Məhkəmə qərarları › İş №2(039)-1003/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1003/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1003/2023 24.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2508.8 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2508.80 manat borcunun və 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 45.09 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 11 mart 2021-ci il tarixli kredit müqaviləsi əsasında X1 24 faizlə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlər müqavilənin şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişlər. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuşlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməmişlər. X2 02 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Nəticədə, cavabdehlərin "xxxx" KB ASC-yə əsas kredit borcu 2508.80 manat borcları qalmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, hazırda X2 və Cavabdeh1 vəfat etmişlər. Zamin durmuşdur. Hazırda ondan tələb olunan borcu hissə-hissə ödəyəcək. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 08 noyabr 2021-ci il tarixli AZ-ll 222677 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, Cavabdeh1 08 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Belə ki, təqdim olunmuş mülki işin materialları məhkəmə tərəfindən tədqiq olunarkən müəyyən edildi ki, Cavabdeh1 kreidt müqaviləsi imzalayaraq bank qarşısında öhdəlik götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməsindən görünür ki, Cavabdeh1 08 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş üzrə zamin Cavabdeh1 ölməsi və onun ölümündən sonra şikayətin dəlillərində qeyd olunduğu kimi hüquq varisliyinə yol verilib-verilməməsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477-ci maddələri ilə tənzimlənir. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Maddənin dispozitiv şərtindən də göründüyü kimi zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıdığından zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Məhkəmə eyni zamanda qeyd edir ki, zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Məhkəmə qeyd edir ki, nə qədər ki, zamin kredit müqaviləsi rəsmiləşdirilən zaman kredit məbləğindən mənfəət (bəhər) götürməyib, onun öhdəlik daşıdığı müqavilə (zaminlik müqaviləsi) əmlak xarakterli deyil, məhz hüquqdaşıyıcı bir müqavilə olduğundan və o yalnız müqavilədə qeyd olunmuş qaydada əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi ilə bağlı öhdəliyin təmin edilməsində vəzifə daşıdığından həmin hüquq vərəsəlik hüquq münasibəti çərçivəsində ötürülməsi kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zaminin başqa şəxsin kreditoru qarşısında daşıdığı hər hansı bir vəzifə mirasın passivi qaydasında onun vərəsələrinə ötürülmür və bu öhdəliklər zaminin özünün iştirakı olmadan icrası mümkün olmaması səbəbindən onun ölümü ilə öhdəliyin xitamına səbəb olur və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi hallarından biri də məhz iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməməsidir. Həmin Məcəllənin 263-cü maddəsinə əsasən, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın biləvasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, iş üzrə tərəf olan Cavabdeh1 08 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh1 dair hissəsində icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair 2(039)-34/2022 saylı mülki işin Cavabdeh1 münasibətdə icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar