Məhkəmə qərarları › İş №2(039)-1100/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1100/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1100/2024 22.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilələr əsasən “Redmi Not11S” markalı mobil telefona görə 570 manat məbləğində borcun, “Redmi Not11S” markalı mobil telefona görə 650 manat məbləğində borcun və “Samsung A53” markalı mobil telefona görə 960 manat məbləğində borcu olmaqla, cəmi 2180 manat məbləğində borun və 41 manat 80 manat qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış məişət və telefon mallarının nisyə alıq-satqısı və girovu haqqında 7 nömrəli, 16 mart 2023-cü tarixli müqaviləyə əsasən mağazadan aldığı “Redmi Not11S” markalı mobil telefona görə 570 manat məbləğində, 8 nömrəli, 16 mart 2023-cü il tarixli müqaviləyə əsasən mağazasından aldığı “Redmi Not11S” markalı mobil telefon görə 650 manat məbləğində və 9 nömrəli 16 mart 2023-cü il tarixli müqaviləyə əsasən mağazadan aldığı “Samsung A53” markalı mobil telefona görə 960 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərini pozaraq cavabdeh tərəfindən 80 manat məbləğində ödəniş edilmiş, lakin son 10 ay ərzində heç bir ödəniş edilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, xx.xx.2023-cü il tarixli məişət və telefon mallarının nisyə alqı-satqısı və girovu haqqında 07 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “Redmi Not11S” markalı mobil telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın 650 manat ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli məişət və telefon mallarının nisyə alqı-satqısı və girovu haqqında 08 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “Redmi Not11S” markalı mobil telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın 650 manat ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli məişət və telefon mallarının nisyə alqı-satqısı və girovu haqqında 09 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung A53” markalı mobil telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın 960 manat ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanmış məişət və telefon mallarının nisyə-satqısı və girovu haqqında 7 nömrəli, 16 mart 2023-ci il tarixli, 8 nömrəli 16 mart 2023-cü il tarixli və 09 nömrəli 16 mart 2023-ci il il tarixli müqavilələrlə əsasən “Hem Telekom” mağazasından aldığı “Redmi Not11S” markalı, “Redmi Not11S” markalı və “Samsung A53” markalı mobil telefonlarına görə onun ödənilməmiş 2180 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı nisyə alqı-satqı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 2180 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 2180 manat məbləğində borcu cavabdeh X1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 41.80 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, 7 nömrəli müqavilə üzrə 570 manat borcu, xx.xx.2023-cü il tarixli, 8 nömrəli müqavilə üzrə 650 manat borcu və xx.xx.2023-cü il tarixli, 9 nömrəli müqavilə üzrə 960 manat borcu olmaqla, cəmi 2180 manat borcun və ödənilmiş 41.80 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar