Məhkəmə qərarları › İş №2(038)-551/2024

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-551/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-551/2024 22.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3, məhkəmə iclasının katibi K1 katibliyi, 11 saylı X5 Mərkəzinin nümayəndəsi X1 və Cavabdehb oğlunun iştirakı ilə, iddiaçı 11 saylı X5 Mərkəzinin Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: 11 saylı X5 Mərkəzi iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, Meşə fondu sahəsində qanunsuz ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi qisimində 6513,59 manat məbləğində pul vəsaitinin Yardımlı rayon Urakəran kənd sakini Cavabdeh tutulub 11 saylı X5 Mərkəzin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki,2022-ci ilin yanvar,fevral və mart aylarında X6 Mərkəzinin 3 saylı meşəbəyliyinin 9,10,11 saylı meşə dolaylarında aparılan yoxlamalar və həmçinin təhvil qəbul zamanı ümumilikdə 583 ədəd, 237,6 m3 həcmində, 6513,59 qəpik məbləğində müxtəlif cins və diametrlərdə köküstə yaş və quru ağacların kəsilərək meşə sahəsindən aparılması və dövlət əmlakının qorunub saxlanılmasına məsul şəxslərin hadisəni rəsmiləşdirilməsi faktı aşkar edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehb oğlu məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) tələblərinə riayət edilmədən tərtib edildiyindən və iddiaçı 11 saylı X5 Mərkəzinin nümayəndəsi X2 nöqsanların aradan qaldırılması təklif olunmasına baxmayaraq həmin nöqsanlar aradan qaldırılmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan hüquq norması hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, iddia istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin özündə göstərməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperartiv şəkildə müəyyən olunmuşdur. MPM-nin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda Məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4.-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 259.0.12, 264, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 11 saylı X5 Mərkəzinin Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 11 saylı X5 Mərkəzinin iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar