Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-610/2025 21.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 58 manat dövlət rüsumunun, cəmi 3858 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı şəhəri Nizami küçəsində yaşayır. Şəxsi təsərrüfatında 30 baş qoyun və 25 baş quzu vardır. 18 iyun 2025-ci il tarixdə səhər saatlarında rayonun Şəfəqli kənd sakini Cavabdeh onun mobil telefonuna zəng vuraraq heyvan satıb-satmadığını soruşmuşdur. O da, Cavabdeh şəxsi təsərrüfatında olan heyvanlardan bir neçəsini satmaq istədiyini bildirmişdir. Cavabdeh ona yaşadığı Şəfəqli kəndində toy üçün 17 baş quzu lazım olduğunu demişdir. O, Cavabdeh 17 baş quzu sata biləcəyini, günorta saatlarında evdə olacağını və həmin vaxt gələrək heyvanlara baxa biləcəyini bildirmişdir. Həmin gün saat 12 radələrində yaşadığı evə getmiş və Cavabdeh orada olduğunu görmüşdür. Cavabdeh heyvanlara baxmış və heyvanların arasından 17 baş quzunu seçmiş və almaq istədiyini demişdir. Aralarında olan razılığa görə həmin quzuları Cavabdeh 4300 manata satmaq barədə razılaşmışdır. Pərviz ona 4300 manat pulu 23 iyun 2025-ci il tarixində verəcəyini demiş, o da Pərvizlə razılaşmışdır. Təxminən 1 saat sonra Baba adlı şəxs idarə etdiyi, «UAZ» markalı avtomobillə onun yaşadığı evin həyətinə gəlmiş və 17 baş quzunu «UAZ» markalı avtomobilin yük yerinə mindirmişlər. 23 iyun 2025-ci il tarixdə Cavabdehla əlaqə saxlayaraq ondan pul barədə soruşmuş, Pərviz ona hazırda Yardımlı rayonunda olmadığını və 25 iyun 2025-ci il tarixdə Yardımlı rayonuna gələrək 4300 manat pulu verəcəyini demişdir. 25 və 26 iyun 2025-ci il tarixlərində dəfələrlə Cavabdehla telefon əlaqəsi saxlamaq istəsə də Pərviz zənglərə cavab verməmişdir. 27 iyun 2025-ci il tarixdə Cavabdeh ona zəng vurmuş və quzuların pulunu 28 iyun 2025-ci il tarixində verəcəyini demişdir. 28 iyun 2025-cı ıl tarixində O, Cavabdeh zəng vursa da Pərviz yenədə onun telefonuna cavab verməmiş və məcbur olub Pərvizin yaşadığını ünvana getmişdir. Həmin vaxt Pərviz ondan 06 iyun 2025-ci il tarixə kimi möhlət istəmiş, lakin yenə də Pərviz onu aldatmışdı- Bundan sonra məcbur olub Cavabdeh barəsində Yardımlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında Pərvizin izahatı alınmış və Pərviz izahatında göstərmişdir ki, 18 iyun 2025-ci il tarixdə həqiqətən də məndən 17 baş quzunu 4300 manata almış və arvadının xəstəxanada müalicəsinə xərcləmişdir. 28 iyun 2025-ci il tarixdə onunla danışaraq maddi çətinlikləri olduğunu demiş və möhlət verməsini istəmişdir. Sonrakı vaxtlarda pul tapa bilmədiyi üçün ona olan borcunu ödəyə bilməmişdir. Yardımlı Rayon Polis Şöbəsində müstəntiq Peyman Almaszadə tərəfindən aparılmış araşdırmaya 31 iyul 2025-ci il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Aralarında yaranan mübahisə mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılarkən Cavabdeh 4300 manat borcundan 500 manat ödəmişdir. Hazırda Cavabdeh ona ödənilməmiş borcu 3800 manat təşkil edir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehə 18 iyun 2025-ci il tarixdə 17 baş quzu satmışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh quzuların pulu olan 4300 manatı üç günə verməli idi. Vermədiyi üçün əlaqə saxlamış, söz vermiş ki, borcunu 26 iyun, sonra da 06 iyul 2025-ci il tarixdə qaytaracağını bildirsə də, qaytarmamışdır. O bu barədə Yardımlı rayon Polis Şöbəsinə müraciət etmiş, orada araşdırma aparılan vaxt, cavabdeh borcundan 500 manat və qaynatası cavabdehin borcu hesabına dana vermiş və həmin dananın dəyərini 700 manata hesablamışlar. Cavabdeh 4300 manat borcundan ödəyib və 3100 manat borcu qalıb. Cavabdehdən qalan 3100 manat borcunu tələb edir. İşlə bağlı əlavəsi və vəsatəti yoxdur. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin telefon vasitəsi ilə əlaqə saxlayaraq işə onun iştirakı olmadan baxıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq və baxışı iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddia ərizəsini almışdır və mahiyyəti ona aydındır. İddiaçıdan 18 iyun 2025-ci il tarixdə 17 baş quzu almışdır. Aralarında olan razılaşmaya əsasən 3 gün müddətinə quzuların pulu olan 4300 manatı verməli idi. Lakin maddi imkanı baxımından ödəyə bilməmişdir. İddiaçı Yardımlı rayon Polis Şöbəsinə müraciət etmiş, həmin vaxt borcundan 500 manat pul və qaynatası bir baş dana vermiş və həmin dananın dəyərini 700 manata hesablamışlar. 4300 manat borcundan 1200 manat ödəmişdir, qalan 3100 manatı da yaxın vaxtlarda ödəməyə söz verir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 31 iyul 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh ilə X1 və İddiaçı arasında yaranmış münasibətlər mülki hüquq normaları ilə tənzimləndiyindən, eləcə də Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi olmadığından həmin epizodlar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 58 manat məbləğində dövlət rüsumu keçirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 18 iyun 2025ci il tarixdə, dəyəri 4300 manat olan 17 baş quzunu Cavabdeh satmış və aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh 23 iyun 2025-ci il tarixdə, 4300 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və ödəməli olduğu 4300 manat pul vəsaitindən ümumilikdə 1200 manatını iddiaçıya ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını, satılmış əşyanın dəyərini və əşyanın alıcıya təhvil verilməsini sübut etmək iddiaçının (satıcının, həmin əşyanın dəyərinin ödənilməsini sübut etmək isə cavabdehin (alıcının) vəzifəsidir. Cavabdeh iddiaçının dəlilini hər hansı hissədə qəbul etdiyi andan iddiaçı iddia etdiyi dəlili sübut etmək yükündən azad edir. Cavabdeh tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını və əşyanın ona təhvil verilməsini qəbul etdiyindən iddiaçı bu halları sübutetmə yükündən azaddır və məhkəmə bu halları işin mübahisəsiz halı kimi qəbul edir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddia qismən təmin edilməli, 3100 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 58 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 3100 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 58 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(038)-610/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-610/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver