Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-69/2023 02.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMM QBKT kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin 1051.00 manat əsas borc, 120.10 manat faiz boru, 5.64 manat cərimə borcu, cəmi 1176.74 manat borc və 32 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMM QBKT-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMM QBKT arasında bağlanmış 19 fevral 2021-ci il tarixli, **********0580 saylı kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 34 faiz ödəmək şərti ilə 2100 manat kredit vermişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını vaxtında təmin etmək məqsədi ilə İddiaçı MMM QBKT ilə digər cavabdeh Zamin arasında 19 fevral 2021-ci il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı həmin kredit müqaviləsində göstərilən məbləği cavabdehlərə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə 16 noyabr 2022-ci il tarixədək banka 1051.00 manat əsas borc, 120.10 manat faiz boru, 5.64 manat cərimə borcu, cəmi 1176.74 manat borc yaranmışdır. Odur ki, həmin məbləğin cavabdehlərdən tutulmasını tələb edilir. Cavabdeh və Zamin Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli, **********0580 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMM QBKT arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 24 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 2100 manat kredit vermişdir. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh 19 fevral 2021-ci il tarixli, **********0580 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını vaxtında təmin etmək məqsədi ilə İddiaçı MMM QBKT ilə digər cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 16 noyabr 2022-ci il tarixinə kimi banka 1051.00 manat əsas borc, 120.10 manat faiz boru, 5.64 manat cərimə borcu olmaqla, cəmi 1176.74 manat borcu yaranmışdır. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh və Zamin borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMM QBKT məhkəmədə iddia qaldırmaq üçün 32 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, habelə kredit müqaviləsinin qanuniliyini yoxlayaraq hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, ona görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı MMM QBKT arasında bağlanmış 19 fevral 2021-ci il tarixli, **********0580 saylı kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 34 faiz ödəmək şərti ilə 2100 manat kredit vermişdir. Lakin borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə 16 noyabr 2022ci il tarixədək banka 1051.00 manat əsas borc, 120.10 manat faiz boru, cəmi 1176.74 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1051.00 manat əsas borc, 120.10 manat faiz boru, 5.64 manat cərimə borcu, cəmi 1176.74 manat borc və 32 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMM QBKT-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: X1
Məhkəmə qərarları › İş №2(038)-69/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-69/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver