Məhkəmə qərarları › İş №2(038)-82/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-82/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-82/2025 04.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X4 Mərkəzinin (bundan sonra 11 saylı RMTM-nin) nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, iddiaçı 11 saylı RMTM-nin Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: 11 saylı X4 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində qanunsuz ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 6513 (altı min beş yüz on üç manat əlli doqquz) manat məbləğində pul vəsaitinin Yardımlı rayonu, Urakəran kəndi sakini Cavabdeh tutulub 11 saylı X4 Mərkəzinin (əvvəlki Masallı RMTM) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin yanvar, fevral və mart aylarında Masallı X4 Mərkəzinin 3 saylı meşəbəyliyinin 9, 10, 11 saylı meşə dolaylarında aparılan yoxlamalar və həmçinin təhvil qəbul zamanı ümumilikdə 583 ədəd, 237,6 m3 həcmində, 6513 (altı min beş yüz on üç) manat 59 (əlli doqquz) qəpik məbləğində müxtəlif cins və diametrlərdə köküstə yaş və quru ağacların kəsilərək meşə sahəsindən aparılması və dövlət əmlakının qorunub saxlanılmasına məsul olan şəxslərin hadisəni rəsmiləşdirməməsi faktı aşkaredilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə kifayət qədər əsas verən məlumatlar mövcud olduğundan toplanılmış material hüquqi qiymət verilməsi üçün Yardımlı rayon Prokurorluğuna hər iki fakt üzrə sənədlər göndərilmişdir. Materiallar əsasında Yardımlı rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Eyni zamanda Yardımlı rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 1(038)-24/2022 nömrəli hökm çıxarılaraq Yardımlı rayonu Urakəran kəndi sakini Cavabdeh Azərbaycan Resbublikasının Cinayət Məcəlləsinin 314.1 -ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Tələb olunan 6513 (altı min beş yüz on üç) manat 59 (əlli doqquz) qəpik məbləğində ziyan Yardımlı rayon Məhkəməsinin yuxarıda qeyd olunan hökmündə təsdiqini tapmış və hökm qanuni qüvvəyə minmişdir. Sübut kimi Yardımlı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar, Cavabdeh məhkəmə iclasında ifadə verən zaman təqsirinin etiraf etməsini göstərmək olar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, iddia tələbini qəbul etmir və səbəbləri barədə məhkəməyə yazılı şəkildə ərizə ünvanlamışdır. Masallı X4 Mərkəzinin 3 saylı meşəbəyliyinin meşəbəyisi vəzifəsində işlədiyi dövrdə qırıntılar barədə rəhbərliyə məlumat vermiş, akt yazılan dövrdə olan qırıntılar vaxtı isə 3 ay xəstə yatmışdır. Qanunu bilmədiyindən barəsində cinayət işinin istintaqı vaxtı şikayət etməmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(038)-24/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh CM-nin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1500 manat miqdarında cərimə cəzası ona görə təyin edilmişdir ki, o, Masallı X4 Mərkəzinin 3 saylı meşəbəyliyinin meşəbəyi vəzifəsində çalışdığı zaman səhlənkarlıq edərək, ümumilikdə 583 ədəd, 237,6 m3 həcmində, 6513 (altı min beş yüz on üç) manat 59 (əlli doqquz) qəpik məbləğində müxtəlif cins və diametrlərdə köküstə yaş və quru ağacların kəsilərək bu sahədə dövlətin mənafeyinə mühüm zərər vurmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Masallı X4 Mərkəzinin 3 saylı meşəbəyliyinin meşəbəyi vəzifəsində çalışdığı zaman səhlənkarlıq edərək, ümumilikdə 583 ədəd, 237,6 m3 həcmində, 6513 manat məbləğində müxtəlif cins və diametrlərdə köküstə yaş və quru ağacların kəsilərək bu sahədə dövlətin mənafeyinə mühüm zərər vurduğuna görə sonuncu Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(038)-24/2022 nömrəli hökmünə əsasən CM-nin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1500 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-ci maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarının 1-ci maddəsinin 1-ci bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar tərəfindən meşə qırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların kəsilməsi nəticəsində maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxmından müəyyən olunur ki, cavabdeh X1 nəticəsində dövlət meşə fonduna 6513 manat məbləğində maddi zərər vurulmuşdur ki, zərər vurmuş şəxs Cavabdeh tərəfindən həmin zərər tam həcmdə ödənilməlidir. İşin göstərilən halları iddiaçı təşkilatın nümayəndəsinin izahatı, eləcə də iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə tam təsdiq olunur. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, iddia büdcə təşkilatı tərəfindən verildiyindən və iddiaçı da dövlət rüsumunu ödəməkdən azad edildiyindən dövlət rüsumu kimi ödənilməli olan 85,13 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 85,13 manat təşkil edir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 6513.59 manat məbləğində pul alınaraq 11 saylı RTMT-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 6513,59 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 11 saylı X4 Mərkəzinin hesabına ödənilsin. İddianın məhkəməyə verilməsi üçün ödənilməli olan 85,13 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar