Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1115/2023 23.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh İsmayılov Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılmasına və tutmanın girov predmetinə yönəldilməsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdeh İsmayılov Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılmasına və tutmanın girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 219.09 ABŞ dolları əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın cavabdeh İsmayılov Cavabdeh məxsus 583 əyyarlı 57,5 qram çəkisi olan 3 ədəd boyunbağı, 3 ədəd bilərzik, 7 ədəd üzük 312 qram 1 ədəd saat 12 qram, 3 cüt sırğa 17 qram çəkisi olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdeh İsamayılov Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin cavabdeh İsmayılov Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Aqrarkredit” QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandamnda nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs İsmayılov Cavabdeh dair sənədlər S-LMK-158 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “Kredit müqaviləsinin təminatı olaraq İsmayılov Cavabdeh ilə xx.xx.2015-ci tarixdə, 1756 saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən İsmayılov Cavabdeh məxsus 583 əyyarlı 57,5 qram çəkisi olan 3 ədəd boyunbağı, 3 ədəd bilərzik, 7 ədəd üzük 312 qram 1 ədəd saat 12 qram, 3 cüt sırğa 17 qram çəkisi olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 219.09 ABŞ dolları əsas borcun təşkil edir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Süleyman Bəkirov məhkəməyə teleqram göndərərək iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh İsmayılov Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismarSahəsinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda cavabdeh İsmayılov Cavabdeh Yevlax şəhəri M,Ş.Vazeh 2B/3 ünvanında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin ünvanda yaşamır. Hazırda yaşaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur ona görə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, 05 avqust 2015-ci il tarixli, 1756 №li kredit müqaviləsi üzrə borclu İsmayılov Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC BOKT ilə girovqoyan İsmayılov Cavabdeh arasında 05 avqust 2015-ci il tarixli, 1756 №li girov müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 3 ədəd boyunbağı, 3 ədəd bilərzik, 7 ədəd üzük, 3 cüt sırğa girovqoyan tərəfindən Bank qarşısında girov qoyulmuşdur. İş materiallarında olan tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirməsinə dair xx.xx.2022-ci il tarixli, 4907 saylı bildirişdən görünür ki, İsmayılov Cavabdeh ilə “Azərbaycan Beynəlxalq Bank” Yevlax filialı arasında xx.xx.2015-ci il tarixdə, 1756 saylı girov müqaviləsinə əsasən 24 ay müddətinə illik 22% olmaqla 1980 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözü gedən kredit müqaviləsinə əsasən gecikmədə olan borcu üzrə 219.09 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli darəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh İsamayılov Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda İsmayılov Cavabdeh Banka olan 219.09 ABŞ dolları əsas borcu ödənilməmiş qalmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh İsmayılov Cavabdeh İddiaçı QSC-nin xeyrinə əsas borc üzrə cavabdehdən 219.09 ABŞ dolları əsas borc tutulmalı, tutma girov müqaviləsinə əsasən girov predmeti olan qızıl-zinyət əşyalarına yönəldilməlidir. İddia tələbinin satışdan əldə olunan vəsait bütün hesablanmış kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə qalıq borcun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə olan tələb məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericiliyin tələblərinə uyğun həll edilməli məsələ olduğundan bunun qətnamədə qeyd edilməsinə zərurət yoxdur. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İsmayılov Cavabdeh 219.09 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 30 manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Tutma xx.xx.2015-ci il tarixli, 1756 №li girov müqaviləsinə əsasən girov predmeti olan 583 əyyarlı 57,5 qram çəkisi olan 3 ədəd boyunbağı, 3 ədəd bilərzik, 7 ədəd üzük 312 qram 1 ədəd saat 12 qram, 3 cüt sırğa 17 qram çəkisi olan qızıl-zinyət əşyalarına yönəldilsin. Həmin əşyalar açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 219.09 ABŞ dolları məbləğində pul İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin, qalan məbləğ İsmayılov Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1115/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1115/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver