Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-779/2024 17.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə hazırlıq iclasını məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.453 (on bir min dörd yüz əlli üç) manat,həmçinin dövlət rüsumuna görə ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat 76 qəpik məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh tələb edilən pulu ödəmişdir, ona görədə iddiadan imtina edir, ərizəni nəzərə alaraq iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının ərizəsini araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında hər hansı mübahisə mövcud olmadığından və yaranmış mübahisə aradan qalxdığından və bu hal hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddiaçının ərizəsi mülki işin icraatına xitam verilməsi kimi qəbul edilərək məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin həmin iddia ilə əlaqədar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməzliyi iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «Cavabdeh 11.453 (on bir min dörd yüz əlli üç) manat,həmçinin dövlət rüsumuna görə ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat 76 qəpik məbləğində pulun alınaraq ona verilməsi» barədə pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 124 manat 76 qəpik manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası ödənilmiş dövlət rüsumunun geri qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə həvalə edilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(038)-779/2024
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-779/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver