Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-10/2021 16.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı2 və İddiaçı3, Cavabdeh X6 iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı yaşayış evinin tərkib hissəsindən yaşamaq hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin Yevlax rayonu Qaraoğlan kəndində yerləşməklə texniki sənədləri Cavabdeh adına olan, o cümlədən onların ailəsinin 1983-cü ildən etibarən fasiləsiz olaraq yaşadıqları və yeganə yaşayış evləri olan fərdi yaşayış evində onların fərdi yaşayış evinin tərkib hissəsində yaşamaq hüquqlarının məhkəmə qaydasında tanınmasına dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini belə əsaslandırmışlar ki, onlar bir ailənin üzvləridir. İddiaçı1la İddiaçı2 ər-arvad, digərləri isə onların övladlarıdır. İddiaçı1 İddiaçı2 ilə 27 yanvar 1983-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan 1983-cü il təvəllüdlü Elşən, 1989-cu il təvəllüdlü Ülviyyə və 1985-ci il təvəllüdlü Aynurə adlı övladları vardır. Qızı Aynurənin ailəsi dağılmış və onun 2007-ci il təvəllüdlü Vaqif adlı oğlu da onların yanında, onlarla birlikdə yaşayır. Onların əsas və daimi yaşayış yeri Yevlax rayonu Qaraoğlan kəndində hazırda yaşadıqları fərdi yaşayış evi olmuşdur. Belə ki, valideynlər ailə həyatı qurduqdan sonra həmin ünvanda yaşamış , övladların hər biri orada dünyaya gəlmiş, böyüyüb boya–başa çatmışlar. Cavabdeh onların ailəsinin yaxın qohumudur. Cavabdeh, birinci iddiaçının doğma qardaşıdır. Onlarla eyni ünvanda kəllayı (paralel) otaqlarda cavabdeh də ailə üzvləri ilə birlikdə yaşayır. Lakin eyni təsərrüfatı idarə etmirlər. Həyətyanı torpaq sahəsi və yaşayış evlərinin tərkib hissələri öz aralarında ayrılmışlar. Yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki ayrılması ilə bağlı onların ailəsinin heç bir problem yaratmırlar. Lakin cavabdeh yaşayış evinin texniki sənədlərinin onun adına olması bəhanəsi ilə daim onlara qarşı məhkəmə qaydasını mübahisə açır. Hətta cavabdeh onların ailəsinin həmin ünvanda yaşamasını məqsədli olaraq gizlətməklə, guya ki, “bizim də faktiki sahibliyimizdə istifadəmizdə olan daşınmaz əmlakın tərkib hissəsi ona aiddir” kimi təqdim edərək ölçmə işlərini aparan mütəxəssisləri aldadaraq bütövlükdə daşınmaz əmlakın on xüsusi mülkiyyətində olmasına dair Dövlət reyestrindən Çıxarış əldə etmişdir. Düzdür, onların yəni ailə başçısı İddiaçı1 aidiyyəti üzrə şikayəti əsasında daşınmaz əmlaka dair Çıxarış verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edildikdən sonra, artıq hazırda onların və cavabdeh, o cümlədən onun ailəsi yaşadığı daşınmaz əmlakın - həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh deyildir. Cavabdeh uzun illər bundan öncə ilkin texniki sənədləri məqsədli olaraq adına tərtib etdirmişdir. Cavabdeh, daşınmaz əmlaka mülkiyyət hüququ üzrə çıxarış əldə etdikdən sonra Yevlax Rayon Məhkəməsində onların evdən çıxarılmaqlarına dair məhkəmə aktı əldə etməyə nail olmuşdur. Təbii ki, onlar birinci instansiya məhkəməsində baxılarkən məlumatlanmamışlar. Bütün qeyd edilənlərdən artıq onların evdən çıxarılmaqlarına dair icra işi həyata keçirilən zaman məlumat bilmiş və qanunamüvafiq qaydada şikayətləri əsasında Cavabdeh mülkiyyət hüququnu təsdiq edən çıxarış qüvvə düşmüşdür. Hazırda isə, həmin texniki sənədlərə istinadən onların həmin ünvanda yaşamaq hüquqlarının olmadıqlarını bildirir. Narazı söz-söhbət, qanqaraçılıq cavabdehin təşəbbüsü ilə digər xoşagəlməz münasibətlər səngimək bilmir cavabdeh digər neqativ hallara yollara əl atmaqla onların ailəsini bütövlükdə şərtsiz 1983-cü ildən hal-hazıradək fasiləsiz olaraq yaşadıqları yeganə yaşayış evindən çıxarmaq istəyirlər. Hesab edirlər ki, həmin ünvanda onların yaşamaq hüququ var. Məhkəməyə təqdim edilmiş məhkəmə aktlarından göründüyü mübahisə predmeti olan yəni fərdi yaşayış xüsusi mülkiyyətdə deyildir. Habelə yaşayış evi dövlət və ya bələdiyyə mənzil fonduna daxil deyildir. Belə olan halda, mübahisə predmetinə dair cavabdehlə aralarında yaranmış hüquq münasibətini tənzimləyən qanun norması olmadığından hesab edirlər ki, mübahisə mülki qanunvericiliyin analogiya üzrə tətbiqi əsasında, 01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin maddələrinə əsasən qiymətləndirilməlidir. Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 öldüyündən ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, İddiaçı1la 1983-cü ildə ailə qurduqdan sonra onun həmin zaman yaşadığı, Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən tikiliyə köçərək orada hal hazıradək yaşamaqdadır. Belə ki, övladları Elşən və Aynurə həmin ünvanda doğulmuş və orada böyümüşlər. Həmin yaşayış evi iki otaqdan ibarətdir. Bir otaqda həmişə onların ailəsi, digər otaqda isə qayını Cavabdeh ailəsi yaşamışdır. Oğlu Elşən ailə qurduqdan sonra həmin evdən köçmüş, hazırda Yevlax şəhərində yaşamaqdadır. Qızı Aynurə isə ailə qursa da evdən daimi köçməmişdir, hazırda öz övladı ilə birlikdə həmin evdə yaşamaqda davam etməkdədir. Əri İddiaçı1 21 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən evdən başqa hər hansı yaşayış yerləri yoxdur. Qızı Aynurə üzrlü səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Lakin işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda özü də iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı3 oxşar məzmunlu izahat verərək bildirmişdir ki, hazırda Yevlax şəhərində ailəsi ilə birlikdə qayının adına olan evdə yaşayır. Lakin, buna baxmayaraq mütəmadi olaraq Yevlax rayonu, Qaraoğlan kəndinə yaşadıqları evə də gedib gəlir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayarq İddiaçı4 məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ona münasibətdə də iddianın mahiyyəti üzrə baxılmasına etiraz etmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçıların razılığı ilə Cavabdeh, əsl cavabdeh X13 ilə əvəz edilmişdir. Cavabdeh Kamil Qurbanov iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən ev hazırda mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev onun atası Cavabdeh tərəfindən inşa edilmişdir. Qeyd edilən evdə atası öz qardaşı İddiaçı1 müvəqqəti yaşamağa icazə vermişdir. Buna baxmayaraq İddiaçı1 həmin evin bir otağında arakəsmə çəkməklə ailəsi ilə birlikdə yaşamışdır. Hazırda da həmin otaqda iddiaçılardan İddiaçı2 və İddiaçı4 yaşamaqdadır. İddiaçı3 isə Yevlax şəhərində öz ailəsi ilə yaşayır. İddiaçıların həmin evdə yaşaması bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırır. İddianın təmin edilməməsini xahiş etmişdir. Şahid Cavabdeh bildirmişdir ki, hazırda mülkiyyət hüququ üzrə oğlu Kamil Qurbanova məxsus olan yaşayış evi onun tərəfindən 1968-ci ildə inşa edilmişdir. Qeyd edilən tikili ilk olaraq onun anasına məxsus təsərrüfatda qeyd edilsə də, sonradan onun adına ayrıca, başqa nömrə ilə təsərrüfat açılmışdır. Həmin zaman qardaşı İddiaçı1 başqa yaşayış yer olmadığından ona müvəqqəti olaraq həmin evdə yaşamağa icazə vermişdir. İddiaçı1 1983-cü ildə İddiaçı2 ilə ailə həyatı qurmuş və sonuncu, gəlin olaraq həmin evə köçmüşdür. Qardaşı olduğundan İddiaçı1 yenə də etiraz etməmiş. Lakin razılıqları belə olmuşdur ki, tez bir zamanda ev tikib oradan çıxacaqlar. Buna baxmayaraq İddiaçı1 ailə üzvləri ilə uzun müddət orada yaşamağa davam etmişdir. Onun oğlu İddiaçı3 artıq oradan köçmüşdür. Arvadı İddiaçı2 və qızı İddiaçı4 isə hələ də orada yaşayırlar. İİİЖГ304096 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X8 25 yanvar 1983-cü il tarixdə nikah bağlamaqla ailə qurmuşlar. Ərinə Qurbanov, arvada Qurbanova soy adı verilmişdir. Yevlax rayon Təhsil Şöbəsinin 1131 saylı 30 may 2019-cu il tarixli arayışında qeyd olunur ki, İddiaçı4 həqiqətən 1992-2003-ci illərdə P.S.Atakişiyev adına Qaraoğlan kənd tam orta məktəbində təhsil almışdır. Yevlax rayon Təhsil Şöbəsinin 1133 saylı 30 may 2019-cu il tarixli arayışında qeyd olunur ki, İddiaçı3 həqiqətən 1991-2001-ci illərdə P.S.Atakişiyev adına Qaraoğlan kənd tam orta məktəbində təhsil almışdır. Yevlax rayon Təhsil Şöbəsinin 1134 saylı 30 may 2019-cu il tarixli arayışında qeyd olunur ki, X8 həqiqətən 2002-2010-cu illərdə P.S.Atakişiyev adına Qaraoğlan kənd tam orta məktəbində xadimə işləmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-060F KOD 90103038 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 22 nömrəli qərarı ilə 0,20 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi Yevlax rayon Qaraoğlan kənd sakini X3 və X4 mülkiyyətinə verilmişdir. Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Salamabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 113 saylı, 09 aprel 2019-cu il tarixli arayışında qeyd olunur ki, İddiaçı1 Maıl oğlu və ailə üzvləri həyat yoldaşı İddiaçı2, oğlu İddiaçı3, qızı X7 və qızı İddiaçı4 Yevlax rayonu Qaraoğlan kəndində yaşayır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 39 nömrəli, xx.xx.2016-cə il tarixli və xx.xx.2017-ci il tarixli texniki pasportlarının surətləri ilə müəyyən olunur ki, Yevlax rayonu Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evi 1968-ci ildə inşa edilmişdir. İlk olaraq texniki pasport Cavabdeh, daha sonra isə Kamil Qurbanovun adına tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evi, 0,20 ha torpaq sahəsi ilə X6 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1049/2018 nömrəli, 25 oktyabr 2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi qismən təmin edilərək Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən, iddiaçı Cavabdeh istifadəsində olan 0,20 ha torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin işə baxılarkən işin məhkəmə araşdırması nəticəsində xx.xx.2018-ci il tarixdə əraziyə yerində baxış keçirildiyi zaman məlum olmuşdur ki, mübahisəli ərazidə ümumilikdə 0,51 ha torpaq sahəsi vardır ki, onun 0,20 ha hissəsinə X10 və X4 adlarına JN seriyalı, 060F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X1 bir evdə ayrıca yaşayır. Qalan 0,31 ha hissə xüsusi mülkiyyətə verilmədiyindən bələdiyyə mülkiyyəti kimi saxlanılmışdır. Cavabdeh adına texniki pasport tərtib edilmiş fərdi yaşayış evinin bir-birinə əks istiqamətdə yerləşən və həyətə açılan iki giriş-çıxış qapısı vardır. Sol tərəfdəki qapıda Cavabdeh və ailə üzvləri, sağ tərəfdəki qapıdan İddiaçı1 və ailə üzvləri istifadə edirlər. Bu vəziyyət Cavabdeh adına 1987-ci ildə tərtib olunmuş evin texniki pasportunda da öz əksini tapır. Həyətin də ayrı-ayrı yerlərdə küçəyə iki giriş-çıxış darvazası vardır ki, bunların da birindən iddiaçı tərəf, digərindən üçüncü şəxs istifadə edir. Üçüncü şəxs İddiaçı1 və onun ailə üzvlərinin istifadə etdiyi çıxış tərəfdə yerləşən torpaq sahəsinin ölçüsü 0,091 ha təşkil edir və həmin sahə dəmir tor hasarla ayrılmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-3223/2017 nömrəli, 11 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X6 cavabdeh İddiaçı1 evdən çıxarılması tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7567/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qərarının surəti ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-3223/2017 nömrəli, 11 dekabr 2017-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilərək iddia təmin edilməmiş, Cavabdeh həmin qətnamədən veridiyi kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, mülki işə əlavə olunmuş arayışlarla həmçinin təsdiq olunur ki, İddiaçı1 torpaq islahatı keçirilən vaxtda ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qaraoğlan kəndində yaşamışdır. Belə bir xüsusat torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə həyətyanı torpaq sahəsinin ayrılması, yəni onların yaşadığı yerdə həyətyanı torpaq sahəsinə dair verilmiş şəhadətnamədə adlarının qeyd olunmasını şərtləndirir. İddiaçı şikayətlərində İddiaçı1 ayrıca evinin olmasını qeyd etsə də, apelyasiya instansiyası məhkəməsi bu xüsusatları ətraflı araşdırmamışdır. İddiaçı1 və onun ailə üzvlərinin (arvadı, övladları) adına həyətyanı torpaq sahəsinin ayrılıb-ayrılmaması, həmin torpaq sahəsində yaşayış evinin olub-olmaması, evin kimin adına olması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Əgər İddiaçı1 başqa yaşayış sahəsinə malikdirsə, onda onun mülkiyyət hüququ ilə başqasına məxsus olan evdən istifadə hüququ istisna olunur. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-575/2020 nömrəli, 11 iyun 2020-ci il tarixli qətnaməsinin surəti ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda sadalanan sübutlarla müəyyən olunur ki, Yevlax Şəhər icra Hakimiyyəti başçısının Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 48 nömrəli arayışında qeyd olunur ki, Yevlax rayonu Qaraoğlan kənd sakinləri İddiaçı1 İddiaçı3 və İddiaçı2 Müseyb qızı nümayəndəliyin 11 nömrəli təsərrüfatbaşına kitabının 23-cü səhifəsində, X2 təsərrüfatında qeydiyyatdadırlar, onların adına həyətyanı torpaq sahəsi və yaşayış yoxdur. Kollegiyanin sorğusu əsasında alınmış ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 03 aprel 2020-ci il tarixli **********24 nömrəli cavab məktubundan görünür ki, İddiaçı1 adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Kollegiya mübahisənin obyektiv həlli üçün zəruri olduğundan Yevlax rayonu Qaraoğlan kəndində aqrar islahatın aparılan vaxt Yevlax rayonu Qaraoğlan kənd sakinləri İddiaçı1 və ailə üzvləri İddiaçı2 Müseyb qızı, İddiaçı3, X7 və İddiaçı4 həyətyanı torpaq sahəsi verilib-verilməməsi barədə rəsmi məlumat verilməsi, habelə Yevlax rayonu Qaraoğlan kəndində aqrar islahatın aparılması barədə Yevlax rayonu Qaraoğlan kəndi üzrə X23 Komissiyasının qərarına əlavə edilmiş Yevlax rayonu Qaraoğlan kəndində həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısından ailə başçısı İddiaçı1 və ailə üzvləri X12, İddiaçı3, X7 və İddiaçı4 adları olan hissəsindən çıxarışın təsdiq edilmiş surətlərini məhkəmə kollegiyasına təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu etmiş, həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 aprel 2020-ci il tarixli **********31 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin arxivlərində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5236/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı X6 cavabdeh İddiaçı1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-575/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı1 öldüyündən iş üzrə icraata xitam verimişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-22/2019 nömrəli, xx.xx.2019-cu uil tarixli qərarın surəti ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh DƏDRX 17 saylı Ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Lətifə Qurbanova və İddiaçı1) iddiası təmin edilərək cavabdeh DƏDRX 17 saylı Ərazi idarəsinin üzərinə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 060 F nömrəli (kod ********) şəhadətnaməyə qismən dəyişiklik edilərək torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünün mövcud vəziyyətə uyğunlaşdırılması öhdəliyi qoyulması qərara alınmışdır. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax rayonu Qaraoğlan kəndində, 0,20 ha torpaq sahəsində yerləşən, cavabdeh Kamil Qurbanovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ümumi sahəsi 98.8 kv.m sahəsi olan fərdi yaşayış evi 1968-ci il tarixdə cavabdehin atası Cavabdeh tərəfindən inşa edilmişdir. İddiaçılardan İddiaçı2, 1983-cü ildə Cavabdeh qardaşı İddiaçı1la nikahlarını rəsmi qeyd etdirdikdən sonra, İddiaçı3 doğulduğu 1983-cü ildən, İddiaçı4 isə doğulduğu 1985-ci ildən həmin evdə Cavabdeh razılığı ilə yaşamış, onunla birgə təsərrüfat aparmışlar. Sonradan həmin ev Cavabdeh, daha sonra isə Kamil Qurbanovun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Buna baxmayaraq iddiaçılardan İddiaçı2 və İddiaçı4 həmin evdə otağın birini sonradan təcrid etməklə yaşamağa davam etmiş və hazırda da yaşamaqdadırlar. İddiaçı3 özünün etirafı ilə isə təsdiq olunur ki, o, həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Cavabdeh iddiaçıların başqa yaşayış evinin olduğunu qeyd etsə də, bu, mövcud sübutlarla təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bir neçə məhkəmə mübahisəsi olmuş, həmin işlər üzrə araşdırmaların nəticəsi ilə də sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı2 və İddiaçı4 hər hansı başqa yaşayış yeri mövcud deyil. Digər işlər üzrə eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh adına texniki pasport tərtib edilmiş fərdi yaşayış evinin bir-birinə əks istiqamətdə yerləşən və həyətə açılan iki giriş-çıxış qapısı vardır. Sol tərəfdəki qapıda Cavabdeh və ailə üzvləri, sağ tərəfdəki qapıdan İddiaçı1 və ailə üzvləri istifadə edirlər. Bu halları, tərəflər öz izahatları ilə də təsdiq etmişlər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisənin düzgün həlli məqsədi ilə tərəflərin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olduğu maddi hüquq normaları baxımından yaşayış evinin hüquqi statusu və iddiaçıların həmin yaşayış evinə istifadə hüququnun yaranmasına hüquqi qiymət verilməlidir. İşin mübahisəsiz halı odur ki, yaşayış evi 1968-ci ildə ayrılmış təsərrüfat sahəsində Cavabdeh inşa etdirmiş, həmin zaman, habelə İddiaçı2 həmin evə Cavabdeh razılığı ilə köçüb yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 4. Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu) Avropa İnsan Hüquqları Məhkəməsinin Akimova Azərbaycana qarşı məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (bax: Ceyms və başqaları Birləşmiş Krallğa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, c. 98, c. 29-30, b. 37). Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edilən məhkəmə işi üzrə gəldiyi nəticəni rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh qeyd edilən yaşayış evinə gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Həmin evin sonradan mülkiyyət hüququ üzrə ilk olaraq Cavabdeh, daha sonra isə Kamil Qurbanovun adına qeyd edilməsi də buna dəlalət edir. Belə olan halda, yenə də həmin Məcəllənin tələbləri baxımından iddiaçıların həmin evdən istifadə hüququnun yaranmasına aid normalar tətbiq edilməlidir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, hər üç iddiaçı, Cavabdeh razılığı ilə istifadə qaydasını müəyyən edib qeyd edilən ünvanda yaşadıqlarından onların həmin evdən istifadə hüququ yaranmışdır. Mülki Məcəllə: Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, mülkiyyət hüququnun Cavabdeh adına qeyd edilməsi, daha sonra isə Kamil Qurbanova keçməsi iddiaçıların mövcud hüquqlarının xitamına səbəb olmur. Lakin, İddiaçı3 özünün də etirafı ilə təsdiq olunur ki, o, artıq həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçmüş və bununla da, həmin ünvandan istifadə hüququnu itirmişdir. Cavabdeh, İddiaçı4 da ailə quraraq həmin mənzildən köçməsini qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı4 cavabdeh Kamil Qurbanova məxsus Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınmalı, digər hissələrdə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı4 cavabdeh X9 məxsus Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınsın. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 10 (on) manat 40 (qırx) qəpik cavabdeh X5 iddiaçılar İddiaçı2 və İddiaçı4 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-10/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-10/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver