü il təvəllüdlü X5 və 18 noyabr 2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(060)-10221/2017 saylı qətnaməsi ilə nikaha xitam verilməsi, rəsmi nikahdan anadan olmuş 25 avqust 2013-cü il təvəllüdlü X3 və 18 noyabr 2015- ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun yanında saxlanması və Sumqayıt şəhər Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 17 iyul 2017-ci il tarixli. 2(060)-10221/2017 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq 100 (yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Övladlarının tələbatları günügündən artır. Beləki, hər iki övladı orta məktəbə gedir. Bir ana kimi o, övladlarını təhsilli, şəxsiyətli bir vətəndaş kimi görmək üçün çalışır. Onların məktəb ləvazimatlarını, yeyibiçmək və digər xərclərini onların istəklərinə uyğun qarşılaya bilmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Hesab edir ki, rəsmi nikahımızdan anadan olmuş 25 avqust 2013-cü il təvəllüdlü X3 və 18 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Sumqayıt şəhər Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 17 iyul 2017-ci il tarixli, 2(060)-10221/2017 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edir ki, Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən Mediasiya prosesi zamanı dövlət rüsumunu tam ödəmişdir. X7 Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, M ŞS/MT03 0/2023/01964 saylı arayış təsdiq edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin teleqram vuraraq iddia tələbini müdafiə etdiyini, uşaqlarının azyaşlı olması və maddi imkansızlıq səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, cavabdehin atasıdır. Gəlini öz əmisi nəvəsi olmuşdur. Boşanmadan sonra tərəflərin arasında barışıq olmuş və yenidən birgə yaşamağa başlamışlar. Lakin oğlu Şəkiyə hərbi hissəyə təyinat aldıqdan sonra Günel onunla getmək istəməmiş və yenidən ayrılmışlar. Oğlu hazırda Şəkidə kirayədə qalır və aylıq 200 manat kirayə haqqı ödəyir. O, ərizə təqdim edərək iddia tələbini qismən qəbul etdiyini, hər uşağa 180 manat olmaqla sabit pul məbləğində aliment təmin edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 18 noyabr 2015-ci ildə və X5 25 avqust 2013-cü ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-10221/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci iİ tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində qeyd edilmiş nikah pozulmuş, 25 avqust 2013-cü il təvəllüdlü X5 və 18 noyabr 2015-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmış, 07 iyun 2017-ci ildən başlayaraq Cavabdeh hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikaha Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər ailə qurmuş, nikahlarını xx.xx.2012-ci iİ tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində qeydə aldırmaqla rəsmiləşdirmişlər. Birgə nikahlarından 25 avqust 2013-cü il təvəllüdlü X5 və 18 noyabr 2015-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 10221/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci iİ tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində qeyd edilmiş nikah pozulmuş, 25 avqust 2013-cü il təvəllüdlü X5 və 18 noyabr 2015-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmış, 07 iyun 2017-ci ildən başlayaraq Cavabdeh hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 25 avqust 2013-cü il təvəllüdlü X3 və 18 noyabr 2015-ci il təvəllüdlü X2 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-10221/2021 saylı qətnaməsi ilə hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment müəyyən olunsa da, ötən ilə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Həmçinin tərəflərin qarşılıqlı razılığı ilə aliment sabit pul məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, yetkinlik yaşına çatmamış uşaqlar üçün aylıq aliment məbləğinin hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Həmçinin, Mediasiya xərcinə görə ödənilmiş 50 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşağın saxlanılaması üçün alimetin miqdarının artırılaraq hər ay bir uşaq üçün 200 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-10221/2021 saylı qətnaməsi ilə 25 avqust 2013-cü il təvəllüdlü X3 və 18 noyabr 2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya xərcinə görə ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X6
Məhkəmə qərarları › İş №2(038)-544/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-544/2023
14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver