Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1032/2021 20.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbiətə dəymiş olan 5400 manat pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına (Alan bank X2, kod 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, HESAB NÖMRƏSİ AZ50CTRE********************, VÖEN **********, D2 Ödənişlə əlaqədar əlavə informasiya XHK 2195301.D3. Büdcə təsnifat kodu – 142582. D4. Büdcə əməliyyatlarının kodu – 3) köçrülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 09 avqust 2020-ci il tarixdə ona təhkim olunmuş "xxxx" ASC-yə məxsus "Case" markalı ekskovatorla Mingəçevir şəhəri H.Hüseynov küçəsi Kür çayının axmaz hissəsində yerləşən fəaliyyəti dayandırılmış qum-çınqıl karxanasında icazəsi olmadan 300 kv/metr ərazidə qazıntı işləri apararaq oradan qarışıq süxurlar çıxarmaqla yerin təkindən istifadə etmə qaydalarını qozması nəticəsində təbiətə 5400 manat məbləğində ziyan vurmuşdur. İş araşdırılması üçün 14 avqust 2020-ci il tarixdə 1227 nömrəli məktubla Mingəçevir şəhər Polis şöbəsinə göndərilmişdir. Mingəçevir ŞPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Ruszi Həsənov 31 avqust 2020-ci il tarixdə "Cinayət işinin başlanmasının rədd edilməsi" haqqında qərar qəbul edərək, Cavabdeh əməlində, cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsini qərara almışdır. İş baxılması üçün 8 saylı RETSİ-yə göndərilmişdir. Cavabdeh barəsində MN ******* nömrəli 15 yanvar 2021-ci il tarixli protokol tərtib edilmiş və həmin protokolun əsasından Şəmilov X1 Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək barəsində MN ******* nömrəli 15 yanvar 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cəirmə edilmişdir. Cavabdeh 600 manat cəriməsini ödəmişdir. Həmçinin Cavabdeh tərəfindən təbiətə dəymiş zərər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə tətbiq olunmuş "Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işləməsi nəticəsində təbiətə dəymiş ziyana görə" ödəmə normativinə əsasən hesablanaraq 5400 manat müəyyən edilmişdir. Cavabdehə dəfələrlə dəymiş ziyanı ödənilməsi barədə tələb edilsə də, cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qismən qəbul edərək izah etdi ki, cavabdeh həmin ərazidən qum-çınqlı qazmışdır. Barəsində inzabari xəta haqqında protokol və qərar qəbul edilmişdir. Əməlinə görə 600 manat inzibati cəriməni də ödəmişdir. Hazırda təbiətə dəymiş ziyanın məbləği ilə razı deyil. Belə ki, cavabdeh təbiətə 5400 manat ziyan vurmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 avqust 2020-ci il tarixli 63130 saylı aktın surətindən məlum olur ki, Mingəçevir şəhəri “karyer” adlanan ərazidə uzunluğu 20 metr, eni 10 metr və dərinliyi 4.5 metr ərazi qazılaraq daşınması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 14 avqust 2020-ci il tarixli 1227 saylı müraciətinin surətindən məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi qanun pozan şəxs və şəxslərin kimliyinin müəyyənləşdirilməsi və izahatlarının alınması istiaqmətində köməklik göstərilməsini Mingəçevir şəhər Polis şöbəsindən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İnzibati tənbeh vermə haqqında 15 yanvar 2021-ci il tarixli MN ******* saylı qərarının surətindən məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cədvəlin surətindən məlum olur ki, bir kubmetr qarışıq suxurun dəyəri 18 manat olmaqla, 300 kubmetr qarışıq suxurun dəyəri 5400 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən 10 noyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxx 1966-cı il tarixdə Yevlax rayonu, Balçılı kəndində anadan olmaqla Yevlax rayonu, Balçılı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş tapşırığının surətindən məlum olur ki, Cavabdeh 600 manat inzibati cərimə ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Polis şöbəsinin TB-nin 31 avqust 2020-ci il tairxli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən məlum olur ki, Cavabdeh əməlində cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən vətəndaş Cavabdeh ona təhkim olunmuş "xxxx" ASC-yə məxsus “Case” markalı ekskavatorla 09 avqust 2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhər H.Hüseynov küçəsi Kür çayının axmaz hissəsində yerləşən fəaliyyəti dayandırılmış qum-çınqıl karxanasında icazəsi olmadan 300 kv/ metr ərazidə qazıntı işləri apararaq orada qarışıq süxurlar çıxarmaqla yerin təkindən istifadə etmə qaydalarını pozması nəticəsində təbiətə 5400 manat maddi ziyan vurması inzibati hüquq pozma sayıldığından Cavabdeh inzibati xətaya yol verdiyinə görə onun barəsində inzibati işin açılması üçün qərarın surəti aidiyyatı üzrə Mingəçevir şəhər prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2(039)-1032/2021 saylı qərardadının surətindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyar 2021-ci il tarixli 10/3640 saylı məlumatdan görünür ki, 12 noyabr 2021-ci il tarixdə ekspert tədqiqat obyektinə getmiş, lakin qazıntı aparılan ərazinin ilkin vəziyyəti saxlanılmamışdır. Bu səbəbdən də, qərardadda qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə qarışıq suxurun daşınması ilə bağlı daxil olmuş şifahi məlumata əsasən Mingəçevir şəhər H.Hüseynov küçəsi Kür çayının axmaz hissəsində yerləşən fəaliyyəti dayandırılmış qumçınqıl karxanasına baxış keçirilərkən həmin ərazidə uzunluğu 20 metr, eni 10 metr və dərilmliyi 4.5 metr ərazi qazılaraq daşınması müəyyən edilmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 09 avqust 2020-ci il tarixli 63130 saylı akt tərtib edilmişdir. Cavabdeh 09 avqust 2020-ci il tarixdə ona təhkim olunmuş "xxxx" ASC-yə məxsus "Case" markalı ekskovatorla Mingəçevir şəhəri H.Hüseynov küçəsi Kür çayının axmaz hissəsində yerləşən fəaliyyəti dayandırılmış qum-çınqıl karxanasında icazəsi olmadan 300 kv/metr ərazidə qazıntı işləri apararaq oradan qarışıq süxurlar çıxarmaqla yerin təkindən istifadə etmə qaydalarını qozması nəticəsində təbiətə 5400 manat məbləğində ziyan vurmuşdur. İş araşdırılması üçün 14 avqust 2020-ci il tarixdə 1227 nömrəli məktubla Mingəçevir şəhər Polis şöbəsinə göndərilmişdir. Mingəçevir ŞPŞ-nin TBnin baş təhqiqatçısı, polis mayoru Ruszi Həsənov 31 avqust 2020-ci il tarixdə "Cinayət işinin başlanmasının rədd edilməsi" haqqında qərar qəbul edərək, Cavabdeh əməlində, cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsini qərara almışdır. İş baxılması üçün 8 saylı RETSİ-yə göndərilmişdir. Cavabdeh barəsində MN ******* nömrəli 15 yanvar 2021-ci il tarixli protokol tərtib edilmiş və həmin protokolun əsasından Şəmilov X1 Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək barəsində MN ******* nömrəli 15 yanvar 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cəirmə edilmişdir. Cavabdeh 600 manat cəriməsini ödəmişdir. Həmçinin Cavabdeh tərəfindən təbiətə dəymiş zərər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə tətbiq olunmuş "Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işləməsi nəticəsində təbiətə dəymiş ziyana görə" ödəmə normativinə əsasən hesablanaraq 5400 manat müəyyən edilmişdir. Cavabdehə dəfələrlə dəmiş ziyanı ödənilməsi barədə tələb edilsə də, cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, təbiətə maddi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o, hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5400 manat ziyan tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər hesabına (Alan bank X2, kod 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, HESAB NÖMRƏSİ AZ50CTRE********************, VÖEN **********, D2 Ödənişlə əlaqədar əlavə informasiya XHK 2195301.D3. Büdcə təsnifat kodu – 142582. D4. Büdcə əməliyyatlarının kodu – 3) ödənilməlidir. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5400 manat ziyan tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər hesabına (Alan bank X2, kod 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, HESAB NÖMRƏSİ AZ50CTRE********************, VÖEN **********, D2 Ödənişlə əlaqədar əlavə informasiya XHK 2195301.D3. Büdcə təsnifat kodu – 142582. D4. Büdcə əməliyyatlarının kodu – 3) ödənilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1032/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1032/2021
20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver