Məhkəmə qərarları › İş №2(039)-1/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1/2023

05.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1/2023 05.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı 80.000 (səksən min) manat pul vəsaitinin və 330 (üç yüz otuz) manat məhkəmə məsrəflərinin–dövlət rüsumunun cavabdehlərdən (əsassız varlanan şəxslərdən) tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Yevlax şəhərində yerləşən 0.045 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə və həyətyanı sahənin abad hala salınması üçün çəkilmiş maddi xərclərin əvəzi olaraq cavabdehlərdən 80,000 manat pul vəsaitinin və dövlət rüsumu hesabına ödədiyi 330 manat pul vəsaitinin cavabdehlərdən alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 münasibətdə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona qaytarılmaqla iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi Cianşa Ömərov iclas zamanı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh1 iclasa gəlməmiş, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin, habelə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim etdiyindən, iş üzrə cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11., 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı 80,000 manat pul vəsaitinin və 330 manat məhkəmə məsrəflərinin – dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar