Məhkəmə qərarları › İş №2(038)-814/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-814/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-814/2025 17.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 845 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Yardımlı Mərkəzi Rayon Xəstəxanasında həkim-terapevt vəzifəsində çalışır. Cavabdeh taksi xidməti göstərdiyinə görə ona taksidən istifadə etmək lazım olduqda cavabdehin nəqliyyat vasitəsindən istifadə edirmiş. Beləliklə aralarında yaxşı münasibətlər yaranmış və bir-birinə etibarı artmışdır. Münasibətləri o qədər yaxşı imiş ki, cavabdehə pul lazım olduqda ondan pul borc alırmış. Cavabdehə müxtəlif vaxtlarda kart hesabına bir neçə dəfə -cəmi 845(səkkiz yüz qırx beş) manat pul köçürülmüşdür.Bu barədə bank kartlarına ödəniş qəbzlərini iddia ərizəsinə əlavə etmişdir. Pulunun geri qaytarılması üçün cavabdehə müraciət etsə də, pulunu geri qaytarmaqdan imtina etdiyinə görə Yardımlı Rayon Polis İdarəsinə müraciət etmiş, lakin müraciəti mülki hüquq normaları ilə tənzimləndiyi bildirilərək, Yardımlı Rayon Məhkəməsinə müraciət etməsi təklif olunmuşdur. Cavabdeh haqqında cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli, 3-13-116/2-6845/2025 saylı qərarla müəyyən olunmuşdur ki, onun tərəfindən müxtəlif vaxtlarda cavabdehə 845(səkkiz yüz qırx beş) manat pul verilmiş və pulun köçürülməsini təsdiq edən qəbzlər işin materiallarına əlavə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli 3-13-116/2- 6845/2025 saylı qərarın surətini iddia ərizəsinə əlavə etmişdir. Həmçinin İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavədə göstərmişdir ki, o, 2025-ci il aprel ayından Cavabdeh taksi sürücüsü kimi tanımışdır. Cavabdeh ondan may ayında maşın təmiri adıyla, sonradan ağır xəsarət yetirdiyi kənd mollasına yardım etmək adıyla bir neçə dəfə borc olaraq pul almışdır. Borca aldığı pulu tezliklə qaytaracağı barədə söz vermişdir. Sonradan evə bazardan veş gətirib qoymaq bəhanəsi ilə gəlmiş, ona qarşı əxlaqsızlıq etmişdir. O da, bu barədə polisə şikayət etmişdir. Sonra da, polisin təkidi ilə və Amilin xahişi ilə şikayəti geri götürmüşdür. Cavabdeh pulunu qısa müddətdə geri qaytaracağını bildirmişdir. Lakin polisdən şikayəti geri götürdükdən sonra, Cavabdeh, atası və qardaşı onu təhdid etmiş, şərəf və ləyaqətini alçaltmışdır. O, da bu barədə yuxarı orqanlara ona qarşı olan təhdidlərin qarşısını almaq üçün müraciət etmişdir. Polisdən, ona işi məhkəməyə yönəldilməsi bildirilmişdir. Dəfələrlə müxtəlif adamlar vasitəsi ilə cavabdehə borcu qaytarması barədə xəbərdarlıq etsə də, cavabdeh pulu qaytarmayacağını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh borc olaraq ayrı-ayrı vaxtlarda ümumilikdə 845 manat pulu onun kartına köçürmüşdür. İddiaya əlavəni və cavabdehin kartına köçürdüyü pulların qəbzlərini məhkəməyə göndərmişdir. Cavabdeh onu bir dəfə Masallıya, bir dəfə Lənkərana aparmış, o bazarlıq etmiş və puluda nağd şəkildə ödəmişdir. Cavabdehin aldığı 360 manat pulu, Zəhra həkimdən alıb ona vermişdir. İddia tələbini təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. İddiaçını müxtəlif yerlərə aparmış, istədiklərini almışdır. Polisdə araşdırılma zamanı pulu qaytarmağı təklif etsə də, iddiaçı qəbul etməmişdir. Maşınla avto-qəza törətdikdən sonra, taksi kimi fəaliyyət göstərə bilməmişdir. İddiaçıdan borc olaraq pul almamışdır, sadəcə iddiaçı ona yardım etmişdir. Polis şöbəsində iddiaçıdan 710 manat pul aldığını bildirmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2025-ci il tarixli, **********9 nömrəli qəbzdən görünür ki, ****9270 nömrəli kart hesabından, ****1554 nömrəli kart hesabına 40 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, **********0 nömrəli qəbzdən görünür ki, ****9270 nömrəli kart hesabından, ****1554 nömrəli kart hesabına 150 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, **********4 nömrəli qəbzdən görünür ki, ****5872 nömrəli kart hesabından, ****1554 nömrəli kart hesabına 360 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Yardımlı rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı Fəxrəddin qızına müraciətində göstərdiyi xüsusatların mülki-hüquq normaları ilə tənzimləndiyi üçün aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin həmin qərarda Cavabdeh izahatında İddiaçı Fəxrəddin qızından cəmi 710 manat pul aldığını etiraf etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddianın verilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh pul ehtiyac olduğu üçün İddiaçı borc pul istəmişdir. İddiaçı cavabdehə 845 manat borc pul verdiyini bildirsə də, məhkəməyə təqdim etdiyi qəbzlərdə, ümumi olaraq 550 manat pulu cavabdehin kart hesabına köçürdüyü görsənir. Cavabdeh Polis şöbəsində izahat verərkən İddiaçı 710 manat pul aldığını etiraf etmişdir. Məhkəmə məhz bu hissədə iddianın əsaslı olması qənaətinə gəlir və hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə cavabdehin tərəflər arasında borc münasibətlərinin olmaması ilə bağlı izahatlarına qiymət verərək, hesab edir ki, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən cavabdehin izahatının dəlilləri iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 710 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 710 (yeddi yüz on) manat pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar