Məhkəmə qərarları › İş №2(039)-100/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-100/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-100/2020 18.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh4müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 26,992.48 ABŞ Dolları məbləğində kredit borcu, 4,369.44 ABŞ Dolları məbləğində faiz borcu və 11,432.14 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 42,794.06 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və21 manat xidmət haqqının tutulması, tələbin Yevlax rayonu Xanabad kəndində Cavabdeh1 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 76.41 kv.m yaşayış, 45.07 kv.m yardımçı, 121.48 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulması, Yevlax rayonu Xanabad kəndində Cavabdeh1 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 76.41 kv .m yaşayış, 45.07 kv.m yardımçı, 121.48 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evdən çıxarılması, fərdi yaşayış evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25.06.2010-cu il tarixli 07L000002313 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100,000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.12.2014-cü il tarixli 007R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30,000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 06.04.2015-ci il tarixli 007R**********S saylı, 29.02.2016-cı il tarixli 007R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 28.03.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3,007.52 ABŞ Dolları ödəmiş, onun 26,992.48 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 04.04.2017-ci il tarixə 372 gün üçün hesablanmış faiz borcu 4,369.44 ABŞ Dolları təşkil edir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1lə Bank arasında bağlanılmış 25.06.2010-cu il tarixli 07M000000268 saylı ipoteka müqaviləsi (Yevlax rayon 1 saylı dövlət notariat kontorunun dövlət notariusu Y.Q.Baxışova tərəfindən təsdiq edilib) əsasında Yevlax rayonu Xanabad kəndində mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 76.41 kv.m yaşayış, 45.07 kv.m yardımçı, 121.48 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX x3 tərəfindən 7 №-li reyestr kitabının 97 №-li vərəqində qeydiyyata alınmış MA ******* №-li çıxarışla Yevlax rayonu Xanabad kəndində Cavabdeh1 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 76.41 kv.m yaşayış, 45.07 kv.m yardımçı, 121.48 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 17.03.2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 25.03.2017-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 29.03.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 17 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 17 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Yevlax rayonu İcra Hakimiyyəti Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 29.11.2010cü il tarixli 560 saylı arayışına əsasən Yevlax rayonu Xanabad kəndində Cavabdeh1 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 76.41 kv.m yaşayış, 45.07 kv.m yardımçı,121.48 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evini İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizələr təqdim edərək həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyini barədə öhdəlik götürmüşlər. İddiaçı QSC-nin nümayəndəsi Hümbət İsgəndərov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir Cavabdeh4 əvvəlki məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, mərhum atası Cavabdeh1 Bankdan götürdüyü kredit üzrə ödənişləri vaxtında edə bilməmiş və bunun nəticəsində borc yaranmışdır. Həmin borcdan məlumatlıdır. Hətta atası öləndən sonra Banka ödənişlər də etmişdir. İpoteka predmeti olan ev atası öləndən sonra rəsmiləşdirilməyib kimsənin adına. Həmin ev rəsmiləşdirildikdən sonra evi satıb borcu ödəməyə razıdır. İddianın qismən, yalnız əsas borcun tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yevlax Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata borcun Cavabdeh1 tutulması, tələbin Yevlax rayonu Xanabad kəndində Cavabdeh1 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 76.41 kv.m yaşayış, 45.07 kv.m yardımçı, 121.48 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onun həmin fərdi yaşayış evdən çıxarılması, fərdi yaşayış evin boşaldılması hissəsində xitam verilmişdir. Təqdim olunan sənədlərlə təsdiq olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25.06.2010-cu il tarixli 07L000002313 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100,000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xəttinin təminatı olaraq Bankla Cavabdeh4 arasında 30 iyun 2010-cu il tarixli 07S000003061 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.12.2014-cü il tarixli 007R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30,000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 06.04.2015-ci il tarixli 007R**********S saylı, 29.02.2016-cı il tarixli 007R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, müddət ilk olaraq zamin Cavabdeh4 də razılığı ilə 07 yanvar 2019-cu il tarixədək, daha sonra isə zamin Cavabdeh4lə razılaşmaya əsasən 09 mart 2020-ci il tarixədək uzadılmışdır.Cavabdeh1 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 76.41 kv.m yaşayış, 45.07 kv.m yardımçı, 121.48 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evi ipoteka qoyularkən notariat kontoruna ərizələr təqdim edərək həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyini barədə öhdəlik götürmüşlər. Təqdim edilmiş maliyyə arayışına görə, 30 dekabr 2014-cü il tarixə kredit razılaşması üzrə 04 aprel 2017-ci il tarixə 26,992.48 ABŞ dolları əsas, 4,369.44 dolları məbləğində faiz borcu və 11,432.14 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 42,794.06 ABŞ dolları məbləğində borc yaranmışdır. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla əsasında müəyyən edilmişdir ki, mərhum Cavabdeh1 tərəfindən 30 dekabr 2014-cü il tarixli 007R********** saylı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində onun Bank qarşısında borcu yaranmış və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Bankın yaranmış borcu 30 iyun 2010-cu il tarixli 07S000003061 nömrəli zaminlik müqaviləsi əsasında öhdəliyi üzərinə götürmüş Cavabdeh4 tutulmasını tələb etmək hüququ vardır. Belə ki, Cavabdeh4 kredit müqaviləsi üzrə zamin olaraq mərhum Cavabdeh1lə birgə borclu sayılır və Bankın birgə borcludan borcun tələb etməsi barədə hüququ mövcuddur. Bu səbəbdən yaranmış borc Cavabdeh4 Bankın xeyrinə tutulmalıdır. Əsas və faiz borcu tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələb edilən 26,992.48 ABŞ dolları əsas borcun, habelə 4,369.44 ABŞ dolları faiz borcunun düzgün hesablanmamasına dair hər hansı sübut müəyyən edilmədiyindən həmin hissələrdə borcn tutulması tam olaraq təmin edilməlidir. Cərimə tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələb edilən məbləğ tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 1,432.14 ABŞ dolları müəyyən edilməlidir. Belə ki, bu zaman cavabdeh tərəfindən uzun müddət yaranmış borc üzrə ödənişlərin edilmədiyi də nəzərə alınmalıdır. Məhkəmə xərci Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə, habelə tələbin Cavabdeh1 mülkiyyətində olan, ipoteka predmeti Yevlax rayonu Xanabad kəndindəki 0.08 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 121.48 m 2 ümumi, 76.41 m 2 yaşayış, 45.07 m 2, yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi hissəsi üzrə iş üzrə icraata xitam verildiyindən torpaqsahəsi və üzərindəki fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi hissəsində iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 30.12.2014-cü il tarixli 007R********** saylı kredit razılaşması üzrə 26,992.48 ABŞ dolları əsas, 4,369.44 dolları məbləğində faiz borcu və 1,432.14 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 32,794 (otuz iki min yeddi yüz doxsan dörd) ABŞ dolları 06 (altı) sent ödəniş gününə olan məzənnə üzrə manatla, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişlərin qeydə alınması üçün dövlət rüsumunun əvəzi və 21 manat xidmət haqqı əvəzi, cəmi 61 (altmış bir) manat İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar