Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1114/2023 06.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12000 (on iki min) manat məbləğində borcun və 126 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə Cavabdeh1 yanına gələrək ona qara dəmir alveri ilə məşğul olduğunu, külli miqdarda dəmir olsa da, almağa pulu çatmadığını və pula ehtiyacı olduğunu bildirmişdir. O, da inanaraq şahidlərin yanında Cavabdeh1 12000 (on iki min) manat borc pul vermişdir. Sonradan pulunu Cavabdeh1 tələb etdikdə sonuncu pulu malın dəyərini ödəmək üçün oğlu Ceyhuna verdiyini, lakin oğlunun pulu ödəmədiyini və onu pis vəziyyətdə qoyduğunu bildirmişdir. Sonradan dəfələrlə xahişlər və tələblər etsə də bu günə qədər o pulunu cavabdehlərdən ala bilmir. Bu səbəbdən pulunu cavabdehlərdən geri ala bilmədiyi üçün Yevlax rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Lakin şikayəti mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. O, bu günədək ona borclu olduqlarını 12000 manat borc pul məbləğini cavabdehlərdən ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, sözügedən pulu məhz Cavabdeh1 verdiyini sonuncu isə həmin pulu oğlu Ceyhuna verdiyini bildirdiyindən hər ikisinə qarşı iddia qaldırmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən iddiaçı Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı pul almamış, həmin pulu oğlu Ceyhun almış, Ceyhun isə hazırda digər şəxslərə olan çoxsaylı borcları ilə əlaqədar hamıdan gizlənir. Özü hazırda onkoloji xəstəlikdən əziyyət çəkir, Rahilə Ceyhunu tapa bilmədiyindən pulu ondan tələb edir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 2 il bundan qabaq tandığı Səməd adlı şəxs onun yanına gələrək dəmir almaq məqsədilə ondan 12000 manat pul alıb 3 günə qaytaracağını söz vermiş bu günə qədər qaytarmamış, pulunun alınıb qaytarılmasına köməklik göstərməsinin xahiş etmişdir. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti ilə bağlı polis şöbəsində müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müraciətində qeyd olunan xüsusiyyətlərin mülki xarakterli olduğu müəyyən edilmişdir. Vətəndaş Cavabdeh1 Yevlax rayon polis şöbəsində vermiş olduğu izahatından görünür ki, oğlu Cavabdeh2 İddiaçı onun xəbəri olmadan pul almışdır. Vətəndaş Cavabdeh2 Yevlax rayon polis şöbəsində vermiş olduğu izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhər sakini İddiaçı verdiyi şikayət ərizəsi tanış olmuş, Rahilə ona 12000 manat pul verməmiş, təxminən 2 il bundan əvvəl atası Cavabdeh1 dəmir alveri ilə məşğul idi, atası Səməd 12000 manat pulu Rahilədən borc aldığını ona demişdir. Sonradan həmin pulu atasının Rahiləyə qaytarıb qaytarmamasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun xalasıdır, təxminən 2 il bundan əvvəl xalası gilə qonaq getmiş, həmin vaxt (gününü dəqiq xatırlamır) Səməd adlı bir şəxs – hazırki cavabdeh xalası Rahilədən 12000 manat borc pul istəmiş və həmin pulu xalası öz evində bir dəfəyə 10000 manat həmin gün bir neçə saat sonra isə 2000 manat olmaqla ümumilikdə 12000 manat pulu Cavabdeh1 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Cavabdeh1 həyat yoldaşıdır, iddiaçı 2021-ci ilin avqust ayında sözügedən pulu oğlu Ceyhuna borc olaraq vermişdir. Pulun alış verişi ilə bağlı hər hansı bir hadisənin şahidi olmamış, sadəcə oğlu və əri Səmədin sözlərinə istinad edərək hazırki məsələyə şahidlik edir. Oğlu Ceyhundan hazırda məlumatı yoxdur, o Bakı şəhərində bilmədiyi ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə qeyd edirki, sorğu əsasında polis orqanından əldə edilmiş araşdırma materiallarında olan ərizə və izahatlardan da görünür ki, İddiaçı ilkin ərizəsində və izahatında mübahisələndirdiyi pulu məhz Cavabdeh1 verdiyini bildirmiş, Cavabdeh1 pulun oğlu tərəfindən götürüldüyünü bildirsə də, onun oğlu Ceyhun Səmədov bəhsi gedən 12000 manat pulu məhz atası Cavabdeh1 Rahilədən aldığını bildirmişdir. İşin araşdırılan hallarından, habelə iş materiallarında olan izahatlardan da görünür ki, iddiaçı cavabdehə 12000 manat məbləğində borc pul vermiş, Cavabdeh1 isə 12000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı digər Cavabdeh2 pul verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 12000 (on iki min) manat məbləğində pul tutulmalı, iddia tələbi cavabdeh Cehyun Xudatov münasibətdə isə əsassız olduğundan təmin olunmamalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 12000 (on iki min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (bir yüz iyirmi altı) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1114/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1114/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver