Məhkəmə qərarları › İş №2(039)-104/2022

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-104/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-104/2022 25.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 6,450 manat pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə borc olaraq verdiyi 6,450 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 24.04.2020-ci il tarixdə sadə yazılı qaydada müqavilə bağlayıb ona borc olaraq 6,450 manat pul vermişdir. Cavabdeh pulu aldıqdan sonra sadə yazılı formada qəbz yazmışdır. O, pulu 2020-ci ilin sentyabr ayının sonuna qədər olan müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Qəbz şahidlərin iştirakı ilə təsdiq edilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də cavabdehə borc olaraq verdiyi pul cavabdehdən məhkəmə qaydasında alınıb verilməsini xahiş edir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh 24.04.2020-ci ildə Ağdam rayon Qaradağlı kənd sakini İddiaçı 6,450 manat ehtiyacım olduğu üçün pulu aldım pulu sentyabr ayının axırına qaytaracağıma söz verirəm. Onu da xatırladım ki, Nizami ilə dost münasibətimiz var. Bunuda tanımağımın səbəbkarı X1r. Pulu alanda Adilin iştirakı olub. imza Cavabdeh”. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh iddiaçıdan qəbz təqdim etməklə 6,450 manat borc pul götürmüş və sentyabr ayının axırına qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Belə ki, cavabdeh həmin pulu aldıqdan sonra iddiaçıya qaytardığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6,450 manat borc, habelə 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 6,550 (altı min beş yüz əlli) manat İddiaçı xeyrinə tutulsun. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar