Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-734/2025 23.12.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 760 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 790 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayonu Vərgədüz kəndində yaşayır. Cavabdeh onun qardaşı oğludur. Cavabdeh pul ehtiyac olduğu üçün ondan 1385 manat borc pul istəmiş, o da həyət yoldaşının yanında Natiqə 1385 manat pulu borc olaraq vermişdir. Aralarında olan razılığa əsasən Natiq borcu 2025-ci ilin iyun ayına kimi qaytamağı ilə razılaşmışlar. Həmin puldan Natiq müəyyən hissəsini qaytarsada, borcdan 760 manatını qaytarmamışdır. Aradan 6 aya yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh pulu qaytarmamış, hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan yayınmışdır. Ona görə də Natiq pulu dediyi vaxtda qaytarmadığı üçün məcbur olub onun barəsində Daxili işlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Müraciəti Yardımlı rayon Polis Şöbəsində araşdırılmış və aralarında yaranmış mübahisə mülki hüquq normaları ilə tənzimləndiyinə görə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh rayon polis şöbəsində verdiyi ifadəsində ona olan borcunu etiraf etmişdir. Lakin həmin ifadəni rayon polis şöbəsindən məhkəməyə subut kimi təqdim etmək üçün isdəsə də, ona verilməmişdir və yalnız məhkəmənin sorğusu əsasında təqdim edə bilcəklərini bildirmişlər. Ona görədə Cavabdeh rayon polis şöbəsində verdiyi ifadəsini subut kimi qiymətləndirilməsi ilə əlaqədar Yardımlı Rayon Polis Şöbəsinindən götürülməsinə köməklik göstərilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, o pulu Cavabdeh həyat yoldaşı X2 yanında vermişdir və məhkəmə iclasında X3 (AZE 15371463, Yardımlı rayonu Vərgədüz kəndi) şahid qismində iştirak edəcəkdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh qardaşı oğludur. Natiq 2024-cü ilin sentyabr ayında borc pul istəmiş, tarixləri yadında deyil, lakin 4-5 ay ərzində ayrı-ayrı tarixlərdə və məbləğlərdə cavabdehə 1385 manat borc vermişdir. Qəbzləri var idi, lakin solmuşdu, oxunmurdu. Razılığa əsasən borcunu iyun 2025-ci il tarixə kimi tam qaytarmalı idi. Lakin cavabdeh borcundan qaytarsa da 760 manat qaytarmamışdır. Dəfələrlə o və arvadı Natiqdən pulu qaytarmağı tələb etməsinə və bu barədə Yardımlı rayon Polis Şöbəsinə müraciət etməsinə baxmayaraq hal-hazıra kimi ödəməmişdir. Telefon zənglərinə cavab vermir. Yardımlı rayon Polis Şöbəsində şikayəti ilə bağlı araşdırma aparılmışdır. xx.xx.2025-ci il tarixdə omları üzləşdirmişlər və izahatlarını almışlar. Natiq, ondan borc pul aldığını etiraf edərək, 760 manat qalan borcunun yarısını 2025-ci ilin sentyabr ayının 20-də, qalan yarısını da 10 oktyabrda ödəyəcəyinə söz vermişdir. Lakin heç bir ödəniş etməmişdir, 760 manat borclu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı rayon İHB-nin Vərgədüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əsədov X5 rayon Vərgədüz kəndində daimi qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Cavabdeh Yardımlı rayon Polis şöbəsində verdiyi izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdən əmisinin həyat yoldaşı X1 onun barəsində DİN-in 102 xidmətinə verdiyi məlumatla tanış olmuşdur. Təxminən 2024-cü ilin sentyabr ayında əmisi İddiaçı 1400 manat boirca pul almışdır. Sonradan borca aldığı puldan 640 manat qaytarmışdır. İmkanı zəif olduğundan əmisi veisə olan borcu ödəyə bilməmişdir. Amma ən yaxın zamanda əmisi İddiaçı olan borcu ödəməsinə söz vermişdir. Əmisi İddiaçıla aralarında olan borcdan başqa mübahisəsi qalmamışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddianın verilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh pul ehtiyac olduğu üçün İddiaçı 1385 manat borc pul istəmiş, iddiaçı da cavabdehə 1385 manat pulu borc olaraq vermişdir. Aralarında olan razılığa əsasən cavabdeh borca aldığı 1385 manat pulu 2025-ci ilin iyun ayına kimi iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin puldan Cavabdeh müəyyən hissəsini qaytarsada, borcdan 760 manatını qaytarmamışdır. Cavabdeh Mamedov X4 rayon Polis şöbəsində verdiyi izahatı ilə İddiaçı olan borcunu etiraf etmişdir. MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 760 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 760 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(038)-734/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-734/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver