Məhkəmə qərarları › İş №2(039)-1012/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1012/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1012/2022 29.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «avtomaşının və ya onun məbləğinin qaytarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «avtomaşının və ya onun məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “MERSEDBS BENZ C180” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, (ban WDB2020181A487617; mühərrik; **********505) avtomaşını və ya avtomobilin real bazar qiyməti 12000 (on iki) min manat, ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(039)-2476/2021 saylı qiyabi qətnaməsi ilə Cavabdeh “MERSEDBS BENZ C180” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, (ban WDB2020181A487617; mühərrik; **********505) avtomobil, avtomobil olmadıqda isə onun dəyəri 12000 manat alınaraq İddiaçı verilməsi; Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 126 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(039)- 1012/2022 saylı qərardadı ilə məhkəmənin 27 dekabr 2021-ci il tarixli 2(039)-2476/2021 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı ərizə ünvanlayaraq, avtomobilin yararsız hala düşdüyündən Cavabdeh həmin avtomobilin dəyərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında izah etmişdir ki, avtomobil həqiqətən iddiaçının adına rəsmiləşdirilib. Lakin həyat yoldaşı almışdır. Etibarnamə əsasında idarə edirdi. Krediti bir müddət ödəmişlər. 11 il bundan öncə qəza baş vermiş və avtomobil yararsız hala düşmüşdür. Cavabdeh nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı qismən qəbul edir. Maşının hazırda ən uzağı 5000 manat dəyəri olar. Avtomobil yararsız haldadır. Pulu, avtomobilin dəyərini hər ay 50-100 manat arası ödəyəcək. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ona məxsus “MERSEDES BENZ C180” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün Cavabdeh notariat kontorunda tərtib edilmiş etibarnamə əsasında vermişdir. Avtomaşını ona verərkən hər ay onun adından banka ödənişlər etməli idi. Ödənişləri edib qurtardıqdan sonra o cavabdehə avtomabili alqı-satqı əsasında verməli idi. Lakin o şifahi qaydada götürdüyü öhdəliyi icra etməmiş dəyərini ödəmədən avtomobilə sahib olmuşdur. Onu bank məhkəməyə vermiş və pul onun pensiyasından tutulur. Hazırda avtomobil yararsız haldadır. Bu səbəbdən də avtomobilin dəyərini cavabdehdən tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İsarəsinin 12 iyun 2021-ci il tarixli 016-67380 Z- 3271 saylı məktubundan məlum olur ki, İddiaçı avtomobilin saxlanılması ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İsarəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 mart 2008-ci il tarixli 297767 saylı vəsiqənin surətindən məlum olur ki, İddiaçı 2-ci qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 09 yanvar 2012-ci il tarixli 2(004)-397/2012 saylı qətnaməsinin surətindən məlum olur ki, “MERSEDES BENZ C180” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşınlı avtomobil qəzaya uğrayaraq tam yararsız hala düşmüşdür. Cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 1415.39 ABŞ dolları məbləğində əsas borc, 1008.34 ABŞ dolları məbləğində faiz borcu və 974.24 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 3397.97 ABŞ dolları məbləğində milli manat məzənnəsinə uyğun pul alınaraq iddiaçı Bank Respublika ASC-nə verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən məlum olur ki, Nəsibov X2 Əsədağa Baba oğlunun adına olan kredit üzrə ödənişlər etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 21 iyun 2022-ci il tarixli M/33 saylı rəyindən məlum olur ki, buraxılış ili 1997-ci il olan, Mercedes Benz C 180 minik markalı avtonəqliyyat vasitələrinin hazırki tarixə bazar dəyəri 5000 manat təşkil edir. Beləliklə iş materiallarından məlum olur ki, İddiaçı özünə məxsus “MERSEDES BENZ C180” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, (ban WDB2020181A487617; mühərrik; **********505) avtomaşını etibarnamə əsasında Cavabdeh vermişdir. Cavabdeh isə avtomobilin dəyərini iddiaçının adına olan krediti hər ay ödəməli idi. Yekunda isə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanacaqdı. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən avtomobili və ya dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda avtomobil tam yararsız haldadır. İddiaçı avtomobilin dəyərinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh avtomobilin dəyəri kimi iddiaçıya 5000 manat ödəməyə razıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 70 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh 300 manat ekspertiza xərci tutularaq «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 70 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Cavabdeh 300 manat ekspertiza xərci tutularaq «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar