Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1043/2021 28.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti(bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 20 noyabr 2019-cu il tarixli, RBXF-186_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 7029,28 manat, faiz borcuna görə 27,20 manat, cəmi 7056,48 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bankın Yasamal filialı arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, RBXF-186_KMP saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 1 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 7029,28 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 20 noyabr 2019-cu il tarixdə Bankın Yasamal filialı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər 20 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Kredit müqaviləsinə görə borcalan kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 20-dan gec olmayaraq hər ay 120,16 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7029,28 manat, faiz borcuna görə 27,20 manat, cəmi 7056,48 manat təşkil edir. Bankın nümayəndəsi Yeganə İsgəndərova məhkəməyə teleqram göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək iddia tələbini qəbul etdiyini, işləmədiyinə görə Banka olan borcunu ödəyə bilmədiyini və imkanı olduqca borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında borcalan o olmadığı üçün ona münasibətdə iddianın rədd olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehlərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 20 noyabr 2019-cu il tarixli, RBXF-186_KMP saylı kredit müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC-nin Yasamal filialı tərəfindən Cavabdeh1 illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 7029,28 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli, RBXF-186_KMP saylı zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh2 və zamin Cavabdeh3 qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası üçün onunla birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşlər. Bank tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 06.04.2021-ci il tarixə əsas borcu 7029,28 manat, faiz borcu 27,20 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 Banka 7029,28 manat əsas borcu, 27,20 manat faiz borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7029,28 manat əsas borc, 27,20 manat faiz borcu, cəmi 7056 (yeddi min əlli altı ) manat 48 (qırx səkkiz) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1043/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1043/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver