Məhkəmə qərarları › İş №2(038)-549/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-549/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-549/2024 01.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2900 manat və 49 manat maddi ziyan tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 2900 manat pulun və 49 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini tələb edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 1-ci Qarabağ döyüşlərində iştirak edərkən sağ çiyin nahiyəsindən güllə yarası xəsarəti aldığı üçün 2001-ci ildə ona İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra o, hər ay 300 manat pensiya almışdır. 2021-ci ilin fevral ayında ona təyin edilmiş pensiya dayandırılmış, buna görə də o pensiyanı bərpa etdirməyə çalışmışdır. Bu məqsədlə bir neçə dəfə Bakı şəhərində yerləşən X2 getmiş və heç bir nəticə əldə etməmişdir. X4 uzun müddətdir tanımış, 2022-ci ilin fevral ayının əvvəllərində Saleh Ağayev ilə Masallı şəhəri «Xətai» parkında yerləşən «Çay evində» söhbət edərkən Saleh ona əlilliklə bağlı təyin olunmuş pensiyasının dayandırıldığını və Yardımlı rayonundan olan Ramazan adlı tanışının ona pul müqabilində pensiyasını bərpa etdirəcəyinə dair söz verdiyini, istəsə 5000 manat pul müqabilində onun pensiyasını bərpa etdirə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Salehə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, həmin gün saat 15 radələrində Masallı şəhəri ərazisində yerləşən «Xətai» parkında Salehlə görüşüb ona 5000 manat nağd pul vermişdir. Həmin söhbətdən təxminən bir ay sonra Saleh ona zəng edərək Ramazanın onu Bakı şəhərində yerləşən X1 gözlədiyini demişdir. O da razılaşıb növbəti gün həmin yerə getmiş, orada Ramazan adlı şəxslə tanış olmuş və onunla söhbət etdikdən sonra Ramazan içəri daxil olub təkrar 10 dəqiqə sonra çölə çıxmış və ona işinin qısa zaman ərzində həll olunacağını bildirmişdir. Sonra o, oradan uzaqlaşıb Ramazanla sağollaşıb yaşadığı ünvana geri qayıtmışdır. Lakin, uzun müddət keçməsinə baxmayaraq onun pensiyası bərpa olunmamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yerləşən X1 komissiyadan keçdikdən sonra xx.xx.2023-cü il tarixdə ona imtina cavabı verilmişdir. O, həmin vaxt Ramazanın onu aldatdığını düşünüb Salehə zəng etmiş, Saleh ona Ramazanın onunla yanaşı bir neçə nəfər şəxsi də aldatdığını və pulları öz şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. Hazırda Cavabdeh ona vurmuş olduğu 5000 manat maddi ziyanın bir qismini ibtidai istintaq dövründə və məhkəmə istintaqı dövründə ödəmişdir. Qalan 2900 manatın hissə-hissə ödənilməsi barədə aralaında razılaşma olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 il 05 ay 26 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasıpa məhkum edilmişdir. Cavabdeh həm ibtidai istintaq zamanı həmdə məhkəmə prosesində törətmiş olduğu cinayət əməlini tam olaraq etiraf edərək təqsirini boynuna almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-8/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 08 oktyabr 2023-cü il tarixdən 10 oktyabr 2023-cü tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilmiş və onun üzərində 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 08 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 51 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-8/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş ona görə ki, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı X5 6000 manat pul müqabilində sonuncunun əvvəllər əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 15 radələrində X6 şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Xətai» parkında 4000 manat nağd pulu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF X3 həyətində 2000 manat nağd pulu, ümumilikdə vahid niyyətlə 6000 manat nağd pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin maddənin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusunun anlayışı verilmişdir. Həmin normada qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırki işin hallarından göründüyü kimi Cavabdeh cinayət əməli, yəni dələduzluq etməsi nəticəsində İddiaçı 5000 manat ziyan vurulmuş, vurulmuş ziyandan 2900 manat ödənilməmiş hissə qalmışdır. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2900 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 49 manat pul alınaraq, İddiaçı ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2900 manat məbləğində pul vəsaiti və 49 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar