Məhkəmə qərarları › İş №2(038)-97/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-97/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-97/2023 02.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 oğlunun sədrliyi, K1 katibliyi ilə. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqavilə üzrə 1512.23 manat əsas kredit borcu, 541.63 manat faiz borcu, 692.6 manat cərimə və 47.47 manat ödənilmiş dövlət rüsumu tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqavilə üzrə 1512.23 manat əsas kredit borcu, 541.63 manat faiz borcu, 692.6 manat cərimə və 47.47 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “Access Bank” Qapalı Səhmdat Cəmiyyəti elektron Məhkəmə sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini baxılmamış saxlamaqla, mülki işin məhkəmədən geri qaytarılması barədə qərardad qəbul ediməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və işin mahiyyəti üzrə həll olunmasına münasibətini bildirməmişlər. Göründüyü kimi iddiaçı iddia ərizəsinin qaytarılmasını tələb edir, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən iddiaçı “Access Bank” Qapalı Səhmdat Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA AlDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqavilə üzrə 1512.23 manat əsas kredit borcu, 541.63 manat faiz borcu, 692.6 manat cərimə və 47.47 manat ödənilmiş dövlət rüsumu tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar