Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1121/2024 03.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 6500 manat məbləğində borcun və ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun iş yoldaşıdır. Cavabdehlər müxtəlif tarixdlərdə yəni, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1600 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat və 1000 manat, cəmi 11000 manat pul borc olaraq vermiş və cavabdehlər 11000 manat borc pul aldığına dair öz xətti ilə qəbz yazmış və imzalamışlar. Cavabdehlər ana baladır. Cavabdehlər aldıqları 11000 manat borc puldan 4500 manatını qaytarmışdır. Qalan 6500 manat məbləğində borcun və ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi – anası Cavabdeh1 və izahatında iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı pul tələbinə dair iddiasını əsaslı hesab etmir. Onun iddiaçıya heç bir borcu yoxdur. Mülki iddianın üzərindən əlyazmalı qəbz mövcuddur. O, hər bir qəbzə münasibətdə fikirlərini nəzərinə çatdırır. Birinci cavabdeh yəni, ona məxsus olan maaş kartı (Beynəlxalq Bank) borcu bitənədək İddiaçı olmuşdur. Onu da qeyd edir ki, əmək haqqı 260 manatdır. İddiaçı borcu bitdikdən sonra maaş kartını özünə qaytarmamışdır. İkinci Cavabdeh2 məxsus olan ünvanlı sosial kartı (Kapital Bank) xx.xx.2021-ci il tarixdən 8 ay müddətində iddaçı İddiaçı olmuşdur. Hər iki kartdan 370 manat İddiaçı pul çəkmişdir. Aldıqları borcu yəni, 6500 manatı bütövlükdə ödəmişdir. Hətta verdiyi pulları aldıqca özü qəbz belə yazmışdır. Qeyd etdiyi halların araşdırılmasını, Kapita və Beynəlxalq Banklarına sorğu edilməsini və ortaya qoyulması üçün məhkəmə tərəfindən bütün zəruri köməkliklərin edilməsini xahiş edərək, hazırki iddiaya münasibətini bildirməklə qaldırılan tələb rəsmən etdiyini nəzərinə çatdırmaqdadır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, iddiaçının vəkilin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı cavabdehlərə cəmi 11000 manat borc pul vermişdir. İddiaçı tərəfindən verilmiş qəbzlərdən görünür ki, cavabdehlər iddiaçıya cəmi 4500 manat pulu qaytarmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024/111/14127 №li məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş xx.xx.2012-ci il tarixli ödəniş kartlarının emissiyası və istifadəsi qaydalarının 7.8.1 bəndində əsasən bankomatlarda qeyd alınan kamera görüntülərinin ən azı 6 ay müddətinə saxlanılması təmin edilir. Eyni zamanda video müşahidə sisteminin serverləri videoyazıları 2 ay saxlayır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6-2-41/2-21454/2024 №li məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)- 1121/2024-cü il saylı qərardadı ilə əlaqədar Cavabdeh1 məxsus 4127-2081-1136-1985 saylı plastik kart vasitəsilə 2021-2022-ci illər ərzində aparılmış nağdlaşdırma əməliyyatları zamanı qeydə alınan bankomat görüntülərini, anket məlumatları və hesabdan çıxarışları disk şəklində təqdim edir. Sözügedən CD diskdən görünür ki, 1) 31.07.2022-ci il tarixdə Yevlax, H.Əliyev prospekti, 10 (Yevlax Server mərkəzi) ünvanında yerləşən 195 saylı ATM-dən qadın cinsindən olan yaşlı bir xanım pul vəsaiti nağdlaşdırır (həmin qadın iddiaçı deyil). 2) 31.07.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 429 saylı ATM-dən kişi cinsindən olan bir nəfər şəxs pul vəsaiti nağdlaşdırır (həmin şəxs iddiaçı deyil). 3) 21.10.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Yevlax şəh., H.Əliyev pr., 63 (Oba market) ünvanında yerləşən 1776 saylı ATM-dən kişi və qadın cinsindən olan iki nəfər şəxs pul vəsaiti nağdlaşdırır (həmin şəxslər iddiaçı deyil). 4) Yevlax, H.Əliyev prospekti, 6 (ABB Yevlax filialı) ünvanında yerləşən 2362 saylı ATM-dən qadın cinsindən olan yaşlı bir xanım pul vəsaiti nağdlaşdırır (həmin qadın iddiaçı deyil). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehlərə 11000 manat məbləğində borc pul vermiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin pulu iddiaçıya qaytarmalı olduqları halda, üzərilərnə götürdükləri öhdəliyi tam yerinə yetirməmiş, həmin borcdan cəmi 4500 manatını iddiaçıya qaytarmış, nəticədə cavabdehlərin iddiaçıya 6500 manat məbləğində borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya borclu olduqları pulu onlara məxsus olan maaş və ünvanlı sosial kartlarınından iddiaçı tərəfindən çıxarılmaqla soncuya ödənildiyini bildirsələr də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Bu hal məhkəmə sorğusu əsasında müvafiq olaraq Kapital və Azərbaycan Beynəlxalq Banklarından alınmış məlumatlar əsasında birdaha təstiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 6500 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500 (altı min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1121/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1121/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver