Məhkəmə qərarları › İş №2(039)-1011/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1011/2024

27.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1011/2024 27.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı1 və vəkili Vəkil, İddiaçı2, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» və Cavabdeh2 İddiaçı1 qarşı «fərdi yaşayış evindən əmlakın çıxarılması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 5 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı1 qarşı «fərdi yaşayış evindən əmlakın çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilərək İddiaçı1 məxsus iddia ərizəsində göstərilən əmlakların mülkiyyətində olan Yevlax şəhəri, Azərbaycan döngəsi 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1-də mərhum Adil Mehtiyev və onlar yaşamışlar. Adil Mehtiyev doğulduğu gündən həmin evdə yaşayaraq bu evə istifadə hüququ və valideynlərindən qalan əmlakın gözlənilən mülkiyyətçisi olmuşdur. İddiaçı1 isə Adil Mehtiyevlə ailə münasibətlərinə girdiyi gündən etibarən həmin evdə yaşamışdır. Bu gündə həmin evdə yaşayırdı. Ancaq həyat yoldaşı Adilin ölümündən sonra cavabdehlər həmin əmlakı mülkiyyətlərinə keçirərək hazırki iddianı ona qaldırmağa məcbur etmişlər. Yaşadığı ev bağlı olduğundan və bütün əşyaları bu evdə qapalı şəkildə bağlandığından o, məcbur qalaraq əvvəl polisə, sonra isə məhkəməyə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, onlar yaşadığı evi onların xəbəri olmadan Cavabdeh1 əvvəl öz adına, xx.xx.2023-cü il tarixində isə bağışlama müqaviləsinə əsasən bacısı Cavabdeh2 adına sənədləşdirmişdir. Cavabdehlər heç bir vaxt nə bu evdə yaşamış, nə də onlara bildirmədən Adilin ailəsini də arxa plana ataraq əmlakın bütün hissəsini sənədləşdirərək öz adlarına keçirməklə gözlənilən mülkiyyət hüquqlarını ələ keçirməklə bərabər, həmdə yaşadıqları evin içindəki olan əmlakını belə nəzərə almadan yaşadığı evə başqa bir şəxs qoyaraq evin qapısını bağlayaraq onun istifadə hüququnu gözlənilən mülkiyyət hüququnu əsassız olaraq mənimsəmişlər. Onlar qeyd olunan məsələ ilə bağlı mübahisə açırlar. Şəxs qanunsuz olaraq mülkiyyəti sənədləşdirməklə bərabər həmdə mövcud olan yaşayış və istifadə hüquqlarını belə gözləmədən yaşadığı evə kirayəşin qoymaqla qapıları bağlaması, evdə olan əmlakının müqəddaratına sual işarəsi qoyması onların fərdi yaşayış yeri üzərində hüquqlarının əllərindən alınması deməkdir. Onlar bu evə bu gün gəlməmişlər. Uzun bir müddətdir ki, bu evdə yaşayırlar. Qızı bu evdə doğulub. Evdə həyat yoldaşı və ondan birdə qızından başqa kimsə yaşamayıb. O, qayınatasına məxsus olan yaşadıqları evin necə bu şəxslərin adına keçməsini anlaya bilmir. Başa düşə bilmirlər ki, ailələrinə aid olan əmlak və əşyaları necə onlardan gizlədilib qapalı şəraitdə saxlanılsın. Onlar evə köçmək istəyirlər. Bu onların haqqıdır. Həmin fərdi yaşayış evində istifadə hüquqları mövcuddur. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülıkiyyətindədir, mülkiyyət hüququları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystirindən xx.xx.2023-cü il tarixli çıxrışla rəsmiləşdirilmişdir. Həmin fərdi yaşayış evi əvvəllər qardaşı Cavabdeh1 mülkiyyətində olmuş və bağışlama müqaviləsinə əsasən onun mülkiyyətinə kçşmişdir. Hazırki iddiası üzrə cavabdeh İddiaçı1 onun qardaşı oğlu X4 həyat yoldaşı olmuşdur. X13 şəhərində işlədiyi vaxtlarda qardaşı Cavabdeh1 razılığı ilə mübahisəli evdə yaşamış, Fatma isə Bakı şəhərində həkim işlədiyinə görə 5 ilə yaxın fasilələrlə həmin evdə yaşamışdır. 2022-ci ilin mart ayında qardaşı oğlu Adil Mehdiyev vəfat etmiş, İddiaçı1 məxsus əmlaklar – 1 ədəd DVD, 1 ədəd şirəçəkən maşın, 1 ədəd şörək qabı, 1 ədəd xonça qabı, 1 ədəd stolüstü klyonka, 3 ədəd sumka, 1 ədəd qızdırıcı, 1 ədəd şkaf (içində paltarlar), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd dəyirmi divan, 1 ədəd taxt döşək, 2 ədəd balaca şkaf, 1 ədəd termo, 1 ədəd pərdə, 1 ədəd tozsoran, 1 ədəd televizor (Vestel böyük), 1 ədəd televizor (Samsung 12 ekran), 1 ədəd şfoner (içində paltarlar), 1 ədəd çanta, 1 ədəd vanna, 1 ədəd qazan, 3 ədəd oboy və 1 ədəd asılqan onun mülkiyyətində olan evdə qalmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq İddiaçı1 özünə məxsus əşyalarını onun mülkiyyətində olan evindən çıxarmamışdır. İddiaçılar İddiaçı1 və vəkili Vəkil, İddiaçı2 iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin qarşılıqlı iddianın rədd edilməsini xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasında izah etdi ki, mübahisəli ev 1950-ci ildən atasında məxsus olmuşdur. İddiaçı1 gəlin köçərək həmin evdə iki ay yaşamışdır. Sonrada Bakı şəhərinə köçmüşlər. Bakı şəhərində də özlərinin evi olmuşdur. Daha sonra qardaşı oğlu Adil Mehdiyevdən rəsmi boşanmış və ər arvad olmamışdır. Bir müddət sonra Adil ilə Fatma barışsalar da, nikah münasibətlərinə girməmiş və qardaşı İbrahimin razılığı ilə 2014-cü ildən fasilələrlə həmin evdə yaşamışlar, həmin evdə Adil çox vaxt tək yaşamış, Fatma isə Bakı şəhərində həkim işlədiyindən qızı ilə orada yaşamış, bəzi vaxtlarda Adilin yanında həmin evdə qalmışdır. 2022-ci ildə qardaşı oğlu Adil Mehdiyev vəfat edəndən sonra müəyyən əşyaları evdə qalsa da, iddiaçılar həmin evdə yaşamamışlar. Dəfələrlə tələb etməyinə baxmayaraq İddiaçı1 özünə məxsus əşyalarıda evdən çıxarmamışdır. Bu səbəbdən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd və qarşılıqlı iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 26 fevral 2024-cü il tarixli MŞY/MT034/2024-00080 saylı arayışdan məlum olur ki, İddiaçı1 evə köçürülmə tələbi ilə bağlı mediatora müraciət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 20 avqust 1991-ci il tarixli 1167A saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Yevlax şəhəri, Azərbaycan döngəsi 5 nömrəli fərdi yaşayış evi ¼ hissədə Cavabdeh1, ¾ hissədə X1 mülkiyyətində olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 may 2022-ci il tarixli ********** saylı çıxarışdan məlum olur ki, Yevlax şəhəri, Azərbaycan döngəsi 5 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsi tam X2 və fərdi yaşayış evi ¼ hissədə Cavabdeh1, ¾ hissədə X2 məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24 iyun 2023-cü il tarixli ********** saylı çıxarışdan məlum olur ki, Yevlax şəhəri, Azərbaycan döngəsi 5 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 04 oktyabr 2023cü il tarixli 3-21-3-35/2-3765/2023 saylı məktubundan məlum olur ki, Yevlax şəhəri, Azərbaycan döngəsi 5 nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuş, X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli **********338 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tam mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 mart 2024-cü il tarixli 1232 saylı arayışından məlum olur ki, Cavabdeh2 ünvan 2 ünvanda qeydiyyatda olmasına baxmayaraq, ünvan 3yır və ev ona məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 24 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən məlum olur ki, X2 məxsus olmuş Yevlax şəhəri, Azərbaycan döngəsi 5 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsini və fərdi yaşayış evini Cavabdeh1 miras olaraq qəbul etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 31 iyul 2023-cü il tarixli ********** saylı çıxarışdan məlum olur ki, Yevlax şəhəri, Azərbaycan döngəsi 5 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh2 məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05 aprel 2022-ci il tarixli AZ-ll 272338 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X8 12 mart 2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 11 may 2024-cü il tarixli arayışından məlum olur ki, X8 ilə X9 arasında 24 noyabr 1988-ci il tarixdə nikah bağlanmış, həmin nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Beləliklə iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, X8 ilə İddiaçı1 arasında 24 noyabr 1988-ci il tarixdə nikah bağlanmışdır. Ailə qurduqdan sonra birgə Yevlax şəhəri, Azərbaycan döngəsi 5 saylı ünvanda yerləşən fərdi yaşayış evində bir müddət yaşayaraq Bakı şəhərinə köçmüşlər. X8 ilə İddiaçı1 arasında olan həmin nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi ilə pozulmuş və onlar sonradan bir daha rəsmi nikah münasibətlərinə girməmiş, sonradan faktiki ər arvad kimi yaşmış, Adil Mehdiyev 2022-ci ilin mart ayında vəfat etmişdir. İddiaçı1, X6 və X8 mübahisəli evin o zamankı mülkiyyətçisi Cavabdeh1 şihafi razılığı ilə 2014-cü ildən fasilələrlə həmin evdə yaşamışlar, İddiaçı1 Bakı şəhərində həkim işlədiyindən qızı ilə çox vaxtlar orada yaşamışdır. Lakin İddiaçı1 əmlakları həmin evdə qalmışdır. Hazırda həmin evi Cavabdeh1 miras olaraq qəbul tam etmişdir. Mülkiyyətçi isə Cavabdeh2dır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 5 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı1 qarşı «fərdi yaşayış evindən əmlakın çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 ona və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsini; qarşılıqlı iddianı təmin edərək İddiaçı1 məxsus iddia ərizəsində göstərilən əmlakların mülkiyyətində olan Yevlax şəhəri, Azərbaycan döngəsi 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçıların mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Ona görə də ilkin iddia təmin rədd edilməli və qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsi: məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən İddiaçı1 məxsus 1 ədəd DVD, 1 ədəd şirəçəkən maşın, 1 ədəd şörək qabı, 1 ədəd xonça qabı, 1 ədəd stolüstü klyonka, 3 ədəd sumka, 1 ədəd qızdırıcı, 1 ədəd şkaf (içində paltarlar), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd dəyirmi divan, 1 ədəd taxt döşək, 2 ədəd balaca şkaf, 1 ədəd termo, 1 ədəd pərdə, 1 ədəd tozsoran, 1 ədəd televizor (Vestel böyük), 1 ədəd televizor (Samsung 12 ekran), 1 ədəd şfoner (içində paltarlar), 1 ədəd çanta, 1 ədəd vanna, 1 ədəd qazan, 3 ədəd oboy və 1 ədəd asılqan adlı əşyaları çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar