Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-555/2023 21.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X17 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi, İddiaçı 11 saylı X10 Mərkəzinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə. İddiaçı 11 saylı X10 Mərkəzinin Cavabdeh qarşı 253,40 manat maddi ziyan tələbinə dair mülki işə, məhkəmənin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 11 saylı X10 Mərkəzi Cavabdeh 253,40 manat maddi ziyan tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 11 saylı X10 Mərkəzinin Daşkənd meşəbəyliyinin 3 saylı meşə dolayının gözətçisi X4 və 4 saylı meşə dolayının gözətçisi X5 verdiyi şifahi məlumatlar əsasında Mərkəzin əməkdaşları tərəfindən 29 iyul 2023-cü il tarixdə Mərkəzin Daşkənd meşəbəyliyinin 4 saylı meşə dolayında araşdırma aparılan zaman Yardımlı rayonu Alçabulaq kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X20 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X20 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 253,40 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. 07 avqust 2023-cü il tarixdə vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh bundan imtina etmişdir. İddiaçı 11 saylı X10 Mərkəzinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh tərəfindən Daşkənd meşəbəyliyinin 4 saylı meşə dolayında ağac kəsilmiş bununla da X20 253,40 manat həcmində zərər vurulmuşdur. Bu səbəbdən iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun tərəfindən aktda göstərilən hərəkətlərə yol verilməmiş, hər hansı ağac kəsilməmişdir. Həmin gün fəhlə kimi orada iştirak etmiş. Ancaq kəsilmiş ağacların budamışdır. Barəsində olan inzibati materialdan şikayət vermiş və nəticədə inzibati protokol ləvğ edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə edilmiş 11 saylı X10 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyul 2023-cü il tarixli il tarixli 004630 nömrəli aktda Daşkənd meşəbəyiliyinin 04 saylı meşə dolayının ərazisinə baxış keçirilərkən, həmin dolayın 7-ci kvartalında fısdıq cinsli 28 sm daimetrində 1 ədəd, 52 sm diametrdə 1 ədəd, 56 sm diametrdə 1 ədəd aşköküsə ağacların və fısdıq cinsli 24 sm diametrdə 2 ədəd ağacın boy artımının inkişafına səbəb olmayan budaqlarının, vələs cinsli 16 sm diametrdə 1 ədəd yaş köküstə ağacların kəsildiyi qeyd edilmişdir. Həmin aktda ağacların kəsildiyi yerdə X11, X2, X7, Cavabdeh və X3 olduğunun olduğu qeyd edilsə də, akt onlar tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş 29 iyul 2023-cü il tarixli akta əsasən tərtib edilmiş həcmqiymət cədvəlində 04 saylı meşə dolayının 7-ci kvartalında fısdıq cinsli 28 sm daimetrində 1 ədəd, 52 sm diametrdə 1 ədəd, 56 sm diametrdə 1 ədəd yaş köküstə ağacların və fısdıq cinsli 24 sm diametrdə 2 ədəd ağacın boy artımının inkişafına səbəb olmayan budaqlarının, vələs cinsli 16 sm diametrdə 1 ədəd yaşköküstə ağacların kəsilməsi nəticəsində təbiətə 273.62 manat miqdarında maddi ziyan dəymiş, ağaclar kəsildikdən sonra yerində qaldığından ziyanın dəyəri 253.40 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş Daşkənd meşəbəyliyinin meşəbəyisi X9 tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 29 iyul 2023-cü il tarixli 004630 nömrəli akt əsasında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin protokolda “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” sətrində Cavabdeh adı qeyd edilsə də, protokol həmin sətirdə onun tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Ceyhun Hüseynovun 22 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh 31 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(038)-159/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilməsi və 253 manat maddi zərərin ödənilməsinə dair Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvəıtlər İdarəsinin rəisi əvəzi Ceyhun Hüseynov tərəfindən tərtib olunmuş 22 avqust 2013-cü il tarixli, MN1389704 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mübahisənin hüquqi mahiyyətindən göründüyü kimi, iddiaçı cavabdehin ona ağac kəsməsi ilə maddi ziyan vurulmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq etmək üçün Mülki Prosessual Məcəllənin tələbinə əsasən daha öncə iddiaçıya cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ziyan vurulması məsələsi müəyyən olunmalıdır. Lakin işin hallarından göründüyü kimi, iddiaçı ona ziyan dəyməsini təsdiq edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddianı əsassız hesab edir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Cavabdeh 04 saylı meşə dolayının 7-ci kvartalında yaş köküstə ağacları kəsməsini etiraf etmir. Bu işin digər halları ilə də təsdiq olunmur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh barəsində tərtib edilmiş inzibati protokol Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(038)-159/2023 saylı qərarı ilə Cavabdeh təqsiri sübuta yetirilmədiyindən ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bu halda məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri ilə X20 vurulmuş zərər arasında səbəbli əlaqə mövcud deyil. Bu halda iddiaçı 11 saylı X10 Mərkəzinin cavabdehə qarşı maddi ziyan tələbi ilə məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası müəyyən olunmur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutları ümumi olaraq dəyərləndirərək belə hüquqi nəticəyə gəlir ki, iddia sübuta yetmədiyindən təmin olunmamalıdır. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi qət etdi: İddia rədd edilsin. İddiaçı 11 saylı X10 Mərkəzinin Cavabdeh qarşı 253,40 manat maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X17
Məhkəmə qərarları › İş №2(038)-555/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-555/2023
21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver