Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-67/2023 02.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X2, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh xx.xx.2022-ci il tarixli, MSLMB-05293 nömrəli kredit müqaviləsi üzrə 610 manat əsas borc, 102.53 manat faiz borcu, 122 manat cərimə borcu, cəmi 834.53 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tələbin Cavabdeh məxsus girov qoyulmuş 9 qram 583 əyyar olan 1(bir) ədəd komplekt kitab və 2 qram 585 əyyar olan 1(bir) ədəd üzük, cəmi 11 qram qızıla yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması, qızıl-zinət əşyalarının açıq hərracdan satılmasından əldə edilən vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə edilən vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Masallı» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MSLMB-05293 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 12 ay müddətinə 610 (altı yüz on) manat məbləğində cavabdehə kredit verilmişdir, (kredit müqaviləsinin 1.1-ci bəndi). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə "Rabitəbank” ASCnin «Masallı» filialı ilə cavabdeh X1 arasında xx.xx.2022-ci il tarixli, MSLMB-05293 saylı saxlanc girov müqaviləsi bağlanaraq cavabdehə məxsus 1(bir) ədəd 583 əyyar olan 9 qram komplekt kitab və 1(bir) ədəd 585 əyyar olan 2 qram üzük, cəmi 11 qram qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. xx.xx.2022-ci il tarixli, MSLMB-05293 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Nəticədə cavabdehin İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, MSLMB-05293 nömrəli kredit müqaviləsi üzrə 610 manat əsas borc, 102.53 manat faiz borcu, 122 manat cərimə borcu, cəmi 834.53 manat borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, MSLMB-05293 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 12 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 610 manat kredit vermişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, MSLMB-05293 nömrəli saxlanc girovu haqqında muqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC arasında “Saxlanc girovu haqqında müqavilə” bağlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MSLMB-05293 “Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” aktdan görünür ki, Cavabdeh məxsus ümumilikdə 11 qram qızıl-zinət əşyaları olan dəyəri 526.5 manat bazar dəyəri isə 780.12 manat, çəkisi 9 qram əyarı 583 olan 1(bir) ədəd komplekt kitab və dəyəri 117 manat, bazar dəyəri 173.36 manat, çəkisi 2 qram əyarı 585 olan 1 (bir) ədəd üzük İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialına saxlanca verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2022-ci il tarixinə kimi banka 610 manat əsas borc, 102.53 manat faiz borcu, 122 manat cərimə borcu, cəmi 834.53 manat borcu yaranmışdır. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə qanunamüvafiq tədbirlər görülməsi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2.-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, habelə kredit müqaviləsinin qanuniliyini yoxlayaraq hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, ona görə də iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, İddiaçı ASC-nin «Masallı» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MSLMB-05293 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 12 ay müddətinə 610 (altı yüz on) manat məbləğində cavabdehə kredit verilmişdir, (kredit müqaviləsinin 1.1-ci bəndi). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə "Rabitəbank” ASC-nin «Masallı» filialı ilə cavabdeh X1 arasında xx.xx.2022-ci il tarixli, MSLMB-05293 saylı saxlanc girov müqaviləsi bağlanaraq cavabdehə məxsus 1(bir) ədəd 583 əyyar olan 9 qram komplekt kitab və 1(bir) ədəd 585 əyyar olan 2 qram üzük, cəmi 11 qram qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. xx.xx.2022-ci il tarixli, MSLMB-05293 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Nəticədə cavabdehin İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, MSLMB- 05293 nömrəli kredit müqaviləsi üzrə 610 manat əsas borc, 102.53 manat faiz borcu, 122 manat cərimə borcu, cəmi 834.53 manat borcu yaranmışdır. Girov qoyulmuş əmlakların ilkin hərrac dəyəri bazar qiymətinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MSLMB-05293 nömrəli kredit müqaviləsi üzrə 610 manat əsas borc, 102.53 manat faiz borcu, 122 manat cərimə borcu, cəmi 834.53 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Tələb Cavabdeh girov qoyulmuş bazar dəyəri isə 780.12 manat, çəkisi 9 qram əyarı 583 olan 1(bir) ədəd komplekt kitab və bazar dəyəri 173.36 manat, çəkisi 2 qram əyarı 585 olan 1 (bir) ədəd üzüyə yönəldilsin və qızıl-zinət əşyaları açıq hərracda satılsın. Hərracda əmlakların başlanğıc dəyəri bazar qiymətinə uyğun müəyyən edilsin. Həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılmasından əldə edilən vəsait kredit borcuna yönəldilsin. Girov predmetinin satışından əldə edilən vəsait Cavabdeh 834.53 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc Cavabdeh tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: X1
Məhkəmə qərarları › İş №2(038)-67/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-67/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver