Məhkəmə qərarları › İş №2(039)-1041/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1041/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1041/2022 19.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” MMQBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” MMQBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 26.08.2015-ci il tarixində bağlanmış **********2077 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1,177.84 AZN, faiz borcu üzrə 71 AZN, cərimə üzrə 12.71 AZN, cəmi 1,261.55 AZN, eyni tarixli **********3470 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1,271 USD, faiz borcu üzrə 137.83 USD, cərimə borcu üzrə 39.84 USD, cəmi 1,448.67 USD məbləğində borcu və 20 AZN məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclunun etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdır ki, kreditor “FİNCA Azerbaijan” MMQBKT ilə borclu Cavabdeh1 arasında 26 avqust 2015-ci il tarixində bağlanmış **********0022 saylı kredit müqaviləsinə əsasən borcluya illik faiz dərəcəsi 22.83 % olmaqla 12 ay müddətinə 1,500 AZN məbləğində, eyni tarixli **********3470 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22.83 % olmaqla 12 ay müddətinə 1,500 USD dolları kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu, hər ay müvafiq olaraq 142 AZN və 142 USD məbləğində ödəniş etməli idi. Həmçinin “Finca Azerbaijan” MMQBKT borclu Cavabdeh1 arasında 26 avqust 2015-ci il tarixində bağlanmış **********0022 saylı kredit müqaviləsinə və eyni tarixli **********3470 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 zamin qismində həmin kredit müqaviləsinin tərəfi olmuşdur. Müqavilənin 3-cü bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, Kredit alan Kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında və tələb olunan həcmdə yerinə yetirmədiyi təqdirdə, hər yubanma günü üçün əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) ödəməyə borcludur. Belə ki, borcluların 26.08.2015-ci il tarixə bağlanmış **********2077 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1,177.84 AZN, faiz borcu üzrə 71 AZN, cərimə üzrə 12.71 AZN, cəmi 1,261.55 AZN, eyni tarixli **********3470 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1,271 USD, faiz borcu üzrə 137.83 USD, cərimə borcu üzrə 39.84 USD, cəmi 1,448.67 USD məbləğində borcu yaranmışdır. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə ərizə təqdim edərək iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edib iclasın iştirakı olmadan keçirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqramla müraciət edərək iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edib, iddianı qəbul etdiyini bildirməklə iclasın iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Sübutlar: 26 avqust 2015-ci il tarixli **********0022 saylı kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 illik 22.83 % olmaqla, 12 ay müddətinə 1,500 AZN məbləğində, eyni tarixli **********3470 saylı kredit və zaminlik müqaviləsinə əsasən illik 22.83 % olmaqla 12 ay müddətinə 1,500 ABŞ dolları kredit vermiş, Cavabdeh2 isə kredit üzrə birgə məsuliyyət barədə üzərinə öhdəlik götürmüşdür. 18 oktyabr 2016-cı il tarixli Maliyyə arayışına əsasən 26 avqust 2015-ci il tarixli **********0022 saylı kredit və zaminlik müqaviləsi üzrə əsas borc 1,177.84 AZN, faiz borcu 71 AZN, cərimə 12.71 AZN, eyni tarixli **********3470 saylı kredit və zaminlik müqaviləsi üzrə əsas borc 1,271 USD, faiz borcu 137.83 USD, cərimə 39.84 USD təşkil edir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, “Finca Azerbaijan” MMQBKT tərəfindən 26 avqust 2015-ci il tarixli **********0022 saylı kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 illik 22.83 % olmaqla, 12 ay müddətinə 1,500 AZN məbləğində, eyni tarixli **********3470 saylı kredit və zaminlik müqaviləsinə əsasən illik 22.83 % olmaqla 12 ay müddətinə 1,500 ABŞ dolları kredit vermiş, Cavabdeh2 isə kredit üzrə birgə məsuliyyət barədə üzərinə öhdəlik götürmüşdür. Kredit müqavilələrin şərtləri Cavabdeh1 tərəfindən lazımınca icra etməmiş, bunu əsasında borc yaranmış və iş üzrə cavabdehlər həmin borca görə birgə məsuliyyət daşıyırlar. Yaranmış borcun əsassızlığına, hesablanmış cərimənin tənasübsüzlüyünə dair hər hansı sübut müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, yaranmış borc, müəyyən edilmiş cərimə, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan daha 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 avqust 2015-ci il tarixli **********0022 saylı kredit və zaminlik müqaviləsi üzrə 1,177.84 manat əsas, 71 manat faiz borcu, 12.71 manat cərimə, habelə 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,281 (bir min iki yüz səksən bir) manat 55 (əlli beş) qəpik, 26 avqust 2015-ci il tarixli **********3470 saylı kredit və zaminlik müqaviləsi üzrə 1,271 ABŞ dolları əsas, 137.83 ABŞ dolları faiz borcu, 39.84 ABŞ dolları cərimə, cəmi 1,448 (bir min dörd yüz qırx səkkiz) ABŞ dolları 67 (altmış yeddi) sent ödəniş gününə olan məzənnə üzrə manatla “FİNCA Azerbaijan” MMQBKT-nin xeyrinə tutulsun. Ödənilməli olan 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar