Məhkəmə qərarları › İş №2(038)-694/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-694/2025

14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-694/2025 14.01.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, iddiaçı, eyni zamanda həmçinin İddiaçı2 nümayəndəsi İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mütəxəssis Şahid11 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «maddi ziyan ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və X2 1600 manat dəymiş ziyanın əvəzi və dövlət rüsumu kimi ödədiyi 36 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Yardımlı Rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 11 noyabr tarixli 17/1 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Yardımlı rayonu Bilnə kəndi ərazisində onlar İddiaçı2 Baqi qızına ailə üzvləri ilə birlikdə 1,49 ha və İddiaçı1 ailə üzvləri ilə birlikdə 1,02 ha torpaq sahəsi verilmişdir. Torpaq sahələri qonşuluqda yerləşirlər. Həmin torpaq sahəsində onlar birlikdə əkin əkərək ailəni dolandırırlar. Lakin Yardımlı rayonu Vərgədüz kənd sakinləri cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və X5 şəxsi təsərrüfatlarında olan iri buynuzlu heyvanları həmin əkin sahəsinə buraxmış və nəticədə onların əkin sahəsinə ziyan vurmuşdur. Dəfələrlə cavabdehlərə heyvanların əkin sahəsinə buraxmamağlarını bildirsələr də, nəticəsi olmamışdır. Dəfələrlə ərazi nümayəndəsinə və bələdiyyəyə də məlumat vermişlər ki, cavabdehlərin heyvanların əkin sahəsinə girməsinin qarşısını almaq üçün onlarla söhbətlər aparsın. Həmin torpaq sahəsini əkməklə onlar ailəni dolandırır. Cavabdelərin qanunsuz hərəkətləri nəticəsində əkin sahələri yararsız hala düşmüş, məhsul götürmək mümkün olmamış və onlara maddi ziyan dəymişdir. Onlara dəymiş maddi zayanın məbləğinin müəyyənləşdirilməsi ilə əlaqədar Yardımlı rayon İcra hakimiyyətinə müraciət edilmişdir. Yardımlı rayon İcra hakimiyyəti tərəfindən verilmiş mütəxəssis rəyində onlara dəymiş ziyanın məbləği 1600 manat müəyyən edilmişdir. Odur ki, cavabdehlər tərəfindən onlara dəymiş ziyan məhkəmə qaydasında ödənilməlidir. İddiaçı, həmçinin İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi kimi ailə üzvüləri ilə birlikdə Yardımlı rayonu Bilnə kəndi ərazisində onun adına 1,02 ha, iddiaçı anası İddiaçı2 adına 1,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri qonşuluqda yerləşir. O və anası həmin torpaq sahəsində buğda əkmişlər. Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və X5 xüsusi təsərrüfatlarında olan iribuynuzlu mal qaraları onların əkin sahəsinə buraxmışlar və mal-qaraların əkin sahəsini tapdalaması, zəmini yeməsi nəticəsində onlara ziyan dəymişdir. Mal-qaraların sahiblərinə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq qarşısını almamışlar. Bu barədə onun şikayəti ilə bağlı Yardımlı rayon Polis şöbəsində də araşdırma aparılmışdır. Onlara 1600 manat ziyanın dəyməsi mütəxəssis tərəfindən hesablanmışdır. Cavabdehlərin mal-qaralarının taxıl sahəsinə girmələri təqdim etdiyi şəkillərdən görünür. Həmçinin sahələrinə girən mal-qaraları saxlamışlar. Cavabdeh1 telefonla ona zəng edib, sonrada gəlib mal-qaralarını alıbaparmışdır. Onun mal-qaraları aparması əks olunan videogörüntü təqdim etmişdir. Həmçinin Cavabdeh1 onun şikayəti ilə bağlı Yardımlı rayon Polis Şöbəsində izahatı alınmışdır. Mal-qaraların onların zəmi sahəsinə girməsi və ziyan vurmasını təsdiq edən şahidləri var. Əlavə olaraq onuda qeyd etmişdir ki, Cavabdeh1 məhkəmə iclasında bir baş inəyinin olduğunu və həyətyanı sahəsində saxladığını, onunla qardaşı X3 mal-qaralarına görə telefonla danışdığını bildirmişdir. O, bu ifadəsini məsuliyyətdən yayınmaq üçün vermişdir. Belə ki, məhkəmə iclasında elan olunan, Cavabdeh1 Yardımlı rayon Polis Şöbəsində verdiyi izahatından göründüyü kimi, o, mal-qaralarının onların taxıl sahələrinə girdiyini etiraf etmişdir. Bundan başqa o, həmin vaxt taxıl sahələrinə girən mal-qaralarını gəlib aparmışdır. Mal-qaraları gəlib aparmasını özü də etiraf edir. Cavabdeh1 məhkəmə iclasına dəvət etdiyi şahidlərin verdikləri ifadələrini də həmkəndli, qohumluq baxımından onun lehinə verdiklərini qiymətləndirmək lazımdır. Bir baş inəyinin olduğunu, həyətyanı sahəsində saxladığını və qardaşı X3 mal-qaralarının onların taxıl sahəsinə girməsini cavabdeh Dadaşov X1 rayon Polis Şöbəsində verdiyi izahatında göstərə bilərdi. Məhkəmə iclasında cavabdeh X4 mal-qaralarının onların taxıl sahəsinə girməsini özü etiraf edir və qardaşı Cavabdeh1 da bunu təsdiq edərək, hətta ziyanın qardaşı Şirinə düşən hissəsinin ödənilməsində köməklik edəcəyini vurğulamışdır. X12 məsuliyyətdən yayınmaq üçün 5 baş inəklərini meşə sahəsində otardığını, yemək üçün getdikdən sonra, taxıl sahəsinə girib deyə Xammədin meşə sahəsindən apardığını qeyd edir. Onun ifadəsinin bu hissəsi inandırıcı deyil. Xammədə və ya digər kimə lazım idi ki, kilometrlərlə kənarda yerləşən meşə sahəsindən kiminsə mal-qarasını gətirib taxil sahəsinə salsın. Halbuki, onun tərəfindən təqdim olunan onun və digər cavabdehlərin mal-qaralarının taxıl sahəsinə girdikləri əks olunan fotoşəkillər və videogörüntü məhkəmə iclasında nümayiş etdirilmişdir. Cavabdeh Şirin Dadaşovun inəklərinin meşə sahəsindən aparılaraq taxıl sahəsinə salınmasını təsdiq edən hər-hansı bir sübutu yoxdur. Əgər məhkəmə cavabdeh Şirin Dadaşovun 5 baş inəklərinin meşə sahəsində otardığı, inəklərinin meşə sahəsindən aparılaraq taxıl sahə salınması qənaətinə gələrsə, deməli Şirin Dadaşov inəklərini meşə sahəsində otarmaqla, meşə təsərrüfatına ziyan vurmuşdur. Ziyanın vurulmasının müəyyən olunması və məsuliyyətə cəlb olunması ilə bağlı məhkəmə aidiyyatı orqana məlumat verməlidir. Məhkəmə iclasında Cavabdeh3 və X6 mal-qaralarının onların taxıl sahələrinə girdiyini etiraf etsələr də, lakin onlar mal-qaralarının kənardan aparıldığını qeyd edirlər. Tərəfindən təqdim olunan, onların mal-qaralarının taxıl sahəsinə girdikləri əks olunan fotoşəkillərlə və videogörüntü ilə mal-qaralarının onların taxıl sahəsinə girdiyi sübut olunur. Özlərinin və dindirilmiş şahidlərinin ifadələri inandırıcı deyil və gülüş doğurur. Onlara lazım idi ki, öz-özlərinə ziyan vurmaq üçün kənardan mal-qaraları gətirib taxıl sahəsinə salsınlar. Onların dəvəti ilə məhkəmə iclasında dindirilən şahidlər mal-qaraların tanımadıqları şəxs tərəfindən aparıldığını, lakin həmin şəxsin kim olduğunu, mal-qaraları hara apardıqlarını bilmədiklərini bildirmişlər. Hətta, Şahid10 onunla əvvəllər narazılığı olduğunu da qeyd etmişdir. Göründüyü kimi Şahid10 ona qarşı qərəzli mövqe tutmuşdur. Buna baxmayaraq Şəmistanın ifadələri hər hansı bir əhəmiyyət kəsb etmir. Məhkəmə onların ifadələrinə qiymət verərkən Şahid10 ona qarşı qərəzli mövqe tutması, onun və həmdə digər şahidlərin cavabdehlərlə həmkəndli və qohum olduqları baxımından verdikləri ifadələrini qərəzli şəkildə verilən ifadə kimi qiymətləndirməlidir. Cavabdehlər mal-qaralarının tələb olunan miqdarda ziyan vura bilməsinin mümkün olmamasını, ziyanın çox hesablandığını qeyd edirlər. Göründüyü kimi, onlar ziyan vurduqlarını dolayı da olsa etiraf edirlər, lakin ziyanın miqdarı ilə razı deyillər. Ziyan düzgün hesablanmış və bunu təsdiq edən sənəd iddiadakı ərizəyə də əlavə edilmişdir. İddia tələbi təqdim etdiyi sübutları ilə yanaşı, tərəfindən dəvət edilərək məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə də sübut olunur. Odur ki, göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmini barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə hazırlıq və baxışı iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Onun təsərrüfatında ancaq bir inək var, həyətdə saxlayır və sahəyə getmir. Onun inəyinin zəmiyə girməsi barədə İddiaçı1 şəkil təqdim edə bilməmişdir. O, qardaşı Şirin Dadaşovun mal-qaralarına görə İddiaçı1lə telefonla danışmışdır. İzahatı da qardaşı və atasına məxsus mal-qaranı nəzərdə tutub yazmışdır. Onu da qeyd etmişdir ki, əgər Nazimin taxıl sahəsi məhv olmuşdusa dövlətdən subsidiya niyə alırdı. Hətta mal-qaraların sahəyə girməsi barədə akt da yoxdur. Mütəxəssis rəyi düzgün deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh X4 məhkəmə hazırlıq və baxışı iclasında izahat verərək bildirmişdir ki, o da iddia tələbini qəbul etmir. Onun təsərrüfatında 5 baş mal-qaraları vardır. Günü dəqiq yadında deyil, bu ilin aprel ayında, mal-qaraları meşə sahəsində otarırmış. Günorta saatlarında evə yemək üçün gəlmiş və geri qayıtdıqda mal-qaraları meşə sahəsində tapa bilməmişdir. Axtarmış, sonra məlum olmuşdur ki, mal-qaraları Xamməd həyətə aparmışdır. Qardaşı Xanverdi ilə getmiş, mal-qaralarından biri yox idi, digərlərini alıb aparmışlar, birini də meşə sahəsindən tapmışdır. Mal-qaralarını Xamməd meşə sahəsindən zəmiyə girib deyə həyətə aparmışdır. Onu da qeyd edir ki, ziyanın məbləği çox tələb olunur. İddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə hazırlıq və baxışı iclasında izahat verərək bildirmişdir ki, o, da iddia tələbini qəbul etmir. Ona məxsus olan mal-qara bir dəfə girib onda da aparıb tövləyə salıblar. Taxıl sahəsindən kənar aparıblar. Onun mal-qarası zəmidə olmayıb, sübut da edə bilmir. İddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəmə hazırlıq və baxışı iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Ona kənddən bir nəfər telefonla mal-qaralarının bu ilin 29 aprelində zəmiyə girdiyini demişdir. Həmin gün isə mal-qaraları həyətlərində idi. Sonra yenə zəmiyə girdiklərini demişlər. Getmiş və mal-qaralarının tövləyə salındığını görmüşdür. Sonra öyrənmişdir ki, mal-qaraları həmin sahəyə su içməyə getdikdə aparıb tövləyə salıblar. Mal-qaraları sahələrə otlamaq üçün nəzarəti altında buraxılır. Kənddə hamı özü nəzarət edir. Ola bilər ki, yemək yedikdə mal-qaralar uzaqlaşsın. İddiaçı1 ona demiş ki, 300 manat ver, səndən şikayət etməyim. O da iddiaçı ilə razılaşmamışdır. Onu da qeyd edir ki, təqdim edilmiş videogörüntüdə ona məxsus mal-qara çəpərin qırağında bir neçə dəqiqəlik görüntülənir və bu müddət ərzində iddiada göstərilən dərəcədə ziyan vurula bilməz. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında mütəxəssis Şahid11 izahat verərək bildirmişdir ki, İddiaçı1 ərizəsi daxil olmuşdur və ərizənin icrası ona tapşırılmışdır. O, sahəyə baxış keçirmiş və bu barədə rəy vermişdir. Hər hektara rayonun əkin sahəsinin statistik göstəricilərinə əsasən 20 sent götürülüb. Sahəyə baxış keçirən zaman orda heyvan görməmiş, lakin zəminin məhv olmasına şahid olmuşdur. Verilən rəydə dəqiq tarix göstərilməsədə, ərizə daxil olan vaxt rəy yazılmışdır.O, sahəyə baxış keçirib rəy vermişdir, dəqiq olaraq neçə baş inəyin və yaxud da qoyun sürüsünün sahəyə ziyan vurmasını bilmir. Ərazi nümayəndəsini və ya bələdiyyə nümayəndəsini dəvət etməmişdir və zərurətdə görməmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Şahid1 ifadəsində göstərmişdir ki, Nazimə kömək etmək üçün Bilnə kənd ərazisinə gedib ərazini şəpər etmişlər. Mal-qara gəlirdi, lakin onların kimin olmağını bilmir, 2025-ci ilin aprel ayında gəlib zəmini yeyirdi. Üç, dörd dəfə gedib mal-qaranı qaytarmışlar. Nazim bununla bağlı kimlərəsə zəng edirdi. Şahid2 ifadəsində göstərmişdir ki, Nazim Bilnə kəndində çəpər çəkəndə ona kömək etmişdir. Həmin zamanda mal-qara əraziyə girirmiş və onlarda çıxardırmışlar. Təxmini olaraq 2025-ci ilin 10-15 aprel ayı idi. Mal-qaranın kimin olmasını bilmir. Nazimə bir gün kömək etmişdir. Mal-qaranın 3-4 dəfə əraziyə girdiyini görmüşdür. Şahid3 oğlu ifadəsində göstərmişdir ki, çəpər etmək üçün Nazimə köməyə getmişdir. Həmin zaman mal-qara zəmiyə girirdi. Bilnə ərazisində taxıl əkmişdi. İki dəfə həmin ərazidə olmuşdur və hər dəfə mal-qaranın əraziyə girdiyini görmüşdür. Mal-qara 10 sot taxıl sahəsini yemişdi. Mal-qaranın kimin olduğunu bilmir. Şahid4 ifadəsində göstərmişdir ki, Xanverdi ilə həmkəndlidir. Onun bir baş inəyi var və oda çölə buraxılmır. 2025-ci ilin aprel ayındada sahəyə buraxılmayıb. Polis şöbəsindədə atasının və qardaşının mal-qarasına görə izahat verib. Xanverdi atasının mal-qarasına görə atası adından izahatını yazıb. Şahid5 ifadəsində göstərmişdir ki, Xanverdinin bir inəyi var, onunla qonşudurlar və görür. Təqdim edilən şəkildə onun inəyi yoxdur. Şahid6 ifadəsində göstərmişdir ki, Xanverdi ilə qonşudurlar. Onun bir inəyi var və həyətyanı sahəsində saxlanılır. Onun inəyinin zəmi sahəsinə girdiyini görməmişdir. Şahid7 ifadəsində göstərmişdir ki, Şirin ilə həmkəndlidir. O, mal-qaranın yanında olub, otarıb. Bir dəfə, Bilnə kəndində zəmiyə girdiyini eşitmişdir. Şahid8 ifadəsində göstərmişdir ki, Şirin mal-qaranı özü otarır, sahəyə çıxarır. Ola bilsin ki, günorta yeməyə gedib və həmin vaxt mal-qara sahəyə girib. Şahid9 ifadəsində göstərmişdir ki, o, 22 iyun 2025-ci il tarixində qoyun otarırmış və bu zaman bir nəfərin gəlib mal-qaranı yığıb apardığını görmüşdür. Aparılan 7-8 baş malqara idi. Mal-qaranın kimin olduğunu bilmir. Həmin mal-qara təqdim olunan şəkildə olanlardır. Şəkildən məlum olur ki, mal-qara çəpərdən kənarda çəkilib. Mallar Mətləbə və Kamilə aiddir. Şahid10 ifadəsində göstərmişdir ki, o, sahədə olarkən bir nəfərin mal-qaranı apardığını uzaqdan görmüşdür. İyun ayının 22, 23-ü olardı, dəqiq yadında deyil. Təqdim olunan şəkildə həmin mal-qara yoxdur. Mətləbin inəyin tanıyıb, uzaqdan görmüşdür. Yardımlı rayon İHB-nin mütəxəssis rəyindən görünür ki, Yardımlı şəhər sakini İddiaçı1, RİH başçısına müraciət edərək Bilnə kəndində onlara məxsus 2,51 hektar torpaq sahəsində əkdiyi buğda sahəsinin Vərgədüz kənd sakinlərinin mal-qarası tərəfindən qarət edildiyini bildirməklə, dəymiş ziyanın müəyyənləşdirilməsini xahiş etmişdir. Müraciətlə bağlı sahəyə baxış keçirilmişdir. Sahə 2,51 hektar təşkil edir və payızlıq buğda əkilmişdir. Sahənin 1,30 hektarı mal-qara tərəfindən əzilərək və yeyilərək məhv olmuşdur. Əkilmiş sahənin hər hektarının orta məhsuldarlığı 20 sentner (ümumilikdə 27 sentner) və hər hektardan 100 kip təşkil edir. Bazar qiymətlərini nəzərə alaraq vətəndaşlara dəymiş ziyanın 1600 manat təşkil etdiyi müəyyən edilmişdir. J№-0078 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İddiaçı1 və onun ailə üzvlərinə Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.02 hektar torpaq sahəsi verilmişdir. J№-0079 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İddiaçı2 və onun ailə üzvlərinə Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.49 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və videogörüntülərdən görünür ki, iribuynuzlu mal-qaranın zəmi sahəsində olduğu görünür. Hökumət ödəniş protalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçı və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tələbin mahiyyətindən göründüyü kimi iddiaçının tələbinin hüquqi əsasını mülki hüquq pozuntularından, yəni delikt öhdəliklərindən irəli gələn tələb olduğundan mübahisənin həllində həmin hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus əkin sahələrinə iri-buynuzlu mal-qaraların girməsi nəticəsində maddi ziyan dəymişdir. İddiaçı1 dəymiş maddi ziyan məbləğinin müəyyən edilməsi üçün Yardımlı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı1 müraciəti əsasında mütəxəssis rəyi verilmişdir. Rəyə əsasən, iddiaçılara dəymiş ziyan məbləği 1600 manat olaraq qiymətləndirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya vurulmuş ziyan məhz cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus mal-qaranın nəzarətsiz buraxılması nəticəsində vurulmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş forto video görüntülərən və cavabdehlərin özlərinin izahatından da müəyyən edilmişdir ki, foto və videogörüntülərdə olan mal-qara onların özlərinə məxsus mal-qaradır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə qanuni və əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə Cavabdeh1 münasibətdə hesab edir ki, iddia tələbi ona münasibətdə öz təsdiqini tapmır. Belə ki, şahid ifadələri, tərəflərin verdyi izahatlarla müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində 1 baş mal-qarası vardır və təqdim edilmiş fotoşəkillərdə həmin mal-qaranın mövcudluğu öz təsdiqini tapmır. Ona görə də iddia Cavabdeh1 münasətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, dəymiş maddi ziyana görə 1600 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. İddia Cavabdeh1 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Dəymiş maddi ziyana görə 1600 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar