Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1027/2025 12.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pul və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair işə 12 iyun 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pul və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yığılan borcun, yəni əsas (500 manat (kredit və 1200 manat (birbank kredit borcdan) 1480 manat və 634 (altı yüz otuz dörd) manat faiz üzrə bu günki tarixə xx.xx.2024 və gələcəkdə bank tərəfindən hesabların faizlərin verilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh 500 manat və 1200 manat pulu tələb etdiyini göstərmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh onun qardaşı oğludur. Cavabdehə 2024-cü ilin yanvar ayında 500 (beş yüz) manat, daha sonra isə xx.xx.2024-cü il tarixdə “Birbank” vasitəsilə yenidən 1200 (min iki yüz) manat pul götürüb vermişdir. Cavabdeh ona borc aldığı pulları qaytaracağına söz versə də qaytarmamışdır. Verilmiş sula cavab olaraq bildirdi ki, sübut kimi məhkəməyə disk təqdim etmişdir, hansı ki, həmin diskdə borcunun olmasını etiraf edir. Diskdə pulu qaytarmasını bildirən Orxandır və müraciət etdiyi şəxs Rənadır. Rəna şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izah etdi ki, iddiaçı onun əridir. Cavabdehə iki dəfə ayrı-ayrı vaxtlarda pul verilmiş və həmin pulun verilməsində onun da iştirakı olmuşdur. Belə ki, Cavabdeh əvvəl borc aldığı 500, daha sonra isə aldığı 1200 manat borcu qaytaracağına söz versə də bu günədək qaytarmamışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, Azərin səhhətinə görə Orxanla telefon danışıqları onun tərəfindən aparılmışdır. CD diskdə qeyd edilən danışıqlar zamanı Orxan pulu qaytaracağını deyərək məhz ona xitab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, xx.xx.2024-cü il tarixdə X2 məxsus kart hesabından məxaric olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 2-A-27776/ıı/24 nnömrəli məktubdan görünür ki, İddiaçı Mingəçevir şəhər polis şöbəsinə etmiş olduğu müraciət əsasında araşdırma apararaq müraciət edənə məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğu bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı 41 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə iş materiallarından məlum olur ki, cavabdeh iddiaçıdan 1700 manat borc pul almışdır. Lakin borcunu qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1700 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1700 manat pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1027/2025
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1027/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver