Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-736/2025 06.01.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi ilə, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada ona vurduqları ziyana görə 1500 manat və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixinə təyin edilmiş hazırlıq iclasında İddiaçı iş üzrə cavabdeh X2 əsl cavabdeh Yardımlı rayonu Telavar kəndində qeydiyyatda olan Cavabdeh2 ilə əvəz edilməsi barədə məhkəməyə ərizə təqdim etmiş və məhkəmə ərizəni təmin edərək, cavabdeh X2 əsl cavabdeh Yardımlı rayonu Telavar kəndində qeydiyyatda olan Cavabdeh2 ilə əvəz olunması barədə qərar qəbul etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixinə təyin edilmiş hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, maddi ziyanın cavabdehlər tərəfindən tam ödənildiyini və iddia tələbindən imtina etdiyini bildirərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə təqdim olunmuş sənədləri hərtərəfli tədqiq edib və iddiaçının iddiadan imtina etməsi barədə ərizəsinin məhkəmə tərəfindən təsdiq edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51, 191.2, 261, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(038)-736/2025
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-736/2025
06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver