Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-704/2024 10.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xxx katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.250 manat məbləğində pulun və 93 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Talış kəndində yaşayır. Ailəsini aylıq müəyyən qədər kənd təsərüfatı məhsulları sataraq və Azərbaycan Respublikasının Prezidentinin «Vətən müharibəsi» iştirakçısına təyin etdiyi sosial yardımı alaraq dolandırır. Ona, əvvələr də tanıdığı tanışı Cavabdeh ailəsində xəstə olduğunu və pula ehtiyacı olduğunu bildirmiş, ona kömək etməyini bildirmişdir. O, 2023 cü ilin may ayının 30-u cavabdehə 7250 manat borc pul vermişdir. Aralarında olan şərtə görə o borcunu hissə-hissə və ya birdəfəlik , ən gec olan halda bir il sonra geri qaytarmalı idi. Etibarlılıq üçün aralarında olan razılaşmanı yazılı formada etmişlər. Cavabdeh dilindən yazılı formada iltizam verərək borcunu etiraf etmiş və borcunu geri qaytaracağı vaxtı bildirmişdir. Bunun üzərindən 6 ay keçməsinə baxmayaraq heç borcalan heç bir məbləği geri qaytarmamışdır. 25 noyabr 2023 cü ildə cavabdeh borcunu etiraf edib və bir il tamam olana kimi ödəyəcəyini bildirmişdir. Artıq həmin vaxt da bitmişdir. Borclu ona boclu olduğunu etiraf edir və bu barəd aralarında yazılı formada olan iltizamla təsdiq olunur. Borclu söz verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq nə borcunu qaytarır, nədəki ona dəfələrlə zəng edib borcunu tələb etməyinə əhəmiyyət verir. Cavabdeh Nadır oğlu hərbiçi işləyir və özünün deməsinə görə aylıq qazancı 1400 manat təşkil edir və onun borcunu qaytarmğa imkanı vardır. Odur ki, xx xxxx 2001-ci ildə Yardımlı rayon Dəryavar kənd anadan olmuş , Yardımlı rayon Dəryavar kəndində qeydiyyatda olan, Xocəvənd rayonu Hadurut qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat borc verdiyi pulun və dövlət rüsumu kimi ödədiyi 93 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, vətən müharibəsi iştirakçısı olduğu üçün səhhətində müəyyən problemlər vardır, ona görə də, məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında onunla telefon əlaqəsi saxlanılmış, o, isə iddia tələbini qəbul etdiyini və işə iştirakı olmadan baxılmasını xahiş etmışdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İşdə olan 30 may 2023-cü il, 25 noyabr 2023-cü il, 01 avqust 2024-cü il və 07 avqust 2024-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh, İddiaçı 7250 manat borclu olduğunu etiraf edir və sonuncu qəbzdə həmin borcu 01 dekabr 2024-cü il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Dövlət rüsumun ödəniş qəbzindən görünür ki, iddianın verilməsi 93 manat dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbzləri iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin mövcudluğu həmin qəbzlə öz təsdiqini tapmışdır. Bundan əlavə iş materiallarında olan cavabdeh tərəfin apellyasiya şikayətinin məzmunu ilə də tərəflər arasında borc münasibətlərinin yaranması sübuta yetirilmişdir və bu işin mübahisəsiz halıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 7250 (yeddi min iki yüz əlli) manat pul və 93 (doxsan üç) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 7250 (yeddi min iki yüz əlli) manat pul və 93 (doxsan üç) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(038)-704/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-704/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver