Məhkəmə qərarları › İş №2(039)-1077/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1077/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1077/2024 11.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “Tufan M50” markalı motoskletinin qanunsuz şəkildə mənimsədiyi üçün vurduğu ziyanın məbləği 1,980 manat alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsi barədə sənədin ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllə: Maddə 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsini sonunda dövlət rüsumundan azad olmaq üçün işsizlik arayışını əlavə etdiyini qeyd etsə də, izah olunmalıdır ki, şəxsin yalnız işləməməsi onu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad etmir. Dövlət rüsumunun ödənilməsindən azad edilən şəxslərin dairəsi “Dövlət rüsumu haqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmadığından İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152.1.2, 263-264, 309-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar