Məhkəmə qərarları › İş №2(038)-95/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-95/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-95/2024 07.03.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 14605 manat pul tələb edir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehin ona 10000 manat məbləğində borcunun qaldığını və bu səbəbdən Cavabdeh 10000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər dost münasibətində olduğu cavabdeh şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana gələrək pandemiya dövrü olduğuna görə işinin yaxşı getmədiyini bildirmiş, və könüllü iltizam tərtib edib ondan 11600 manat pul borc götürmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə təkrar yaşadığı ünvana gələrək işinin yaxşı getmədiyini bildirib ona 2000 manat pul borc verməyini xaiş etmişdir. Həmin 2000 manat pulu özündə gəzdirdiyi həyat yoldaşı X2 adına olan “LEOBANK” kart hesabına köçürməyini xahiş etmişdir. O, həmin 2000 manat pulu onun həyat yoldaşı X2 Leobank kart hesabına köçürmüşdür. Bundan bir neçə gün sonra zəng edərək ondan 5000 manat pul istəyərək yenə həmin pulu həyat yoldaşının adına olan Leobank kartına köçürməyini xahiş etmişdir. O bu pulu istəyərkən özünün ağır xəstə olduğunu bildirmiş və tezliklə evini sataraq ona olan bütün borcunu qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə 4900 manat pulu onun həyat yoldaşının adına olan Leobank kart hesabına köçürmüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində cavabdeh evinin çıxarışı olmadığına görə satılmadığını bildirərək özünə dərman və müalicə alması üçün ondan 3400 manat pul borc istəmiş, bu dəfə də pulu həyat yoldaşı X2 Leobank kart Hesabına köçürməyini xahiş etmişdir. O, 3395 manat pulu onun həyat yoldaşı X2 Leobank kart hesabına köçürmüşdür. Ümumilikdə cavabdehin ondan götürdüyü məbləğ 21895 manat olmuşdur. Cavabdeh ondan götürdüyü 21895 manat puldan 7290 manat borcunu qaytarmış, 14605 manat borcu qalmışdır. Cavabdeh, ondan pul borc götürərkən onun evini satdığını və onda pul olduğunu bilirdi. Cavabdehdən pulunu tələb edəndə əvvəlcə işlərinin yaxşı getmədiyini, sonra isə ona əlavə vaxt verməyini xahiş edərək qısa zamanda pullarını geri qaytaracağını bildirmişdir. Aradan xeyli vaxt keçmiş, cavabdehdən pulunu geri qaytarmağı tələb edəndə əvvəllər pandemiyaya görə iş olmadığını və maddi imkanının aşağı olmasını, sonra isə xəstə olduğunu bildirmişdir. Daha sonra evini sataraq ona olan borcunu qaytaracağını bildirmişdir. Lakin faktiki olaraq vaxtı uzatmaqla pulu geri qaytarmamışdır. Cavabdeh ondan pulu aldığı vaxtda, pulu tez bir zamanda geri qaytarmağı öhdəliyinə götürmüş lakin öhdəliyini lazımi qaydada icra etməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin elektron kabinet vasitəsilə ərizə verərək hal-hazırda Xətai rayonu 2 saylı xəstəxanasının nevrologiya şöbəsində yatdığını və nevroloji və epileptik tutmalardan və digər xəstəliklərdən müalicə aldığını, xəstəliyimlə bağlı məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmişdir. Əlavə olaraq ərizəsində göstərmişdir ki, Cavabdeh Hacıbala oğluna göndərdiyi pulların qəbzini və cavabdehin pulları ondan götürməsi barədə könüllü tərtib etdiyi (borc müqaviləsini) iltizamları iddia ərizəsi ilə birgə sübut olaraq məhkəməyə göndərmişdir. Əlavə olaraq Cavabdeh Hacıbala oğlu məhkəməyə teleqram göndərərək ona 14605 manat pul borcu olduğunu könüllü etiraf etmişdir. O, Cavabdeh Hacıbala oğluna qarşı məhkəmədə pul iddia tələbi qaldırdıqdan sonra cavabdeh 2024-cü il yanvar ayında ona 4605 manat qaytarmışdır. 2024 fevral ayında isə yenə 500 manat pul borcunu qaytarmışdır. Cavabdeh teleqramla könüllü etiraf etdiyi 14605 manat borcundan ümumilikdə 5105 manatını qaytarmışdır. Hal-hazırda cavabdehin ona qalan pul borcu 9500 manat təşkil edir. bu səbəbdən cavabdehdən 9500 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə teleqram vuraraq, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, İddiaçı 14605 manat borcunun olduğunu, iddia tələbini qəbul etdiyini bildirmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 14 sentyabr 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 14 sentyabr 2022-ci il tarixdə İddiaçı 11600 manat borc pul almışdır və həmin pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, X1 hesabına ayrıayrı tarixlərdə 4900, 3395, 2000 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilən müayinəyə dair məlumatdan görünür ki, İddiaçı İİİ dərəcəli əlildir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, borc müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. və 740.2.-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. İşin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı 14605 manat məbləğində borc məbləğində ödənişlər etmiş və hazırda 9500 manat məbləğində borcu qalmışdır. Qeyd edilən borc məbləği ilə bağlı tərəflər arasında mübahisəli hal yoxdur. İddiaçı təqdim etdiyi ərizədə iddia tələbinin həcmini ödənişləri nəzərə almaqla azaltmış və cavabdehdən 9500 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Həmçinin Cavabdeh teleqram vuraraq iddia tələbini qəbul etmiş və borc məbləğini etiraf etmişdir. Göstərilənlərə əsasən iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9500 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: x4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar