Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1001/2021 20.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh və İskəndərov Vəfadar Telman oğlunun iştirakı ilə, iddiaçı “Finca Azərbaijan” MM QBKT-nin cavabdehlər Cəfərov Süsən Mahmud qızına və İskəndərov Vəfadar Telman oğluna qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor “Finca Azərbaijan” MM QBKT borclular Cəfərov Süsən Mahmud qızına və İskəndərov Vəfadar Telman oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə **********0832 saylı kredit müqaviləsi üzrə 2180,39 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cəfərov Süsən Mahmud qızı “Finca Azərbaijan” MM QBKT ilə 13 noyabr 2014-cü il tarixində bağlanmış 01 **********32 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik faiz dərəcəsi 31% olmaqla 24 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu, hər ay 170 ABŞ dolları məbləğində olmaqla, cəmi 4079 ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda, 1894,61 ABŞ dolları (əsas və faiz borcu üzrə) ödəniş etmişdir. Həmin Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq İskəndərov Vəfadar Telman oğlu zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 3.4.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən. Kredit alan Kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında və tələb olunan həcmdə yerinə yetirmədiyi təqdirdə, hər yubanma günü üçün əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu cəriməni ödəməyə borcludur. Belə ki, borcluların bu günə əsas borc üzrə 2180,39 ABŞ dolları borcu vardır. Yevlax Rayon Məhkəməsi 19.01.2017-ci il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz vermişdir. Yevlax Rayon Məhkəməsi 14.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cəfərov Süsən Mahmud qızı iddia tələbini qəbul etdiyini, lakin borcundan tutulmaların çox aparıldığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İskəndərov Vəfadar Telman oğlu kredit borcunun digər cavabdehə aid olduğunu və onun əmək haqqından tutulmalar aparıldığını bildirərək, iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehlərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 13.11.2014-cü il tarixli, **********0832 №li kredit müqaviləsindən görünür ki, “Finca Azərbaijan” MM QBKT-nin Yevlax filialı tərəfindən Cəfərov Süsən Mahmud qızına illik 31 faiz ödəmək şərti ilə 24 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq digər cavabdeh İskəndərov X1 Süsən Mahmud qızının kredit verən qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. İş materiallarında olan “Finca Azərbaijan” MM QBKT tərəfindən verilmiş 18.10.2016-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cəfərov Süsən Mahmud qızının ödənilməmiş 2180,39 ABŞ dolları məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh Cəfərov Süsən Mahmud qızına vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cəfərov Süsən Mahmud qızının 2180,39 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyücavabdehlərdən 2180,39 ABŞ dolları məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə cavabdehlərə aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul cavabdehlərdən Bankın xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas kredit borcun ödənilməsi məqsədi ilə 2180 (iki min yüz səksən) ABŞ dolları 39 (otuz doqquz) sent (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pul cavabdehlər Cəfərov Süsən Mahmud qızından və İskəndərov Vəfadar Telman oğlundan müştərək qaydada tutularaq iddiaçı “Finca Azərbaijan” MM QBKT-yə ödənilsin. Dövlət rüsumunun kəsirini təşkil edən 10 (on) manat məbləğində pul cavabdehlər Cəfərov Süsən Mahmud qızından və İskəndərov Vəfadar Telman oğlundan müştərək qaydada tutularaq dövlət büdcəsinin ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1001/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1001/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver