Məhkəmə qərarları › İş №2(039)-1083/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1083/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1083/2022 19.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2,618.65 manat kredit borcu, 850.09 manat faiz borcu və 261.87 manat cərimənin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. İşin halları: Borclu Cavabdeh3 etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və mülki iş baxışa təyin edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, borclu Cavabdeh1, Kreditor ilə xx.xx.2014-cü il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,5833% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3,000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 381.35 manat ödəniş etmiş və onun Kreditora 2,618.65 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 345 gün üçün hesablanmış faiz borcu 850.09 manat təşkil edir. Göstərilən kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclular Cavabdeh3 Surxav oğlu və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən Kreditor qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Kreditor qarşısında borclu Cavabdeh1 Ələdddin oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı ASC-nin nümayəndəsi Aidə Osmanlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 015A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3,000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə eyni tarixdə Cavabdeh3 və Cavabdeh2 arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə Cavabdeh1la birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəlik götürmüşlər. Maliyyə arayışına görə, xx.xx.2016-cı il tarixə kredit müqaviləsi üzrə 2,618.65 manat əsas, 850.09 manat faiz borcu yaranmış, 261.87 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Cavabdeh3 və Cavabdeh2 arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə Cavabdeh1la birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəlik götürsələr də, öhdəlik onlar tərəfindən də icra edilməmişdir. Mülki qanunvericiliyi yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər yaranmış borca görə birgə məsuliyyət daşıyırlar, iddiaçının tələbi əsaslıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə müddət ötürmədən məhkəməyə müraciət etmişdir. Əsas və faiz borcunun düzgün hesablanmaması, cərimə məbləğinin tənasübsüzlüyü müəyyən edilməmişdir, cavabdehlər buna dair hər hansı mötəbər sübut təqdim etməmişlər. Məhkəmə xərci ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat cavabdehlərdən iddiaçının xeyrinə, ödənilməli olan daha 37.3 manat dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2,618.65 manat kredit borcu, 850.09 manat faiz borcu, 261.87 manat cərimə, habelə 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 3,750 (üç min yeddi yüz əlli) manat 61 (altmış bir) qəpik İddiaçı QSC-nin xeyrinə tutulsun. Ödənilməli olan daha 37 (otuz yeddi) manat 30 (otuz) qəpik cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar