Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1074/2022 21.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Telma oğlundan 788.93 USD əsas, 77.3 USD faiz, 94.29 USD cərimə, cəmi 940.52 USD borcun və dövlət rüsumu olaraq 20 AZN məbləğində vəsaitin tutulması barədə əmr çıxarılmasını xahiş etmiş və ərizə təmin edilmişdir. Cavabdeh etirazı əsasında əmr ləğv edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh borcu "xxxx" KB ASC tərəfindən İddiaçı MMC-yə güzəşt edilmişdir. İddiaçı "xxxx" KB ASC əsl İddiaçı MMC ilə əvəz edilmişdir. İddiaçı MMC-yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsiin iclasda iştirakını təmin etməmiş, cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflər iclasa gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh Telma oğluna qarşı borc tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1074/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1074/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver