Məhkəmə qərarları › İş №2(039)-1054/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1054/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1054/2023 01.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2,300 manat borcunun, 51 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehə 2,800 manat borc pul vermişdir. Həmin pul məbləğini 2021-ci il tarixdə ona vermişdir. Aralarında olan səmimi münasibətlər səbəbindən onun aldatmağına səbirlə yanaşmışdır. Çoxsaylı zənglərindən sonra şəxs hər dəfə aldığı borcu tamamilə etiraf etmiş, qaytaracağını bildirmişdir. Sonuncu dəfə də bildirmişdir ki, hissə-hissə borcunu qaytaracaqdır. Bundan sonra şəxs 10 gün əvvəl 2800 manat borcundan 500 manat məbləğini nağd olaraq ödəmişdir. Hazırda 2,300 manat borcu qalmışdır. Bu borcu qaytaracağını bildirmişdir. Bütün bunlara baxmayaraq cavabdeh hər dəfə pulu ödəməkdən yayındıqdan məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. İddianı müdafiə edir. Cavabdehdən pulunun alınmasında israrlıdır. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi Vəkil məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, dəfələrlə cavabdehlərə müraciət edərək borc olaraq verdiyi pulu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınırlar. Cavabdehin borclu olması özünün etirafedici izahatı ilə yanaşı, təqdim etdikləri audio yazı ilə də təsdiq olunur. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçılə çox yaxın münasibətləri olmuşdur. İşləri ilə əlaqədar pul lazım olanda dəfələrlə İddiaçı faiz ödəmək şərti ilə pul götürmüş və sonradan hissə-hissə ödəməklə qaytarmışdır. Həqiqətən 2021-ci ildə İddiaçı faizi ödəmək şərti ilə 2,800 manat borc olaraq pul almışdır. Həmin pulu hissə-hissə ödəmiş, İddiaçı borcu qalmamışdır. Təqdim edilmiş audio yazıda olan səslər ona və İddiaçı məxsusdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş diskdə olan audio yazı məhkəmə iclası dinlənilmişdir. Qeyd edilən audi yazıda Telman Əsgərov borcunun olduğunu etiraf etmiş və borcu ödəyəcəyinə vəd vermişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, İddiaçı Cavabdeh 2,800 manat borc vermişdir. Bu hal cavabdehin etirafı, habelə təqdim edilmiş audio yazı ilə təsdiqini tapmışdır. Cavabdeh tərəfindən həmin borcdan 500 manat qaytarması iddiaçı tərəfin etirafı ilə təsdiq olunur. Lakin, Cavabdeh 2,300 manatı da İddiaçı qaytardığını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2,300 manat borc, habelə 51 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 2,351 (iki min üç yüz əlli bir) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar