Məhkəmə qərarları › İş №2(039)-1128/2023

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1128/2023

12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1128/2023 12.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş 2400 manat pulun və hüquqi yardım üçün ödədiyi 80 manat və ödənilmiş dövlət rüsumu 44 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qarışıq geyim və elektrik məişət avadanlıqlarının səyyar ticarətilə məşğul olur. Müştəriləri ilə söbəti zamanı onun yaşadığı ünvanda onların qohumu olan Cavabdeh da yaşadığını öyrənmiş və nətəcədə cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ondan ilk öncə 2021-ci ilin noyabr ayında ümumi dəyəri 1000 manat olan qarışıq geyimlər və elektrik məişət avadanlığı götürərək, bir aydan sonra 2021-ci ilin dekabr ayında 300 manat qaytarmış, onun işlərinin yaxşı vəziyyətdə olmasını əsas gətirərək ondan yenidən bu dəfə isə 1700 manat dəyərində qarışıq geyimlər və elektrik məişət avadanlığı götürmüşdür. Bir müddət sonra cavabdeh ilə əlaqə saxlayaraq 2400 manat dəyərində əmlakın dəyərinin ödənilməməsi səbəblərini öyrənmək istədikdə cavabdeh qeyri müəyyən vaxt ərzində borcunu qaytaracağını bildirmişdir. Artıq xeyli gözlədikdən sonra cavabdehin danışığı 2400 manat pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmayacağı barədə onda ciddi şöbhələr yaratdığından, o rəsmi formada 32-ci polis bölməsinə müraciət etmişdir. Nəticədə 32-ci polis bölməsi mürüciətinin mülki icraat qaydasında aparılması bildirilmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2022-ci tarixli qəbzdən görünür ki, o, Cavabdeh İddiaçı 2400 manat məbləğində pul borcluyam hər ayın axrında ən az 50 manatdan ödəniş edəcəyini cavabdeh tərəfindən yazılmışdır. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, tandığı Cavabdeh təxminən 2 il bundan əvvəl 2400 manatlıq məişət əşyaları versədə lakin o, hal-hazırdək ona olan borcunu qaytarmamış və həmin pulunu geri geri qaytarılmasına ona köməklik göstərməsinin xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə Cavabdeh iddiaçı ilə şifahi formada nisyə alğı-satqı müqaviləsi bağlayaraq iddiaçıdan ümumi dəyəri 2400 manat olan məişət əşyaları almışdır. Cavabdeh iddiaçı qarşısında hər hansı öhdəliklərinin olmaması və ya öhdəliklərini icra etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən Cavabdeh İddiaçı xeyrinə 2400 manat məbləğində pul və hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 80 manat pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pulun, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 80 (səksən) manat pulun və dövlət rüsumunun əvəzi olaraq 44 (qırx) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar