Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-107/2023 10.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 700 manat pulun, həmçinin dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 730 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, hazırda Yevlax şəhəri H.Əliyev prospekti bina 1, mənzil 19-da yaşayır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* №-li Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev pr, döngə 1, ev 2/19-da yerləşən 5 otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil mülkiyyətində olmaqla, yanaşı həm də, onun istifadəsindədir və uzun illərdir ki, onların ailəsinin yeganə yaşayış yeridir. Binalarının damında (ona məxsus olan mənzilin üstündə) Cavabdeh məxsus olan su çəni vardır. Yəni cavabdeh onunla eyni blokda 2-ci mərtəbədə yaşasa da ona məxsus olan su çəni mənzilinin üstündə yerləşir. Bundan əvvəl bir neçə dəfə həmin çəndən ona məxsus olan mənzilə su axmış və evinə müəyyən miqdarda ziyan vurulmuşdur. Sonuncu dəfə isə həmin çəndən su axması nəticəsində ona məxsus olan mənzilin bir otağı, həmçinin hamamı, mətbəxi və dəhlizi yararsız vəziyyətinə düşmüşdür. Bununla da cavabdeh ona 700 manat məbləğində maddi ziyan vurmuşdur. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 2 saylı Mənzil Təmir İstismar sahəsinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Yevlax şəhəri H.Əliyev pr, dögə 1, ev 2, mənzil 13-da qeydiyyatda olan Cavabdeh hal-hazırda həmin ünvanda yaşamır və harada yaşaması haqqında onlarda heç bir məlumat yoxdur. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX ******* №li, xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, ünvan 2 ünvanında 5 mərtəbəli binanın 89.95 (m2) ümumi sahəsi, 62.63 (m2) yaşayış sahəsi 27.32 (m2) 5 saylı yaşayış otaqlarının mənzil tam mülkiyyət hüquq üzrə İddiaçı adına daşınmaz əmlak dövlət reyestrində 11 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8065 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Yevlax şəhəri, H.Əliyev pr, 1-ci döngə, 6 saylı binanın damında, Cavabdeh məxsus su çənindən suyun axıdılması nəticəsində 19 saylı mənzilə ziyanın dəydiyi müəyyən edilir. ünvan 3 ünvanındakı mənzilə su axıdılması nəticəsində ziyanın dəydiyi müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, binanın sakinləri tərəfindən 19 saylı mənzilə və çənlərə baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur. Aktın məlumatlarına əsasən həqiqətəndə yaşayış evinin damında Cavabdeh məxsus su çənlərinin nasazlığı nəticəsində 19 saylı mənzilə su axıdıldığı və nəticədə 19 saylı mənzilin tikilərinə ziyan dəydini göstərilmişdir. Yevlax şəhəri, H.Əliyev pr, 1-ci döngə, 6 saylı binanın 19 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi mövcud bazar qiymətlərinə uyğun olaraq 1123 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Məhkəmə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/8065 saylı saylı rəyinə əsaslanaraq hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi kimi iddiaçının tələb etdiyi 700 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Dəymiş maddi zərərin əvəzi olaraq 700 (yeddi yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-107/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-107/2023
10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver