Məhkəmə qərarları › İş №2(039)-1065/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1065/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1065/2020 17.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi X6 X1 vəkalətli nümayəndəsi X2 iştirakı ilə, X6 X1 Cavabdeh qarşı «ziyan» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 X4 Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 118.80 manat pulun alınaraq Bərdə Regional X1 “Kapital Bank”-ın Bərdə rayon şöbəsinin AZ 88 CTRE ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X6 X1 nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahi etdi ki, Cavabdeh xx xxxxx 2020-ci il tarixdə özünə məxsus mal-qarasını meşə sahəsinə gətirərək meşə əkinlərini və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işçiləri tərəfindən xx xxxxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Baxış zamanı müəssisəyə 118.80 manat ziyan vurulması aşkar edilmişdir. X6 X1 nümayəndəsi X5 məhkəmədən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən kecirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bərdə Regional X1 əməkdaşıkarı tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli aktından məlum olur ki, Yevlax rayonun, Yuxarı Qarxun kəndində yaşayan Rəcəbov X3 meşəbəyliyi ərazisindən qanunsuz olaraq Cırdaxan meşəbəyliyi 6 saylı meşə doyalının mülkiyyətində olan torpaq sahəsindən 18 baş iribuynuzlu mal-qaranı otarması faktı aşkar edilmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh xx xxxxxx 1988-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmaqla, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmədə aydın oldu ki, Cırdaxan meşəbəyliyi ərazisində Cavabdeh mal-qara otarması faktı müəyyən olmuşdur. Bununla bağlı Bərdə Regional X1 əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Mal-qara otarılan ərazi Cırdaxan meşəbəyliyi 6 saylı meşə doyalının ərazisi olmuş və mal-qaranın otarılması ilə bağlı təbiyyətə 118.80 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 118.80 manat pul Cavabdeh tutularaq Bərdə Regional X4nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsaəsn məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir təfəf öz tələblərinin və etirlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddəsini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 1988-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmuş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yaşayan Cavabdeh 118.80 manat alınaraq Bərdə Regional X1 “Kapital Bank”-ın Bərdə rayon şöbəsinin AZ 88 CTRE ******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar