Məhkəmə qərarları › İş №2(039)-1133/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1133/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1133/2024 06.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 5438.80 ABŞ dolları məbləğində əsas borc, 2263.95 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, cəmi 7702.75 ABŞ dolları məbləğində kredit borcunun ödəniş günü məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi 20.40 manat məbləğində pulun Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair məhkəmə əmri verilmişdir Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Mingəçevir filialına kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla tələbkar təşkilatı arasında xx.xx.2015-ci il tarixli L-MN-0035548-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu, illik 29% olmaqla, 30 ay müddətinə 7000 ABŞ dolları məbləğində heyvandarlıq məqsədilə kredit almışdır. Həmin tarixdən kreditin ödənilməsinin təminatı məqsədilə borclunun zaminləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə xx.xx.2015-ci il tarixli L- MN-0035548-F saylı birgə borcululuq və zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən 7000 ABŞ dolları məbləğində əsas borcdan 1561.20 ABŞ dolları və müqavilənin 6.1 bəndinə əsasən hesablanmış faiz borcundan 2534.70 ABŞ dolları, cərimə borcu 411.61 ABŞ dolları ümumillikdə cəmi 4507.01 ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödənişni həyata keçirmişdir. Beləliklə hal-hazırda borcluların təşkilata ödənilməmiş 5438.80 ABŞ dolları məbləğində əsas borcu, 2263.95 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, cəmi 7702.75 ABŞ dolları məbləğində borcu qalmışdır. Yevlax Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh1 həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz vermişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, təşkilat tərəfindən tələb edilən cərimə və faizlərin silinməsinə köməkli edilməsini və olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, onların izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı təqiq edilmiş: xx.xx.2015-ci il tarixli L-MN-0035548-F №li kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh1 30 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 7000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit alan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi təşkilata qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli L-MN-0035548-F №li kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə X3 arasında xx.xx.2015-ci il tarixli, MN-00028938 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli L-MN-0035548-F №li kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli, MN-00009841 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli L-MN-0035548-F №li kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh4 və Cavabdeh5 arasında xx.xx.2015-ci il tarixli, L-MN- 0035548-F №li birgə borcluluq və zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə təşkilat arasında bağlanmış xx.xx.2015-ci il tarixli L-MN-0035548-F №li kredit müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Mingəçevir filialından illik 29% olmaqla 30 ay müddətinə götürdüyü 7000 ABŞ dolları və müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 2534.70 ABŞ dolları təşkil edən hissəsinin ödənişini həyata keçirilmişdir. Bundan əlavə müqavilənin 4.3-cü bəndinə əsasən 411 ABŞ dolları məbləğində cərimə, cəmi 4507.51 dollar ödənilməmişdir. Hal hazırda Cavabdeh1 təşkilata ödənilməmiş 5438.80 ABŞ dolları məbləğində əsas borcu və 2263.95 ABŞ dollar faiz borcu, cəmi 7702.75 ABŞ dolları məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, saylı L-MN-0035548-F kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1846.71 ABŞ dolları əsas, 4525.88 ABŞ dolları məbləğində faiz borcu, 693.99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7066.58 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6346 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-MN-0035548-F №li kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 arayış müddətinə yəni xx.xx.2017-ci il tarixinə (c.i.v.02) banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən əsas borc üzrə 5388.51 ABŞ dolları və 979.29 ABŞ dolları faiz borcu üzrə. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi BOKT Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-MN-0035548-F №li kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 müqavilə bitən müddətinə yəni xx.xx.2017-ci il tarixinə (c.i.v.02) banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən əsad borcu 5388.81 ABŞ dolları faiz borcu üzrə 1209.03 ABŞ dolları. Qeyd edilirik, iş materiallarından görünüdüyü kimi, borclu tərəfindən yuxarıda göstərilən tarixlərdən sonra borclu tərəfindən ödənişlər olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan Maliyyə Bazarlarına Nəzarət Palatasının cədvəl məlumartarından göründüyü kimi, Cavabdeh1 cəmi hesablanmış kompensasiya 3875.50 manat məbləği olmaqla borcların ödənilməsinə yönəldilən hissə 2172.20 manat vətəndaşa çatan hissə 1703.30 manat məbləğində qeyd edilmişdir. Cədvəl məlumatlarında vətəndaşa çatan hissə, yəni 1703.30 manat məbləği Azərpoçt MMC vəsitəsilə 1439.60 mamat və 263.70 manat məbləğləri qeyd edilmişdir. Lakin borcların ödənilməsinə yönəldilən hissə 2172.20 manat məbləği iş matriallarında olan maliyyə arayışında qeydə alınmaması müəyyən edilir. Hazırki, tərtib olunmuş cədvəl məlumatlarında vətəndaşa düşən kompensasiya məbləği hesablamada nəzərə alınmamışdır. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, L-MN-0035548-F nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da banka tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün maliyyə arayışı müddətinə yəni xx.xx.2024-cü il tarixə Cavabdeh1 cərimə borcu hesablanmadı. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir; 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə allınmalı və iddia tələbi restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 4110.75 ABŞ dolları məbləğində vəsait tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi faiz və cərimə borcunun tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin (bundan sonra MPM) 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehlərdən müştərəl qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 4110.75 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ**********0000003944; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 4110.75 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ**********0000003944; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar