Məhkəmə qərarları › İş №2(038)-80/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-80/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-80/2023 16.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi ilə. İddaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Yardımlı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq Cavabdeh 5781.89 manat əsas borc, 104.25 manat faiz borcu olmaqla, ümumlikdə 5886,14 manat kredit borcunun və dövlət rüsumuna ödənilmiş 79.27 manat pulun tutularaq "xxxx" Kommersiya Bankının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında olan 505rstLKN/19 saylı Güzəştli kredit və X2 görə “ Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 5784,84 manat qalıq məbləğini 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə kredit verilmişdir. Cavabdehin 23 noyabr 2022-ci il tarixə 5781,89 manat əsas borc, 104,25 manat faiz borcu olmaqla, ümumlikdə 5886,14 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, cavabdehlərdən yaranmış borc məbləği tələb olunur. İddiaçı "xxxx" KB ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçı tərəfin iştrakı olmadan mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclasında izahat verərək, borcunu ödəməyə maddi imkanının olmadığını, hissə-hissə ödəyəcəyini bildirmişdir. 505rstLKN/19 saylı xx.xx.2019-cu il tarixli güzəştli kredit və X3ndən görünür ki, "xxxx" Kommersiya Bankı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 5784,84 manat kredit verilmişdir. İşdə olan bildirişlərin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh xəbərdalıq etməklə və bildiriş gödərməklə banka olan kredit borcunu vaxtında qaytarmadıqları halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faizlərin ödəməsini bildirmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC məhkəmədə iddia qaldırılması üçün 79,27 manat dövlət rüsumu ödəmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-nə 23 noyabr 2022-ci il tarixədək 5781,89 manat əsas borc, 104,25 manat faiz borcu olmaqla, ümumlikdə 5886.14 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki halları ilə və iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur ki, tərəflər arasında 505rstLKN/19 saylı Güzəştli kredit və X3 bağlanmış 505rstLKN/19 saylı xx.xx.2019-cu il tarixli Güzəştli kredit və X2 əsasən Cavabdeh 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 5784,84 manat kredit vəsaiti verilmişdir. Borclu Cavabdeh öhdəliyini layiqincə yerinə yetirməyərək borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı məhkəmə mübahisəsinin hüquqi əsası olaraq tətbiq etməklə qeyd edir ki, tərəflər arasıında borc müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlərini pozmuşdur. Beləliklə məhkəmə ödənilməli olan pul məbləğini müzakirə edərək qeyd edir ki, 5781,89 manat əsas borc, 104,25 manat faiz borcu olmaqla, ümumlikdə 5886.14 manat kredit borcu və dövlət rüsumuna ödənilmiş 79.27 manat banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5781,89 manat əsas borc, 104,25 manat faiz borcu olmaqla, ümumlikdə 5886.14 manat kredit borcu və dövlət rüsumuna ödənilmiş 79.27 manat pul tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar