Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-705/2025 08.01.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1900 manat borc və dövlət rüsumu olaraq ödədiyi 40 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.1974-cü il təvəllüdlü X1 yaxın tanışı vasitəsilə tanımışdır, Camalov Rüfət 2025-ci ilin may ayının 30-u onu Bakı şəhəri, Razin qəsəbəsi, Sakit Qocayev 29C ünvanında yerləşən və özü tərəfindən işlədilən PUB (piyvəxana) kafesinə çağıraraq ondan 2000 manat borca pul istəmişdir. O evə qayıdandan sonra 30 may 2025-ci ildə özünə məxsus Azərbaycan Beynəlxalq Bank kartından 1500 manat, "xxxx" ASC-yə məxsus bank kartından isə 500 manat cavabdehin sonu 2746 olan, kart hesabına köçürmüşdür. Cavabdeh aldığı borcu 1 ay müddətinə tam qaytaracağına söz vermişdir. Cavabdeh bu günə qədər cəmi 400 manat aldığı borcdan qaytarmışdır. Camalov Rüfət guya aldığı pulu qaytaracağı adı ilə onu bir neçə dəfə Bakı şəhərinə, yəni işlədiyi kafeyə çağırsa da, müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. O bu müddət ərzində taksi xidmətdən istifadə üçün 300 manatdan artıq pul xərcləmişdir. Sonuncu dəfə 16 iyul 2025-di ildə Bakı şəhəri, Razin qəsəbəsi, Sakit Qocayev 29C ünvanında yerləşən və özü tərəfindən işlədilən PUB (piyvəxana) kafesinə çağıraraq pulunu tam qaytaracağını demişdir. O həmin yerə getmiş, Rüfət ona bədən xəsarətləri yetirərək hede qorxu gelmişdir. Ona “12 il türmədə yatmışam mənim hec kimdən qorxum yoxdur, get kime isteyirsən de hətta Prezdentinə de” demişdir. O cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün o məhkəməyə müraciət etməli olmuşdur. Özü İ qrup gözdən əlildir. Cavabdeh onun İ qrup gözdən əlil olmağından istifadə edərək borcu qaytarmır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh qarşı iddiasının 1600 manat borc hissəsində müdafiə edir. Yolun uzaqlığını nəzərə alaraq xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə baxışı iclasını onun iştirakı olmadan keçirilməsini, iddia tələbini 1600 manat borc hissəsində və ödənilmiş dövlət rüsumu hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı pul tələbi ilə bağlı iddiasını 1600 manat borc hissəsində qəbul edir. xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasına səhəti ilə bağlı gələ bilmir və işə onun iştirakı olmadan baxılmasına razıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 6-2-41/2-56483/2025 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-yə məxsus **********594262 nömrəli plastik kart İddiaçı (FİN:xxxxxxx) məxsusdur. xx.xx.2025-ci il tarixli **********5 nömrəli qəbzdən görünür ki, ****3906 nömrəli kart hesabından, ****2746 nömrəli kart hesabına 500 manat köçürülmüşdür. 15321 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi 40 manat məbləğində pul vəsaiti ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Tərəflər arasında mübahisə borc müqaviləsindən irəli gəldiyindən, mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları da Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc münasibətlərini tənzimləyən normalarıdır. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, iddiaçı ilə şifahi şəkildə razılaşaraq 2000 manat məbləğində pul vəsaiti borc olaraq almış və 1 ay ərzində həmin pul məbləğini geri qaytarması barədə söz vermişdir. Cavabdeh 2000 manat borca aldığı puldan 400 manatını geri qaytarmışdır. Cavabdeh məhkəmənin hazırlıq iclasında verdiyi izahatında və məhkəməyə ünvanladığı ərizəsində iddiaçıya 1600 manat borclu olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddia 1600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Məhkəmə iddia tələbinin cavabdehdən əlavə olaraq 300 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsi barədə hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etmədiyindən iddia həmin hissədə əsassızdır və rədd edilməlidir. MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 1600 manat məbləğində ödənilməmiş borcu yaranmış və o öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında olan şifahi razılaşma üzrə ödənilməmiş 1600 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında olan şifahi razılaşma üzrə ödənilməmiş 1600 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(038)-705/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-705/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver