Məhkəmə qərarları › İş №2(039)-104/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-104/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-104/2021 29.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh təşkilatdan 31767,80 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin aprel ayının 15-də cavabdeh təşkilatın direktorun birinci müavini vəzifəsinə təyin edilmişdir. İşə başladıqdan sonra zavodun müəyyən problemlərini həll etmək üçün pul vəsaiti lazım olmuşdur. Zavod rəhbərliyinin razılığı ilə o, bu işlərin aparılması üçün öz şəxsi vəsaitini cəlb etmişdir. Aralarındakı razılığa əsasən cavabdeh təşkilat onun qoyduğu vəsaiti taxıl biçimindən sonra qaytarmalı idi. Lakin aralarında razılaşma olmasına baxmayaraq taxıl bicimi bitdikdən sonra zavod rəhbərliyi onun qoyduğu vəsaiti ona qaytamamışdır. Onlar hər dəfə bir bəhanə gətirib bundan imtina etmişlər. Onun təkidindən sonra onların arasında hesablamalar aparılmış və təşkilatın ona olan borcu barədə zavodun məsul şəxsləri tərəfindən aktlar yazılmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh təşkilat tərəfindən 3 akt tərtib edilmişdir. Birinci aktda onun tərəfindən keçirilən müddətli ödəmələr qeyd edilmişdir. Bunlar əkilmək üçün ağac və güllər 1648 manat, Gəncə ehtiyat hissə mağazasına (daiymanm paduşkası)-170 manat, Kamaz **-NR-*** mator komplekti- 589 manat, Selkaların təmirinə alman ehtiyat hissələri-1250 manat, cəmi 3657 manatdır. İkinci aktda onun öz vəsaiti hesabına aldırdığı mal-materiallar, kassadan kənar xərclər qeyd edilmişdir ki, onların cəmi 10882 manat təşkil edir. Həmin aktda həmçinin onun kassadan qəbul etdiyi 5000 manat öz əksini tapmışdır. Üçüncü aktda onun aldığı mal-material, hesabata düşməyən avans ödənişlər qeyd edilmişdir, bunun cəmi 24728,80 manat təşkil etmişdir. Həmçinin onun işlədiyi dövrdə cavabdeh təşkilatın ona 7500 manat ödənilməmiş əmək haqqı qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu ii tarixdə Cavabdeh MMC-də Mexanizasiya və Emal İstehsalat birliyinin rəhbəri vəzifəsinə 6 aylıq sınaq müddəti şərti ilə işə qəbul edilmişdir. İddiaçı işə qəbul edilərkən, o imza hüququna malik və maliyyə təsərrüfat işlərində sərəncamverici şəxs olmamışdır. İşlədiyi dövr ərzində İddiaçı ona tapşırılan vəzifənin öhdəliklərini yerinə yetirə bilməməsi, bu sahə üzrə peşəkarlığı və iş bacarığı müəssisəni qane etmədiyinə görə onunla bağlanmış əmək müaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi tələblərin heç bir hüquqi əsası yoxdur və ona çatası bütün ödənişlər müəssisə tərəfindən tam ödənilmişdir. İddiaçı öz ərizəsi ilə Cavabdeh MMC-nin ona borclu qalmamasını və bütün alacaqlarını aldığını təsdiq etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ərizəsindən görünür ki, Cavabdeh MMC-dən alacağı ödənişlər tam olaraq ödənilmişdir və gələcəkdə Cavabdeh MMC-dən alacağı yoxdur. Ərizədə gələcəkdə Cavabdeh MMC-yə qarşı heç bir iddiasının və narazılığının olmayacayağını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh MMCyə qarşı pul tələbinə dair iddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar